AzTehsil.com


Xəbərlər / Müəllim
04 oktyabr 2019
1 512


Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”



Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”

 

 
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ingilis dili müəllimləriylə bağlı səsləndirdiyi fikirlər marağa səbəb olub.

M.Abbaszadə qeyd edib ki, hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, o dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, o dili eşidib, həmin dildə danışmaq lazımdır. Amma sovet təhsil sistemində belə şərait olmayıb.

Onun sözlərinə görə, indi də xarici dili yaxşı bilən gənclər çox zaman məktəbə getmirlər və özləri üçün başqa bir yerdə iş tapırlar.

M.Abbaszadə əlavə edib ki, həm orta, həm də ali məktəblərdə təlim prosesi müasir ingilis dilinin tələblərinə uyğun qurulmalıdır.

İngilis dili müəllimləri Məleykə Abbaszadənin bu sözləriylə bağlı düşüncələrini AzEdu.az-a bölüşüblər.

Laçın rayonu, Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl AzEdu.az-a açıqlamasında bildirib ki, sovet təhsil sisteminin qalıqları o dövrü görən, təhsil alan müəllimlərdə özünü göstərə bilər:

"Bu, biz gənc müəllimlərə şamil edilə bilməz. Mən DİM-in ali məktəblərə qəbul imtahanı suallarının hazırlanması və yoxlanılmasında iştirak etmək hüququ qazanmışam. "Marker müəllim" sertifikatım var və 3 il qüvvədə olacaq. Azərbaycan Dillər Universitetinin məzunuyam. İngilis dilli ölkələrdə olmasam da, xaricilərin iştirakı ilə bir çox "conversation club"lara hələ tələbəlik dövründən maraq göstərirdim. "Aşıq gördüyünü çalar" deyiblər. Bizə universitet nə keçirsə, biz də onları tətbiq edirik”.

Şəbnəm Cəbrayılın sözlərinə görə, 28 il əvvəl Laçın məktəblərində linqafon otaqları var idi:

"Bu otaqlar öyrəndiyiniz dildə eşidib-anlama bacarıqlarınızı inkişaf etdirmək istiqamətində əvəzsiz rol oynayırdı. Bu gün- 28 il sonra biz, məktəbdə şagirdi qəbul imtahanına düşəcək dinləmə materiallarına alışdırmaq üçün heç bir cihaz tapmırıq və onları imtahana qrammatik biliklərlə yollamaqla kifayətlənirik. Nəzərə alsaq ki, hər uşağın evdə internet imkanı yoxdur, bu qlobal bir problem olaraq düşünülə bilər”.

İngilis dili müəllimi Turan Hüseynov isə Məleykə Abbaszadənin fikirləri ilə razıdır:

"Sovet dövründə ingilis dili müəllimliyi ixtisasını öyrənən şəxslər üçün lazımi imkanlar yox idi. Bəzən də universitetlərdə iki dil, ingilis-alman, ingilis-fransız dilləri birgə öyrədilirdi. Lakin onu da nəzərə alaq ki, sovet dövründə ingilis dilinin tədris keyfiyyəti yaxşı olub. Bu gün məktəb müəllimlərinin özlərində bir az tənbəllik var. Gənc nəsil arasında müsbətə doğru irəliləyişlər çoxdur. Onlar yeni imkanlardan, elektron vasitələrdən istifadə edirlər. Ötən ildən də dinləmə mətnləri dövlət imtahanlarının bir parçasına çevrildi. Bu özü ingilis dilinin inkişafında çox böyük addım idi”.

Turan Hüseynov qeyd edib ki, Azərbaycanda kifayət qədər beynəlxalq sertifikatlara sahib müəllimlər var:

"Belə müəllimlər məktəblərə cəlb olunmalıdır. Məleykə xanımın dediyi kimi sovet dövründə yaxşı müəllimlər xarici şirkətlərə yönəldilər. Məktəblər bir növ yaxşı müəllimlərdən məhrum oldu. Bu gün isə peşəkar müəllimlər, əsasən,  özəl sektorda fəaliyyət göstərməyə üstünlük verir. Bu da əksər hallarda əməkhaqqı ilə əlaqədardır.

Məktəblərdə ingilis dilinin tədrisi ilə bağlı problemlərdən biri də siniflərdə uşaq sayının çoxluğudur. Müəllim 45 dəqiqə ərzində 15 nəfərlik qrupda tədris apara bilmir, ya proqramdakı dərsi keçir, ya da ev tapşırığını yoxlayır. Uşaqların dil praktikası ilə məşğul olmağa vaxt qalmır. Şagird sayı 10-dan çox olanda vəziyyət çətinləşir. Düşünürəm ki, məktəb dərslikləri də çətindir. Proqram sıxdır və praktikaya ayrılan zaman azdır”.

Turan Hüseynov müəllimlərin psixoloji və metodiki hazırlığının əsas məsələlərdən biri olduğu qənaətindədir:

"Məktəbə gedən uşaqlar bir çox psixoloji prosesdən keçirlər. Müəllimlər psixoloji hazırlığa cəlb olunmalıdırlar ki, hər yaş dövründəki uşaqlarla uyğun çalışa bilsinlər.

Məktəbdə dərs deyən müəllimlərin praktik bilgilərinin zəifləməsi normaldır.  Onlar ancaq dərs keçməklə məşğuldurlar. Müəllimlərin, şagirdlərin və valideynlərin əsas məqsədi şagirdin ali məktəbə qəbul olmasıdır. Bu səbəbdən də şablonlaşmış üsulla imtahanlara hazırlıq gedir. Müəllimlərin praktik dil bilgiləri mütəmadi şəkildə inkişaf etdirilməlidir. Onlar danışıq klublarına, treninqlərə cəlb olunmalıdırlar. Belə olduğu təqdirdə, həmin bilgiləri şagirdlərə öyrədəcək və onlardan tələb edəcəklər. Beləliklə, şagirdlər artıq məktəbi bitirəndə öz fikirlərini normal şəkildə ifadə edə bilmək bacarığına malik olacaqlar”.

Gəncə şəhəri 27  nömrəli məktəb-liseyin ingilis dili müəllimi Elvin Bəkirov vurğulayıb ki, Məleykə Abbaszadə müəyyən məqamlarda tamamilə haqlıdır:

"Bizim müəllimlərin əksəriyyəti sadəcə qrammatikanı və tərcümə etməyi bilirlər. Danışıq qabiliyyətləri bir neçə cümlə qurmaqdan ibarət olur. Amma onu da etiraf etmək lazımdır ki, müəllimləri bu vəziyyətə gətirib çıxaran dərsliklərimiz və imtahanlarımız olub. Dərsliklərdə yalnız mətni oxuyub tərcümə etməyə dair tapşırıqlar və qrammatik çalışmalar yer alıb. DİM-in son 1 il istisna olmaqla, təşkil etdiyi imtahanların hamısı qrammatika və tərcümə yönümlü olub. Bütün müəllimlər özlərini yalnız bu istiqamət üzrə inkişaf etdiriblər. Son dövrlərdə DİM-in etdiyi dəyişikliklərə etiraz edən müəllimlər isə bir daha özlərini həmin istiqamətdə inkişaf etdirmək istəmirlər. Bu zəhmət və vaxt tələb edir. Əvvəllər xarici dil mühiti tapmaq çox çətin olurdu. Amma hazırda müasir texnologiyalar vasitəsi ilə bu mümkündür”.

Elvin Bəkirov deyib ki, əgər müəllimlərə təlim təşkil etmək və yenidən bu dili öyrətmək istəyirlərsə, lazımi maddi-texniki bazanı təkmilləşdirməlidirlər:

"Yəni müəllim maddi problemləri haqda deyil, akademik məsələlər barədə fikirləşməlidir. Sonda onu qeyd edim ki, DİM imtahanlarda hansı tələbləri qoysa, müəllimlər və tələbələr elə həmin istiqamətdə də inkişaf edəcəklər. Təhsil Nazirliyi dərsliklərlə bağlı həddindən artıq islahatlar aparmalıdır. Sadəcə beynəlxalq nəşrlərə baxmaq  və onları milliləşdirmək lazımdır. Bir sözlə, Təhsil Nazirliyi, DİM və müəllimlər qarşılıqlı şəkildə əllərini daşın altına uzatmalıdırlar”.



Загрузка...
Həmçinin oxuyun:
İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Şagirdlərə şad xəbər

Şagirdlərə şad xəbər

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakşçı qəbulu

“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakşçı qəbulu

DİM ingilis dilindən biliyin qiymətləndirilməsi üzrə işçi axtarır

DİM ingilis dilindən biliyin qiymətləndirilməsi üzrə işçi axtarır

İngilis dili müəllimi olmaq istəyənlər imtahan verir

İngilis dili müəllimi olmaq istəyənlər imtahan verir

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

Uşağa xarici dili neçə yaşında öyrədək? -DİQQƏT

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

İş axtaran müəllimlərin NƏZƏRİNƏ! - ADU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib - SİYAHI

İş axtaran müəllimlərin NƏZƏRİNƏ! - ADU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib - SİYAHI

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO