Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.
“Report”un Cənub bürosunun məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Belə ki, Lənkəran rayonunun Havzava kənd A.Əliyev adına tam orta məktəbinə Fikrət Cəfərov, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə Aynur Məmmədova, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə isə Elnur Quliyev direktor təyin olunub.