AzTehsil.com


Xəbərlər
18 iyun 2019
32 907


Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər



 

 
Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.

 Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda əksini tapıb.

İxtisasların uyğunluğu (müvafiqliyi) Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

Subbakalavrların elektron ərizələrinin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır. 

Lakin subbakalavrlar bütün ixtisasları seçmək hüququna malik deyillər.

Subbakalavrların seçmək hüququna malik olmadığı ixtisasların adı haqqında məlumatı Təhsil eksperti Kamran Əsədov şəxsi Facebook səhifəsində yazıb.

O qeyd edib ki, müsabiqədən kənar ali məktəblərə qəbul olmaq istəyən subbakalavrlar (kollec məzunları) buəzi ixtisasları seçə bilməyəcək.

Bunlar:

1.Azərbaycan Dillər Universitetində:

Xarici dil müəllimliyi (alman dili)

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Almaniya üzrə)

Filologiya (alman dili və ədəbiy¬yatı)

Tərcümə (alman dili)

Xarici dil müəllimliyi (fransız dili)
Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)
Regionşünaslıq (Fransa üzrə)
Filologiya (fransız dili və ədəbiyyatı)

Tərcümə (fransız dili)
Regionşünaslıq (ərəb ölkələri üzrə)
Xarici dil müəllimliyi (ingilis dili)
Dil və ədəbiyyat müəllimliyi ( ingilis dili və ədəbiyyatı müəllimliyi)
Regionşünaslıq (ingiltərə üzrə)
Filologiya (ingilis dili və ədəbiyyatı)
Tərcümə (ingilis dili)
2.Lənkəran Dövlət Universitetində:
"Xarici dil müəllimliyi (ingilis dili üzrə)” 
"Tərcümə (ingilis dili üzrə)

 

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində
olan ixtisasları.

 4.Dövlət ali təhsil müəssisələrinin "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə) ixtisasları

 5.Dövlət ali təhsil müəssisələrinin "Tərcümə (dillər üzrə)” ixtisası

Kamran Əsodov həmçinin deyib ki, subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər.

 "Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər”.

 Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə - V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.



Загрузка...
Həmçinin oxuyun:
Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

DİM builki keçid ballarını elan etdi

DİM builki keçid ballarını elan etdi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Tələbə qəbulunda daha bir

Tələbə qəbulunda daha bir

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balları

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balları

Abituriyentlər üçün müsabiqə şərtləri

Abituriyentlər üçün müsabiqə şərtləri

Kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaq - Yeni layihə hökümətə təqdim olunub

Kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaq - Yeni layihə hökümətə təqdim olunub

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Kolleclərə qəbul olunmaq üçün neçə bal tələb olunur?

Kolleclərə qəbul olunmaq üçün neçə bal tələb olunur?

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı