Müəllimlər üçün tətil anlayışı yoxdur
"Müəllimlər üçün tətil anlayışı yoxdur".
Bunu təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, Azərbaycan Respublikasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir:
"Müəllimlər üçün tətil anlayışı yoxdur. Müəllim və işçilər üçün iş günü olmayan günlər əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri, Ümumxalq hüzn günü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır. 6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar".
"Məktəb rəhbərləri tətil günlərindən daha səmərəli istifadə etmək üçün məktəbdə məktəbdaxili təlimlər təşkil etsələr, həmin günlər daha maraqlı və yararlı olar", - Elşən Qafarov qeyd edib.