Meyarları müəyyən edilmədiyi halda təhsilin keyfiyyətindən danışmaq olardımı?-NAZİRƏ MÜRACİƏT
Xaricdən aldığımız diplomlar niyə tanınmır?
Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarında III maddəsinin 3.8-ci bəndində göstərilir ki, "Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır.
Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir" Sual olunur ki Sınaq yoxlamalarını Təhsildə Keyfiyyət Təminatı Agentliyi sahə üzrə ekspertləri hansı prinsiplərlə/meyarlarla seçir? Digər məsələ isə "mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblərdir" Biz bu gün təhsilin keyfiyyətinin aşağı olmasından şikayətlənir və təndiq edirik. Proqramların hazırlanması zamanı isə sahə üzrə dövlət standartının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən bütün universitetlərə göndərildiyinidə bilirik.
Nə vaxt mənfi rəy verilə bilər?
3.7-ci bənddə Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.
1. xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;
Cənablar Avropanın əksər öldələrində bakalavr 3 magistratura isə 1- və ya 2 ildir. İndi nə edək?
xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
Yəni Distant təhsil almısınızsa o zaman sənəd tanınmayacaq.
Hörmətli cənab nazir Emin Amrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2020 mart ayının 3-dən distant formaya keçdi və bu proseses 2021 sentyabrın 29-na kimi davam etdi.
Emin Amrullayev Azərbaycan Respublikasında distant təhsil formasının meyarları müəyyən edilmədiyi halda təhsilin keyfiyyətindən danışmaq olardımı? 2022-ci il may 5-də (Ali təhsildə keyfiyyət təminatı" adlı beynəlxalq forum) çıxışınızda qeyd edirsiniz ki, distant təhsil forması haqqında düşünülür. O zaman sizin tərkibinizdəki Agentlik "Iddiaçıya" necə deyə bilər ki, sizin distant aldığınız diplom tanınmır? 2022-ci ilin noyabr ayı üzrə hesabatda qeyd edilir ki, 230 müraciətdən 210-a müsbət rəy verilib. 20 isə mənfi.
Zəhmət olmasa bunun səbəbini də yazın hesabatda. Agentliyin rəsmi səhifəsində göstərilən domain isə yanlış, səhvdir. (foto əlavə edilir.) Deyin ki, beynəlxalq indeksləmədə "ı" hərfi yoxdur.
P.S. 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş sənəddə ödənişlə bağlı əlavədən başqa ciddi dəyişiklik edilməyib. 19 ildə dünyada nələr dəyişməyib ki!?
Davamı var......