AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
18 noyabr 2022
1 460


Müavin nöqsanlara görə işdən çıxarıldı




Paytaxtdakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova ilə bağlı məktəbin sabiq direktor əvəzinin və bir qrup işçinin müraciəti əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.


Məktəb kollektivi tərəfindən ünvanlanmış müraciətdə qeyd olunub ki, 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova məktəbə təyin olunduğu vaxtdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərdən aldığı əməkhaqlarının hər ay 1 faizini ona vermələrini tələb edib. Elza Cəfərova təyin olunduğu az bir müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllimlərlə kobud davranıb, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olub.


Təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovanın “Müəllimlərin etik davranış Qaydaları”na əməl etməməsi, qeyri-qanuni hərəkətləri barədə 13 oktyabr 2022-ci il tarixində 235 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən pedaqoji kollektivin 49 üzvünün iştirakı ilə Pedaqoji Şura iclası keçirilib. Pedaqoji Şura iclasında çıxış edən kollektiv üzvləri direktor müavini Elza Cəfərovanın vəzifəyə təyin olunduğu vaxtdan pedaqoji kollektivin üzvlərini təhqir etdiyini, vəzifə funksiyalarını yerinə yetirmədiyini, məktəbin normal iş rejiminin pozulduğunu bildiriblər.


Pedaqoji Şura iclasının yekununda əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Elza Nurəddin qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair tabelik üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdimat ünvanlanmasına dair qərar qəbul edilib. Qeyd olunanlarla bağlı məktəbin sabiq direktor əvəzi tərəfindən BŞTİ-yə ünvanlanmış təqdimatda da Elza Cəfərovanın məktəbə təyin olunduğu vaxtdan qərəzli mövqe nümayiş etdirdiyi, mütəmadi olaraq münaqişə yaratmağa çalışdığı qeyd olunub, 28 sentyabr 2022-ci il tarixdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı ilə təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova arasında baş vermiş mübahisə zamanı tərəflərin bir-birinin ünvanına müəllim adına və nüfuzuna yaraşmayan ifadələr işlətdiyi, qarşılıqlı olaraq bir-birini təhqir etdiyi bildirilib. Bununla da müəssisənin normal iş rejimi və “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri pozulub.


Qeyd olunanlara əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova 235 nömrəli tam orta məktəbə təyin olunduğu vaxtdan məktəbdə qeyri-sağlam mühit formalaşıb, psixoloji gərginlik yaranıb və bu da öz növbəsində tədris mühitinin zəifləməsinə səbəb olub. Qeyd olunanları nəzərə alaraq, 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Elza Nurəddin qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 noyabr 2022-ci il tarixindən xitam verilib.


Qeyd edək ki, Elza Cəfərova 26.01.2009-cu il tarixdən 28.06.2013-cü il tarixədək Bakı şəhəri 235 nömrəli tam orta məktəbdə, 29.06.2013-cü il tarixdən-23.09.2022-ci il tarixədək Bakı şəhəri 231 nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışıb. Onu da qeyd edək ki, Vətən müharibəsi iştirakçısının ailə üzvü olduğu, çoxsaylı müraciətləri nəzərə alınaraq, Elza Cəfərova 26.09.2022-ci il tarixdə 235 nömrəli tam orta məktəbə müddətli əmək müqaviləsi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu. Elza Cəfərovanın qızı Əminə Cəfərova Vətən müharibəsi iştirakçılarının ailə üzvlərinin məşğulluğunun təmin edilməsi məqsədilə 21.05.2021-ci il tarixdən paytaxtdakı 256 nömrəli tam orta məktəbə uşaq birliyinin təşkilatı rəhbəri vəzifəsinə təyin olunub.


Göstərilən diqqət və qayğını düzgün dəyərləndirməyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edən, “Müəllimlərin etik davranış Qaydaları”nın və digər müvafiq normaların tələblərini pozan Elza Cəfərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi 235 nömrəli tam orta məktəbin pedaqoji kollektivi tərəfindən məmnunluqla qarşılanıb, məktəbdə sağlam pedaqoji və psixoloji mühitin formalaşmasına zəmin yaradıb.




Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

MÜƏLLİMLƏRİN   ETİK   DAVRANIŞ  QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Müəllim   təhsilalanların   şərəf   və   ləyaqətinə   hörmətlə yanaşmalı

Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Metodbirləşmələr

Metodbirləşmələr

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar