Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:
bu Məcəllədən;
Azərbaycan Respublikasının müvafiq qanunlarından;
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ- hüquqi aktlardan;
əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1. Şərh olunan maddə Azərbaycan Respublikası əmək qanunvericiliyi sisteminə daxil olan normativ - hüquqi aktlara həsr olunmuşdur. Bu aktlar içərisində əsas yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM) tutur. AR ƏM məcəllələşdirilmiş aktdır. AR Əmək Məcəlləsi l fevral 1999-cu ildə qəbul edilmiş və həmin ilin iyulun l-dən qüvvəyə minmiş, 13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir. Bu məcəllə 1999-cu il fevralın l- dən sonra yaranan münasibətlərə tətbiq olunur. AR ƏM yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzimləyən ən mühüm aktdır.
2. Hüquqi qüvvəsinə görə Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ-hüquqi aktlar sistemində AR ƏM-dən sonra ikinci yeri əmək münasibətlərini tənzimləyən normaları təsbit edən AR-nın müvafiq qanunları tutur. Buna misal olaraq Məşğulluq haqqında'' AR-nın 2 iyul 2001-ci il tarixli Qanunu, "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il Qanunu, "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının 24 fevral 1994-ciİ il tarixli Qanunu və s. göstərmək olar. Əmək münasibətlərini tənzimləyən qanunlar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 63 səs çoxluğu ilə qəbul olunur. Qanunlar AR Konstitusiyasına və AR Ə M-ə zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti və hüquqi şəxslər üçün məcburidir.
3. Şərh olunan maddəyə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bərabər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində qəbul etdiyi normativ- hüquqi aktlar da Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxildir. Burada söhbət Azərbaycan Respublikası Prezidentinin, AR NK-nın və mərkəzi icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ-hüquqi aktlardan gedir.
Azərbaycan Respublikası Konstitusiyasının 99-cıı maddəsinə əsasən, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti müxtəlif məsələlər üzrə fərmanlar verir. Bütün fərmanlar deyil, əmək münasibətlərinin tənzimlənməsini nəzərdə tutan fərmanlar Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxildir. Buna misal olaraq Azərbaycan Respublikasının Prezidentinin aşağıdakı fərmanlarını göstərmək olar:
- Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli 1265 №-li Sərəncamı (2006-2018-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası :2006-cı ilin oktyabrından - 30 AZN ,2007-ci ilin fevralından - 50 AZN,2008-ci ilin yanvarından - 60 AZN,2008-ci ilin avqustundan - 75 AZN,2010-cu ilin sentyabrından - 85 AZN 2011-ci ilin dekabrından - 93,50 AZN,2013-cü ilin sentyabrından - 105 AZN,2017-ci ilin yanvarından - 116 AZN, 2018-ci ilin yanvarından - 130 AZN,2019-cu ilin martından - 180 AZN,2019-cu ilin sentyabrından - 250 AZN)
- "Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsi sahəsində əlavə tədbirlər haqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 11 mart tarixli fərmanı;
- "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında "Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı;
- "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimııllaşdınlması tədbirləri haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 sentyabr tarixli fərmanı və s.
Azərbaycan Respublikası Prezidentinin fərmanlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
AR NK Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. AR NK səlahiyyətləri daxilində qanunların və Azərbaycan Respublikası Prezidentinin fəman larin m icrası üçiin onlara uyğun olaraq müvafiq qərar qəbul etməklə onların icrasını təmin edir. AR NK-nın bütün qərarları deyil, yalnız əmək münasibətlərini tənzimləyən qərarları Azərbaycan Respublikası əmək qanunvericiliyi sisteminə daxildir.
AR NK-nuı qərarları AR Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. AR NK əmək münasibətlərini tənzimləyən çoxlu sayda qərarlar qəbul etmişdir. Buna misal olaraq AR NK-nın
- Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları haqqında 2001-ci il 23 may tarixli 97 N?-li qərarı;
- Məzuniyyət vaxtı iiçün orta əmək haqqı hesablanarkən nəzərə alman və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaş- dırdması qaydasının təsdiq edilməsi barədə 1999-cıı il 25 avqust tarixli 137 Ni>-li qərarı;
- Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnovbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi haqqında 2001-ci il 5 aprel tarixli 74 Nə-li qərarı;
- istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödən elərin verilməsi Qaydaları, şərtləri və məbləği haqqında 2003-cü il 9 yanvar tarixli 3 Nş-U qərarı və s. göstərmək olar.
AR NK-nın qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir (AR Konstitusiyasının 149-cıı uıaddəninn V hissəsi).
AR NK-nın qərarlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir (AR Konstitusiyasının 120-ci maddəsinin 11 hissəsi).
4. Mərkəzi icra hakimiyyəti orqanları da əmək münasibətlərini tənzimləyən müvafiq normativ -hüquqi aktlar qəbul etmək səlahiyyətinə malikdir və bu aktlar AR ƏN-də hök- mən qeydiyyata alınmalıdır. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları AR Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və AR NK-nın qərarlarına zidd olmamalıdır. Buna misal olaraq aşağıdakıları göstərmək olar:
-Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1996-cı il 7 avqust tarixli 401 saylı əmri ilə təsdiq edilnış "Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamə;
- AR ƏƏSMN ilə razılaşdırılmaqla Azərbaycan Respublikası M al iy və .Nazirliyinin 2001-ci il 25 aprel tarixli 1-44 N-li əmri ilə təsdiq edilmiş "işçilərin ezamiyyə qaydaları ” (Qeydiyyat Na 2687, 7 may 2001-ci il).
-AR ƏƏSMN Kollegiyasının 2002-ci il 4 iyul tarixli 8-1 Nal i qərarı ilə təsdiq edilmiş "işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilinəsi qaydaları (Qeydiyyat Na 2S87, 22 iyul 2002-ci il).
5. AR Konstitusiyasının 148-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə dcıxil olan normativ-hüquqi aktlar ilə (AR Konstitusiyası və referendumla qəbul olunan aktar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövləti ər ar ası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən aşağıdakılar daxildir:
- İnsan hüquqları haqqında Ümumi Bəyannamə (1948);
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (1966);
- iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (1966);
- Avrnpcı Sosial Xartiyası (1996);
-Avropa Şurasının qəbul etdiyi konvensiyalar;
- BMT-nİn xüsusi ixtisaslaşdırılmış orqanı olan Beynəlxalq Əmək Təşkilatının (BƏT-in) qəbul etdiyi konvensiyalar.
Yuxarıda göstərilən aktlar içərisində BƏT-in Konvensiyaları xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikası 19 may 1992-ci ildən BƏT-in üzvüdür. Azərbaycan Respublikası indiyə kimi BƏT-in 60-dan artıq Konvensiyasını ratifikasiya etmişdir. Bunlara misal olaraq aşağıdakı bəzi konvensiyaları göstərmək olar:
- illik ödənişli məzuniyyətlər haqqında 52 №-li Konvensiya (1936)
- Ödənişli məzuniyyətlər haqqında 132 №-li Konvensiya (1970)
- Əmək haqqının mühafizəsi haqqında 95 №-li Konvensiya (1949)
- İcbari əməyin ləğv edilinəsi haqında 105 №-li Konvensiya (1957)
- Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 №-li Konvensiya (1958) və s.
Qeyd olunan bu konvensiyaların hamısı Azərbaycan Respublikası tərəfindən ratifikasiyaedilmişdir.