AzTehsil.com

Xəbərlər / Ziyalılar
18 noyabr 2022
1 135

İlham Əhmədov : Ədəbi tənqid var, pedaqoji tənqid bəs niyə yoxdur?

Təhsil insan, cəmiyyət və dövlət üçün elm, iqtisadiyyat, ədəbiyyat, incəsənət v.s. sahələrdən  daha mühümdür. Təhsil olmasa bunların heç biri ola bilməz. Çünki, bu sahələri yaradan və inkişaf etdirən insan təhsilin məhsuluduir.

Bu gün dünya təhsil  sistemi ciddi  transformasiya edir, köklü islahatlar gedir, çox vaxt da  bu dəyişiklik  “sınaq və səhv” üsulu  ilə aparılır. Təhsilin gələcəyinə yönəli müxtəlif   riskli ssenarilər hazırlanır,  Çünki,  təhsil sistemi, təhsil islahatları   bu gün tarixən  heç vaxt olmadığı qədər qeyri-müəyyənlik  şəraitində reallaşır. Bu prosesdə təbii ki, səhvlər də  olacaq.  Tanınmış təhsil ekspertləri bu prosesə  “yaradıcı dağıdıcılıq”  kimi ad vermişlər.  Amma elə ölkələr də var ki, oradakı təhsil islahatları  yaradıcı olmur.  “Yaradıcı dağıdıcılıq”  sadəcə destruktiv dağıdıcılığa  çevrilir, gözlənilən nəticələrin tam əksi müşahidə edilir.  Bütün bu proseslərə tənqidi yanaşmaqlı, indiki  və gələcək səvhləri  proqnozlaşdırmaqla, onları görməklə  korrektə etmək mümkündür. 

Təhsildə problemlər ədəbiyyatdakı  problemlərdən daha çoxdur.  Əgər ədəbi tənqid filologiyanın bir elmi istiqaməti kimi varsa, niyə pedaqoji elmin bir istiqaməti də pedaqoji tənqid olmasın?  Ədəbi tənqidə məmurlar, yazarlar  normal, sivil  münasibət bəslədiyi halda, pedaqoji tənqidə  çox  vaxt məmurlar müxalif gözü ilə baxır, onu  sevmirlər. Çoxu dərk etmir ki, tənqid, alternativ fikir olmayan yerdə inkişaf ola bilməz.  Təklif edirəm ki, pedaqoji elmlər sistemində yeni istiqamət - “pedaqoji tənqid”  istiqaməti  yaransın.  Bunsuz müasir təhsil sisteminin  və pedaqogika elminin  inkişafı zəif olacaqdır. 

Ədəbi tənqid ədəbi  prosesləri təhlil, tənqid, şərh edirsə,  pedaqoji tənqid də   təhsil sistemi  və bu sistemdə gedən islahatlar prosesini  təhlil, tənqid, şərh etməli, daha düzgün istiqamətləndirməlidir.  Təhsil və pedaqoji elmlər bundan yalnız uda bilər.

Dosent İlham Əhmədov

Загрузка...
Həmçinin oxuyun:
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib