AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
07 yanvar 2021
1 374


Vətənə sipər oğullar...



Vətənə sipər oğullar...

 

Sentyabrın 27-də başlanan, 44 gün davam edən və azğın düşmənin  məğlubiyyəti ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinin ŞƏRƏF, ŞÖHRƏT, ZƏFƏR salnaməsidir. Böyük fəxarət hissi ilə deyirəm ki, bu zəfər döyüşünə Lənkəran Dövlət Universitetinin məzunları, tələbələri, işçiləri ilk günlərdən  könüllü olaraq qatıldılar; hünər və cəsurluq nümunələri göstərərək Qələbə salnaməsinə imzalarını qoydular.

Erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının zəfərlə başa çatdırdığı Vətən müharibəsi artıq tarixdir və fəxrlə deyə bilirik: "Qarabağ Azərbaycandır!”.

Müharibə bitdikdən sonra tərxis olunan işçilərimiz bir-bir sıralarımıza qayıdır. Tərxis olunmuş  döyüşçü tələbələrimiz də  tədris prosesinə  qatılmaqdadır.  Döyüşdən qazi kimi qayıdanlarımız da var. Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını qurban verən oğullarımıza qayğı daim diqqət mərkəzindədir və Yeni İl ərəfəsində onların ailələrini ziyarət edib, lazımi diqqət göstərməyi özümüzə mənəvi borc bilmişik.

Amma çox təəssüf ki, heç bir müharibə itkisiz, qansız, qurbansız ötüşmür. İkinci Qarabağ savaşında canından keçib şəhidlik zirvəsinə ucalanlar arasında  universitetin  tələbə və məzunları  da  oldu. Onların  müqəddəs xatirəsi kollektivin hər bir üzvünə əzizdir və  bütün tədbirlərdə daima  minnətdarlıqla yad edilir.

Bu gün tələbə-məzunumuz, baş leytenant Vüsal Kazımovun şəhid kimi torpağa tapşırılmasından 40 gün keçir. Vüsal fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi İqtisadiyyat ixtisasını seçmişdi, sonuncu- V kurs tələbəsi idi. Ötən  ilin əvvəlindən Lənkəran şəhər Uşaq Gənclər və İdman Məktəbinin direktoru təyin edilmişdi. Rayonda, universitetdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin təşkilatçısı və iştirakçısı kimi tanıyırdıq onu. Həm də dəyərli həmkarımız, universitetin   sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun yeganə oğul övladı idi.

Kamran müəllim müharibənin ilk günlərindən Vüsalın döyüş yolu ilə bağlı xəbərləri bizimlə həvəslə paylaşar, açıq-aydın döyüşçü oğlu ilə qürur duyardı. Bu sevincdən hamımıza pay düşərdi. Çünki Vüsal təkcə yetirməmiz, ictimai fəal kimi  yox, həm də vətənimizin cəsur övladı, hərbçisi kimi bizə əziz, doğma idi!

Cəsur ürəkli məzunumuz Füzuli, Cəbrayıl şəhərləri və kəndlərinin azad olunmasında əzmkarlıq, qəhrəmanlıq göstərib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 15 noyabr 2020-ci il tarixində şəhidimizin nəşi neytral zonadan götürülüb və 29 noyabr tarixində ailəsinə təhvil verilib.

Yaşadığı Lənkəran rayonunun Yuxarı Nüvədi kənd qəbristanlığında torpağa tapşırılan Vüsal Kazımovun dəfnində minlərlə insan, bütün universitet kollektivi iştirak edirdi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vüsal Kazımovun ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi onun döyüş şücaətlərindən xəbər verir.

Vətənin çətin günündə özünü sipər edən bütün şəhidlərin- həmçinin Vüsal Kazımovun  xatirəsi bizə əzizdir. Torpağı Vətən edənlər, qürur və şərəfimizi bizə qaytaranlar, erməni qəsbkarlarının cavabını layiqincə verənlər, qisasımızı düşməndə qoymayanlar-hamınıza minnətdarıq!  Vətən var olduqca, siz də varsınız! Bu gün Vüsalın timsalında bütün şəhid tələbə və məzunlarımızın xatirəsini bir daha  ehtiramla yad edir, ruhunuz şad olsun deyirik. Siz qalibiyyət, əbədiyyət yolunun şərəfli yolçularısınız.  Siz şəhadətə könüllü getdiniz ki,

Vətən sağ olsun!!!

Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor



Загрузка...
Həmçinin oxuyun:
Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

Ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratmışdır.

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Evə sonuncu zəngində anasından halallıq alan şəhid Vüsal İbişov - VİDEO

Evə sonuncu zəngində anasından halallıq alan şəhid Vüsal İbişov - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə

Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

Baş Leytenant Əzizov Elçin

Baş Leytenant Əzizov Elçin

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir