AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
30 sentyabr 2022
824


İmtahanları birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik- TƏHLİL




Nadir İsrafilov: “Ya kəmiyyət, ya keyfiyyət – üçüncü yol yoxdur – məsələnin əsl mahiyyəti məhz budur.”


 “Gələcəkdə daha çox hansı peşələrə ehtiyac duyulacaq? Mən hər-hansı bir proqnoz verməyin aludəçisi deyiləm.  Bu sualın cavabını əmək bazarının təlabatının və zamanın gedişatının öhdəsinə buraxaq. “Ya kəmiyyət, ya keyfiyyət!” - Ya universitetlərə qəbulun sadələşdirilməsi, ya da unıversitetlərin qəbul planının doldurulması – bəlkə, bu sualı bir kənara qoyub bir az da bu barədə düşünək...”


 Bu sözləri  AzEdu.az-a açıqlamasında tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov yeni yaradılan ixtisaslara və universitetlərdə boş qalan plan yerlərinə  münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, universitetlərin plan yerlərinin dolub-dolmaması onları  öz problemidir. Bizim isə işimiz ildən-ilə manşetlərin “bəzəyinə” çevrilən “Ali məktəblərə qəbul olundular, amma imtina etdilər”, “Minlərlə tələbə təhsildən niyə imtina etdi?”, “2300 gəncin universitetlərdən imtinası necə izah oluna bilər”, “Ali məktəblərdə plan yerlərinin boş qalma səbəbləri nədir?” və s. bu kimi yazı başlıqlarına cavab axtarmaqdır.


“Gələcəkdə hansı ixtisaslar önə keçəcək - bunu əmək bazarı diktə edəcək və zaman deyəcək... Ancaq, təkcə, bu il qəbul imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən 2 355 nəfərin elektron qaydada müraciətlərini təsdiq etməmələrini zamanın öhdəsinə buraxmaq olmaz. Ya universitetlərə qəbul sadələşdirilməli, ya da tələb-təklif prinsipi əsasında aparılmalıdır. Daha konkret desək, ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq.”


Demək olar ki, hər növbəti il üçün universitetlərdə bakalavr və magistr pillələri üçün ayrı-ayrı qruplar üzrə yeni ixtisasların adları və bu ixtisasların keçid balları haqqında geniş  materiallar dərc olunur, ayrı- ayrı universitetlərdə tədris prosesini təmin etmək üçün müasir auditoriyalar, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanları olduğu barədə məlumatlar yayılır.


“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilib . Son iki ildə “Aerokosmik mühəndislik”,“Aviasiya təhlükəsizliyi mühəndisliyi”,“Geomatika və geodeziya mühəndisliyi”,“Beynəlxalq ticarət və logistika”,“Turizm bələdçiliyi”,“İctimai təhlükəsizlik və idarəetmə”,“Fizioterapiya və tibbi reabilitasiya”,“Tibb və Biotexnologiya”,“Biznesin idarə edilməsi”, “İnformasiya təhlükəsizliyi” kimi 20-dən artıq yeni ixtisaslar yaradılıb,  bəzi ixtisaslar isə ləğv edilib.  


Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbə qəbulu Qaydaları”nda dəyişiklik etməsi təbiidir. Qloballaşma dövründə, kompyuter əsrinə yaşayırıq, beynəlxalq təhsil sisteminə inteqrasiya edirik. Problem heç də bu və ya digər hansısa  ildə tələbə adını qazanan gənclər arasında deyək ki, tibb, iqtisadiyyat, mühəndislik, texniki fənlərə və yüksək texnologiyalara üstünlük verənlərin olmasında, pedaqoji, aqrar və mühəndisliklə əlaqədar ixtisasları seçənlərin də az olmamasında deyil. Oğlanların və qızların daha çox hansı ixtisaslara  meylliliyində də elə bir ciddi fərq olmaması da o qədər önəmli deyi. Bu il belə olar, növbəti il başqa cür.  Problemin kökünü ali məktəbə qəbul olunan minlərlə tələbənin təhsildən imtina etməsinin səbəblərində axtarmaq lazımdır.


Səbəblər aydın olsa da  həlli yolları barədə düşünmürük, bəlkə də düşünmək istəmirik. İxtisas seçimindəki “labirint” abituriyenti istədiyi ixtisasa  deyil, digər arzulamadığı ixtisasa yönləndirir. Arzuladığı ixtisasa qəbul olmaması isə onu ruhdan salaraq, ali məktəbdən imtina etmək məcburiyyəti ilə üz-üzə qoyur. Arzulamadığı ixtisasa qəbul olunması gələcəkdə onun iş tapması, özünə karyera qurması üçün də problem yaradır. Düzgün seçim edilməməsi isə bir də onunla nəticələnir ki, 150-200 balla ali məktəbə qəbul olunursan, 500 balla istədiyin ixtisasa yiyələnə bilmirsən.  Ali məktəbdə qəbul olub, təhsil almaqdan imtina etməyin bir və başlıca səbəblərdən biri kimi yüksək ödənişlər də ki, öz yerində.

Əgər, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişiksə, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabət aparmaq fikrinə düşmüşüksə qəbul qaydalarını sadələşdirməliyik. Bir çox ölkələrdə olduğu kimi, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsinin  məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcəyi belə dəfələrlə dilə gətirilib. Ancaq, nədənsə hələ də gözləmə mövqeyindəyik.


Yox, əgər ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyətini yaxşılaşdırmaq vəzifəsini qarşımıza qoymuşuqsa, onda ayrı-ayrı  universitetlərin planını doldurmaq məqsədindən vaz keçməliyik. Keçid ballarını qaldırmaq yolu ilə tələb–təklif prinsipinin reallaşdırılmasında israrlı olmalıyıq. Onsuz da ehtiyat kadr fondumuz tələb olunduğundan qat-qat çoxdur.


Beləliklə, ya kəmiyyət, ya keyfiyyət. Yox, əgər aralıq mövqe tuturuqsa,“kubik-rubik”oyunu ilə, "kvant dolaşıqlığı" yaradırıqsa, onda bu ətrafda dolaşan söz-söhbətlərə heç vaxt son qoyulmayacaq. Unutmayaq ki, ixtisas qruplarına təklif edilən “altqruplar”, “üstqruplar” və s. bu kimi mütəmadi dəyişikliklər məktəblərin nüfuzunun daha da aşağı düşməsini sürətləndirir, repetitor institutunun çiçəklənməsinə, əlavə hazırlıq kurslarının isə rişələnməsinə geniş yol açır.


 


 




Загрузка...
Həmçinin oxuyun:
Vahid imtahan modelinə doğru?

Vahid imtahan modelinə doğru?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ali məktəblərə attestatla qəbul, yoxsa...?

Ali məktəblərə attestatla qəbul, yoxsa...?

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ