AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
22 dekabr 2020
1 347


Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar



 

Bəli, 30 illik həsrətdən sonra, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Ermənistanın təxribatlarının qarşısını almaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün sentyabr ayının 27-dən etibarən zəfər yürüşünə başladı.

Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Beləliklə də 44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət, Müzəffər Ordumuzun gücü və xalqın birliyi sayəsində Azərbaycan Zəfər qazandı. Bu Zəfər həm də, Vətən müharibəsində 2802 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının qanı bahasına qazanıldı.

Haqqında söhbət açacağımız qəhrəmanlardan biri də Vətən uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edən, qələbənin şahidi olaraq o sevinci doyunca yaşaya bilməyən, noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olan Azərbaycan Ordusunun polkovniki Babək Səmidlidir.

Müsahibəni AMEA Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər birliyinin üzvü Mina Qasımova hazırlayıb.

O, Qırmızı xaç, rus sülhməramlıları və erməni rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalmış döyüşçülərin meyidlərini toplamaq və itkin döyüşçüləri müəyyən etmək idi.

Polkovnikin bacısı, bəlkə də onu hamıdan yaxşı tanıyan AMEA Mərkəzi Elmi Kitabxananın Azərbaycanşünaslıq  şöbəsinin müdiri Röksanə Səfərzadə ilə həmsöhbət olduq.

Bir bacı üçün qardaşının şəhid xəbərini almaq, ürəyində Azərbaycan boyda sevgini gəzdirərək Vətənin özünə çevrilən Babək Səmidlini Röksanə xanımın xatirələrindən yenidən xatırladıq.

- Qardaşım şəhid polkovnik Səmidli Babək Türkiyə Hərbi Məktəbini yüksək balla bitirdikdən sonra 23 il idi ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərinə rəhbərlik etmiş və şəxsən döyüşlərdə iştirak edərək, hər iki ayağından yara almışdı. Buna baxmayaraq, döyüş meydanını tərk etməmiş, döyüşlər bitdikdən sonra Bakı şəhərinə gələrək əməliyyat olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı isə Birinci Ordu Korpusu Komandanının müavini, sentyabrın 27-dən oktyabrın 4-nə qədər davam edən Suqovuşanın azadlığı uğrunda döyüşlərin rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Suqovuşanı işğaldan azad edib.

Röksanə xanım, polkovnikimizin şəhidlik zirvəsinə ucaldığını eşidən kimi kütləvi informasiya vasitələri onun haqqında xəbərlər paylaşmağa başladı. Oxuduq ki, tanışları, hərbçi dostları, əskərləri polkovniki Vətən oğlu deyə çağırırmış.

- Həmişə çətin, məsuliyyətli yerlərdə, döyüş bölgələrində xidmət etməklə vətənpərvər bir komandir kimi döyüş yoldaşlarının və əskərlərinin də hörmətini qazanmışdı.

Taleyimiz haqda dəqiq bildiyimiz bir məlumat var -  sonu ölüm. Lakin sonu ölüm olan bu dünyada şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Röksanə xanım, əmin olun ki, yaşadığınız itki hamımızındır, Babək Səmidli tək sizin ailənizdən deyil, bu eldən, bu obadan gedib.

- O, həmişə bizə təsəlli verirdi ki, mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın. Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi. Çox şükür, qardaşım kimi hamımız bu istəyə çatdıq, millət olaraq Qələbə sevincini yaşadıq.

Şəhidlərin davamçıları varsa, əziz xatirələri hər yerdə anılırsa, onlar ölməyib, ürəklərdə, yaddaşlarda daim yaşayırlar deməkdir. Özündən sonra bu Vətənə, bu torpağa özü kimi mərd, igid iki oğul yadigar qoydu Şəhidimiz: Mətləb Səmidli, Səmid Səmidli.

Bu oğullar gələcəyin əsgərləri, gələcəyin Mübariz İbrahimovu, Polad Həşimovu, Babək Səmidlisidir.

 - İşi ilə bağlı vaxtı çox az olurdu. Ancaq ata kimi də vəzifəsinin öhdəsindən gəlirdi. Övladları ilə gözəl zaman keçirirdi. Babəkin şəhid olması ailəmiz üçün nə qədər ağır olsa da, həm də qürurludur. Babək Vətəni, dövləti, torpağı, milləti uğrunda şəhid oldu. Qürurvericidir ki, övladları da ailəmizdə milli ruhda xalqa, torpağa, Vətənə sevgi ilə böyüyürlər.

Hərbçi ailəsi olmaq məsuliyyət deməkdir. Bilirik ki, bu neçə illər ərzində Babək Samidli Vətənə ön cəbhədə, siz isə arxa cəbhədə xidmət etmisiniz.

- Mən qardaşımla tez-tez görüşə bilmirdim, telefonla əlaqə saxlayırdıq. O Göyçayda yaşayırdı, mən isə Bakıda. Bakı şəhərinə gələrkən qısa müddətli görüşlərimiz olurdu. Həmişə tələsərdi, boş vaxtları olmurdu. Çox çalışırdı, yuxusuz qalırdı, daim səngərlərdə əsgərlərinin yanında idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzaladı.

- Deyərdim ki, bu hər kəsin ürəyindən xəbər verən bir fərman oldu. Atılan bu addımlar, görülən işlər dövlət tərəfindən digər sahələrdə olduğu kimi, şəhid və hərbçi ailələrinə, müharibədə əziyyət çəkən ailələrə, Qarabağ əlillərinə, qazilərə daim yüksək diqqət və qayğının nümunəsidir. Onsuz da dövlətimiz bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərir. Fondun yaradılması isə bu sahədə görülən işlərə bir dəstək olacaqdır.

Cəmiyyət arasında da buna hər zaman xüsusi həssaslıqla yanaşırlar, maraqlanır və diqqətdə saxlayırlar. 44 günlük müharibədə qəhrəmanlıq nümunəsi göstərən Vətən oğullarının əziz xatirəsi dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla bir daha əbədiləşdi.

- Bu günə kimi, göstərdiyi şücaətlərə görə Dövlət tərəfindən bir çox medallara layiq görülmüşdü Babək. Dövlətimiz, Ali Baş Komandanımız qardaşımın döyüş meydanında göstərdiyi igidlikləri yüksək qiymətləndirərək onu təltif etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər” ordeni ilə təltif edildi. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edildi.

Bugün sizin ailəniz bütün Azərbaycana çox doğmadır, hər birimizə örnəkdir.
- Özünün də dediyi kimi qardaşım həm qazi, həm qalib, həmdə şəhid oldu! Bizim ailəmiz üçün bu itki nə qədər ağır olsa da, biz onunla fəxr edir və qürur duyuruq ki, Şəhidlik zirvəsi qardaşıma qismət oldu.

Röksanə xanımdan müsahibə götürdüyüm zaman Göyçay şəhərində idi. Şəhid qardaşının dəfn olunduğu şəhərdə... Telefonda danışarkən səsinin titrək olduğunu, lakin məğrur, qürurlu dayandığını hiss etdim. Şəhid polkovnik Babək Səmidlini dünyaya gətirən ananın, onu böyüdən atanın əllərindən öpürük, həyat yoldaşına, iki oğluna, qardaşına və bacısı Röksanə xanıma hər zaman belə qürurlu, məğrur ayaqda durmağı arzu edirik!  oxu.az



Загрузка...
Həmçinin oxuyun:
Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid polkovnik Babək Səmidli dəfn olunub - FOTO

Şəhid polkovnik Babək Səmidli dəfn olunub - FOTO

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Nakam ömrün şəhidlik zirvəsi

Nakam ömrün şəhidlik zirvəsi

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” - VİDEO

18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” - VİDEO

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ