Anım Günü ilə bağlı tədbir təşkil olunub.
Bu gün Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Anım günü ilə əlaqədar Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə görüş baş tutub.
Görüşdə Vətən müharibəsi zamanı şəhid olmuş İsmayıl Süleymanovun anası Güldəstə Süleymanova, Şəhid Vüsal Kazımovun bacısı Röyalə Əsgərova, Vətən müharibəsi qaziləri Elgiz Əsədov, Bəxtiyar Zeynallı və Vətən müharibəsi iştirakçıları Hacı Vəliyev, Mirsamir Seyidzadə, həmçinin həmin məktəbin 6-cı sinif şagirdləri, müəllim heyəti və məktəbin rəhbərliyi iştirak edib.
Görüş zamanı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi rəşadət, qəhrəman əsgərlərimizin şücaəti və qəhrəmanlıqları barədə şagirdləri maraqlandıran suallar cavablandırılıb. Görüşün sonunda tədbiri təşkil edən həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Nağıyeva tərəfindən iştirakçılara təşəkkür edilib və xatirə şəkilləri çəkilib.