AzTehsil.com


Xəbərlər / Ziyalılar / Müəllim
25 aprel 2020
1 383


60 illik alim və müəllim ömrü



60 illik alim və müəllim ömrü

 

Cəfər Cəfərovun 60 illik hesabatı…dövlətə və dövlətçiliyə sadiq bir vətəndaşın, ləyaqətli bir atanın, kövrək qəlbli bir babanın uğur hekayəsidir

Dünyaya  gələn insanlara müxtəlif missiyaları həyat keçirmək üçün İlahi bir ömür payı bəxş edir.  Xoşbəxt o insandır ki, ona verilən  ömür payını ləyaqətlə yaşayır, əxlaqı, fəziləti, inamı, etibarı, etiqadı, ruhi əzəməti ilə  insanlara və insanlığa nümunə olur. Vaxt keçir, zaman dəyişir,  belə insanlar  millətin milli kimliyinə, mənəviyyat pasportuna çevrilir. Məktəb yaradan, dərslik yazan, müəllim kadrları hazırlayan  maarifçilər, maarifpərvərlər  həmişə  hörmətlə anılır,  milli ideologiyanın, milli  mənəviyyatın, milli və siyasi elitanın formalaşmasında rollarına görə  ehtiramla xatırlanırlar. Müəllimlər millətin şərəf tarixini, qəhrəmanlıq tarixini, bir sözlə tərcümeyi-halını yazmaqla tarixiləşirlər.     

 Elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətinin hər gününü tarixə çevirməyi bacaran, hər şeydə bir hikmət  və məna axtaran, öz inamı və etiqadı ilə 60 illik şərəfli müəllim və alim ömrünə bəzək vuran  dəyərli ziyalılarımızdan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovdur.

                                                                                 
Zirvəyə gedən yol

Cəfər Məmməd oğlu Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvanda  mühəndis ailəsində anadan olub. 1977-ci ildə Bakı şəhəri 158 nömrəli orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində davam etdirib. 1983-cü ildə MDU-nun tarix fakültəsinin aspiranturasına daxil olub, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olub. 1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent ,1990-1994-cü illərdə BDU-da Tarix üzrə İxtisaslaşmış Dissertasiya Şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini, 1994-1998-ci illərdə  Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

O, 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olub. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışıb,  mühazirələrlə çıxış edib.  Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında "Elektron Hökumət” layihəsinin icraçılarından biri olub. 2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilib, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləyib.

2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olub.

 2010-cu ildə AMEA-nın Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib. 2013-cü ildən professordur. Azərbaycan tarixinin müasir problemləri, XX əsrin 20-ci illərinin sonu, 30-cu illərdə kənddə mədəni quruculuq işləri, vətəndaş cəmiyyətinin inkişafı, dövlət idarəçiliyi və cəmiyyətin demokratikləşməsi, Azərbaycanda turizmin və ali pedaqoji təhsilin inkişaf perspektivləri ilə bağlı respublikada və xaricdə nəşr olunan kitabların, tədris-metodiki vəsaitlərin, 80-dən çox elmi məqalənin müəllifidir. 36-dan çox xarici ölkədə keçirilən 100-ə yaxın beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olub.                                                      

Qurucu rektor

Azərbaycan Turizm və Menecment Universitetinin təşkili və inkişafının ilk on ili onun çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Professor Cəfər Cəfərovun bu ali məktəbin rektoru  kimi işgüzarlığı, peşəkarlığı və əzmkarlığı nəticəsində qısa bir müddətdə tədris üçün zəruri olan infrastruktur qurulub, öz missiyası, dəyərləri olan professsor-müəllim və tədris-köməkçi heyət formalaşdırılıb. 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan təhsil ocağı  ildən - ilə inkişaf edərək təhsil sistemində  özünəməxsus yer tutub, sürətli inkişaf yolu keçərək kollektivin işgüzarlığı və peşəkarlığı nəticəsində institutdan universitetə çevrilərək, turizm və menecment üzrə kadr hazırlığında uğurlu nəticələrə imza atıb.

Prezident  İlham Əliyevin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru vəzifəsinə təyin olunub.

Universitetin strateji inkişaf planı

Bu məqsədlə 2016-cı ilin ikinci yarısında Təhsil Nazirliyinin tapşırığı və professor C. Cəfərovun rəhbərliyi ilə universitetin "Transformasiya üçün Yol Xəritəsi” və "Tədrisin Keyfiyyətinin Yüksəldilməsinə dair 10 illik Strateji İnkişaf Planı” adlı iki fərqli strateji inkişaf layihələri hazırlandı. Yerli və beynəlxalq ekspertlərin ADPU-da apardığı tədqiqatlar nəticəsində verdikləri təklifləri nəzərə alınaraq "ADPU-2021” Strateji İnkişaf Planı hazırlandı və icrasına başlanıldı. Pedaqoji kadr hazılrlığının keyfiyyətini yüksəltmək məqsədilə öncə universitetdə əsaslı islahatların aparılmasına start verildi. ADPU-nun  Səbail  tədris korpusunda əsaslı təmir işləri həyata keçirildi. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 14 mərtəbəli tədris binası əsaslı şəkildə yenidən quruldu. İnfrastrukturun və insan resurslarının yenilənməsi, sağlam təhsil mühitinin yaradılması, ümumtəhsil məktəbləri və xarici ölkələrin pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, "Açıq qapı” günlərinin keçirilməsi, yüksək bal toplayan tələbələrin universitetə cəlbi, müəllim kadrları hazırlığının nəzəri və praktiki problemləri ilə bağlı respublika və beynəlxalq səviyyəli konfransların təşkili, xarici və milli təhsil ekspertlərinin, elm və sənət adamlarının iştirakı ilə "Pedaqoji Forum”un təşkili, xarici ölkələrin müvafiq universitetləri ilə elmi əlaqələrin və qarşılıqlı əməkdaşlığın qurulması, adlı tələbə təqaüdlərinin təsisi, universitetdə nəşr olunan jurnalların elmi statusunun təmin edilməsi ilə bağlı uğurlu layihələr həyata keçirildi. Kafedra müdiri, professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydalarında mütərəqqi dəyişiklik edildi; müəllimlərin əməkhaqqına illik fəaliyyətlərinə görə əlavələr olundu. Yeni yanaşma universitet əməkdaşlarının seçki sistemi və tədris prosesi ilə bağlı baxışlarında köklü dəyişikliyin yaranmasına səbəb olmaqla yanaşı, elmi-metodiki hazırlığı, İKT bacarığı, yeni təlim texnologiyalarına bələdliyi ilə seçilən müəllimlərin uğur qazanmasını da təmin edib. Professor-müəllimlərin elmi-pedaqoji fəaliyyətinin reytinq sistemi ilə qiymətləndirilməsi, əməyinin stimullaşdırılması, tələbə nailiyyətlərinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və humanizmin tam bərqərar edilməsi təlimin keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, ölkədə ADPU ilə bağlı fərqli bir imicin formalaşmasını təmin edib.

Müəllim hazırlığında yeni trendlər

Bu müsbət imic təbii ki, ADPU əməkdaşlarının məsuliyyətini artırdı, ali pedaqoji təhsildə köklü məzmun islahatlarının həyata keçirilməsinə istiqamətləndirdi. Həyata keçirilən tədbirlər nəticəsində ADPU-da son  illərdə xeyli uğurlu nəticələr əldə edilib, 500 və 600-dən yuxarı bal toplayanların sayı  dəfələrlə  artıb, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət  edən xeyli tədbirlər həyata keçirilib.

Professor C.Cəfərov praktik fəaliyyəti və nəzəri ideyaları ilə dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət edən, geniş ictimai-siyasi fəaliyyəti ilə seçilən, pedaqoji və elmi-pedaqoji kadr hazırlığındakı problemləri dilə gətirməklə yanaşı, həm də onların aradan qaldırılması yollarını göstərən vətənpərvər ziyalılarımızdandır. Onun Azərbaycan müəllimlərinin XV qurultayının "Ali təhsil: mövcud vəziyyət, perspektivlər" adlı panel sessiyasında spiker kimi çıxışı və "Müəllim hazırlığında yeni trendlər" adlı məruzəsi Azərbaycanda pedaqoji kadr hazırlığı sahəsində ADPU-da son illərdə aparılan islahatların istiqamətlərinin şərhinə, qazanılan təcrübənin ümumiləşdirilməsinə və inkişaf persperktivlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi. Nəzəri-metodoloji və praktik dəyərliliyi ilə seçilən məruzə həm panel iştirakçıları, həm də Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilmişdir.

Son illərdə ADPU-da elm və təhsillə bağlı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və dəyirmi masaların keçirilməsi, xarici ölkə universitetlərinin tanınmış alimləri ilə görüşlərin təşkili ənənə halını alıb. Hər il TEC xətti ilə tələbələrin və magistrantların elmi araşdırmalarına həsr olunan konfranslar keçirilir. ADPU-nun elm sahəsində qazandığı uğurların nəticəsidir ki, Təhsil Nazirliyinin razılığı ilə 2018-ci ildə Doktorant və gənc tədqiqatçıların XXII Respublika konfransı məhz Pedaqoji Universitetdə keçirildi.

Yeni müqavilə, yeni uğur…

Professor C. Cəfərovun  ciddi səyi və təşəbbüskarlığı sayəsində 2019-cu ildə ADPU-nun  Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına dair  imzalanan  bəyannamə artıq reallığa çevrilib. 2020-ci ilin yanvarın 31-də ADPU ilə və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalanıb. Sazişin imzalanması mərasimində iştirak edən Təhsil naziri Ceyhun Bayramov, ABŞ-ın ölkəmizdəki səfiri Ö.Litzenberqer,  Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı M.Foyer universitemizin bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndiriblər. 

Professor C.Cəfərovun təhsil quruculuğundakı xidmətləri dövlət və icimai-siyasi təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı (2019), ABŞ-da təhsil alan Azərbaycan Məzunlar Assosiasiyasının "Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008),"Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən "Humanist pedaqogikanın cəngavəri” adı və "Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının "General Həzi Aslanov” (2019) və Vətən Müharibəsi Veteranlar Birliyinin "Milli Ordunun 100 illik yubileyi” (2019), ADPU və Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında Birgə Bəyannamə (2019) medalı və müxtəlif media mükafatları ilə təltif edilib. 2017-ci ildə IMC/FH KREMS Universitetinin fəxri doktoru adına layiq görülən C.Cəfərov 2018-ci ildə Paris-Sorbon Abu Dabi Universiteti ilə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki dəstək və səylərə görə təşəkkür diplomu ilə təltif olunub.
Uğur məbədində açıq qapılar yoxdur

Professor C.Cəfərovun 60 illik  mənalı ömrünün  ötən günlərini deyil, yadda qalan anlarını qələmə alandan sonra bir daha  yəqin etdim ki, o, uğurlu  insandır…

Bəli, hər  bir yubiley uğurlu, barlı-bəhrəli illərin hesabatıdır. Cəfər Cəfərovun 60 illik hesabatı, hər şeydən əvvəl, Allaha bağlı bir insanın, zəhmətkeş bir alimin, dövlətə və dövlətçiliyə sadiq bir vətəndaşın, ləyaqətli bir atanın, incə ruhlu, kövrək qəlbli bir babanın uğur hekayəsidir. Uğur istedad, zəhmət, səbr, cəsarət, təmkin, qətiyyət və bəxtin vəhdətində yaranır. Bu da təbii ki, Allah sevgisi ilə bağlıdır. Amma müdriklər də yaxşı deyib ki, uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.  

Uğurlarınız bol olsun, Cəfər müəllim! Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Fərrux Rüstəmov,
pedaqoji elmlər doktoru, professor Əməkdar elm xadimi
muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib