AzTehsil.com


Xəbərlər
04 dekabr 2022
1 536


Qəbul və buraxılış imtahanlarının tarixi dəyişdiriləcək? - ARAŞDIRMA




2023/2024-cü tədris ili üçün qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan xəbərlər ali məktəbə qəbulu hədəfləyən şagirdlərdə, həmçinin onların valideynlərində narahatlıq yaradıb. Dövlət İmtahan Mərkəzindən isə bildirirlər ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil. 


“Kaspi” qəzeti mövzunu araşdırıb:


“Ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. İmtahan vaxtları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq”. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin bu günlərdə açıqladığı fikirlər orta təhsil pilləsi ilə vidalaşmaqda olan, ali məktəbə qəbulu hədəfləyən şagirdlərdə və onların valideynlərində narahatlıq yaradıb. Belə ki, DİM sədrinin açıqlaması mediada və sosial platformalarda 2023/2024-cü tədris ili üçün qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçiriləcəyi kimi xarakterizə olunub. Üstəlik “Qəbul və buraxılış imtahanları bu tarixdə keçirilə bilər”, “İmtahanların vaxtı dəyişdi” və s. kimi xəbərlər də valideyn və imtahana hazırlaşan şagirdlərdə psixoloji gərginliyi artırır. Valideynlər hazırlıq keçən övladlarının dərs yükünün artırılacağından, keçirilən proqramları təkrarlamağa vaxt qalmayacağından narahatlıq keçirirlər. Onların fikrincə, 11-ci sinif üçün qəbul imtahanlarının vaxtı qabağa sürüşdürülərsə, dərs proqramı başa çatmayacaq. Digər tərəfdən, 2008-ci ildə qəbul edilmiş kurikulum standartları tədris ilinin sonunda yekunlaşmalıdır. 


Uşaq proqramı başa çatdıra bilməsə...


Valideynlər hesab edirlər ki, şagirdlərin həssas dönəmində imtahan tarixlərinin dəyişdirilməsi ilə bağlı yayılan açıqlamalar onlara psixoloji təsir edə bilər.


“Oğlum gecə-gündüz qəbul imtahanlarına hazırlaşır. Məktəbdən gəlib bir tikə yemək yeyəndən sonra hazırlıq müəllimlərinin yanına tələsir. Deyilənə görə, imtahanların vaxtı dəyişdirilib qabağa çəkiləcək. Qorxuram uşaq proqramı başa çatdıra bilməsin. Uşağın proqramı tamamlamaması bir yana, hər bir buraxılış sinif şagirdi deyə bilər ki, mən imtahanı vermişəm, sonra məktəbə niyə getməliyəm?” , - deyə valideyn Ə.Məmmədov narahatlığını bölüşür.


Qeyd edək ki, bundan əvvəlki illərdə DİM imtahanların vaxtını yanvar ayında açıqlayıb. Yaranan narahatlıq da bu tədris ilində imtahan vaxtının nisbətən tez - dekabr ayında açıqlanacağı ilə bağlıdır. 


Narahatlığa əsas yoxdur


Hərçənd Dövlət İmtahan Mərkəzi mövzu ilə bağlı ünvanladığımız sualın cavabında abituriyent və valideynlərin narahatlığına heç bir əsas görmür. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil: ”Ona görə də narahatlığa ehtiyac yoxdur. Növbəti ay ərzində müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq”.


Qaydalar tez-tez dəyişəndə...


Təhsil ekspertləri isə hesab edir ki, bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq yaradır. “İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, təhsilin keyfiyyətinə nail olmağın əsas şərtlərindən biri də təhsilin bir sistem kimi oturuşmasıdır”, - deyə qeyd edən təhsil eksperti Nadir İsrafilovun fikrincə, bəlkə də islahatların istədiyimiz axarda inkişaf etməməsinin bir səbəbi də qaydaların tez-tez dəyişdirilməsidir: “Təsadüfi deyil ki, xüsusilə son zamanlar ali təhsilin hamı üçün əlçatanlığının təmin olunması əsas gətirilərək, test sisteminin artıq özünü doğrultmadığı iddiasında olanların, imtahanların sadələşdirilməsi və hətta ləğv olunması barədə fikir söyləyənlərin sayı durmadan artmaqda davam edir. Xüsusilə də buraxılış və qəbul imtahanları ilə bağlı aparılan dəyişikliklər, imtahan müddətlərinin önə və geriyə çəkilməsi ilə bağlı qrafiklər heç də hamı tərəfindən birmənalı qarşılanmır. O da aydındır ki, istənilən dəyişikliklərlə bağlı hər bir yanaşma proqram tələbləri və tədris materialının yüngülləşməsinə hesablanmalı olduğu kimi, imtahan prosesinin də sadələşməsinə və obyektivliyinə, təhsilin pillələri arasında uzlaşmanın yaradılmasına xidmət etməli olduğu halda, bu və ya digər variantın tətbiqi imtahan verənlərin hazırlıq səviyyəsinə və adaptasiya prosesinə heç də mənfi təsirsiz ötüşmür”. 


“Təkpilləli vahid imtahan sisteminə keçidin zamanı çatıb”


Ekspertin fikrincə, ali məktəblərə qəbul imtahanlarının cədvəlinin bu ilin dekabrın 15-dək elan olunacağı və imtahan vaxtlarının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacağı ilə bağlı məsələyə də yanaşma birmənalı olmayacaq: “Kimlərsə hesab edəcək ki, keçən illə müqayisədə imtahanların önə çəkilməsi növbəti ildə ali məktəblərə qəbul prosesinin gecikməsinin qarşısını alacaq, digərləri isə hesab edəcək ki, ali məktəblərə qəbul imtahanları öncəki illərlə müqayisədə daha tez keçirilərsə, şagirdlər üçün mənfi tərəfi qısa vaxtda hazırlaşmaları olacaq. Bu mənada elm və təhsil naziri Emin Əmrullayevin media üçün keçirdiyi son brifinqində vurğuladığı kimi, biz əzbərlənməli, əvvəldən həlli məlum olan məsələlərin öyrədilməsinə diqqət edirik. Biz qiymətləndirməni, qəbul imtahanlarının strukturunu dəyişdirmədən bu kimi problemləri aradan qaldıra bilməyəcəyik. Hesab edirəm ki, artıq, təkpilləli vahid imtahan sisteminə keçidin zamanı gəlib çatıb. Belə bir dəyişikliyin edilməsi məzunların imtahana hazırlaşmalarının optimallaşdırılmasına və DİM-in imtahanlarla bağlı qrafikinin rasionallaşdırılmasına gətirib çıxarar”.


Qoy şagirdlər qabaqcadan bilsinlər


Tarix müəllimi Pərviz Ağalarov isə imtahan tarixlərinin dekabr ayında elan olunmasını təqdirəlayiq hesab edir: “Əvvəllər imtahanın tarixi qeyri-müəyyən qalırdı. Bu baxımdan, bu addım alqışlanmalıdır. Amma bütövlükdə bəlli tarix olmalıdır ki, uşaqlar hər il imtahanın nə vaxt keçiriləcəyini dəqiq bilsinlər. Hesab edirəm ki, bunu hətta daha tez elan etmək lazımdır, qoy şagirdlər qabaqcadan bilsinlər və imtahana hazırlaşsınlar”.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”

Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT