Əli Məsimli: Universitetin “Şəki” filialını müstəqil universitetə çevrilməsinin vaxtı çatıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Şəki” filialının müstəqil universitetə çevrilməsinin vaxtı çatıb.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.
“Bu il martın 10-da filialın 30 illik yubileyi qeyd olunub. Onun regionun inkişafında böyük xidmətləri olub. Filialda 5 mindən çox kadr yetişdirilib. Onlar ölkənin müxtəlif yerlərində töhvəsini verir”, – deyə o qeyd edib. Report