AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
17 dekabr 2020
1 395


Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası



 

Xaspolad Qasımov 1993-cü ildə Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuşdu. Hələ uşaq yaşlarından qəhrəmanlığı ilə seçilən Xaspoladın ən böyük istəyi də elə hərbçi olmaq idi. 2013-cü ilin iyul ayında  hərbi xidməti bitirən Xaspolad 2016-cı ilin dekabr ayına qədər  hərbi hissədə sürücü vəzifəsində xidmət edib.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin təməl kursunu bitirib, 2017 ci ilin may ayında  "Kəşfiyyatçı atıcı”, 2019-cu ildən isə  Xüsusi Əməliyyatın Kəşfiyyatçısı vəzifəsinə təyin edilib. Gizir rütbəsini daşıyan şəhidimiz peşəsini daha da təkmilləşdirmək üçün xarici ölkələrdə də kurs keçib, təltif olunub. Xaspolad Qasımov əks hücum başlayanda xüsusi təyinatlı kimi öz şücayətini göstərib. Lakin oktyabr ayının 6-da Fizuli istiqamətindəki döyüşlərdə şəhid olub. Xaspoladın anası Nüşarə Qasımova Moderator.az-a oğlunun 13 ildən sonra dünyaya gəldiyini bildirib.

"Onun yolunu çox gözləmişəm. Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, amma tez aldı. İlk övladım idi. Mehriban, sözəbaxan, çox hərəkətli, bir sözlə cəld uşaq idi. Zəhmətkeş olub, özü üçün ev tikib, qardaşına maşın alıb, hamıya əl tutub. Heç bir hərəkəti ilə bizi incitməyib. Xüsusi Təyinatlı Qüvvələrdə çalışırdı, kəşfiyyatçı idi. Ona görə də evdə çox olmurdu, üzünü az görürdük, işdən gələn kimi əlini boynuma salırdı, öpüb qucaqlayırdı məni. O mənim iki gözümün nuru idi, Xaspolad ölməyib, şəhid olub. Ən uca zirvəyə yüksəlib” deyə şəhidimizin anası bildirib.

Xaspoladın atası oğlunun döyüş yoldaşlarını xilas edərkən şəhidliyə ucaldığını bildirib.

"Döyüş yoldaşı danışır ki, dəmir "branjilet”-i çıxarıb atırdı ki, bu ağırdır, bununla döyüşmək olmur. Həmişə yoldaşları ona deyib ki, özünü qoru, o isə hər dəfəsində "narahat olmayın, mənə heç nə olmaz” deyirdi. Sonuncu dəfə oktyabrın 3-də zəng etdi, ətraflı danışdıq. Mənim doğum günümü təbrik etdi. Dedim ki, nə doğum günü? Siz cəbhədəsiz, hamınızdan nigaranıq. "Narahat olmayın, gələrəm həm sənin, həm öz, həm də oğlumun doğum gününü bir yerdə qeyd edərik”dedi.. Elə bil ki, şəhid olmaq ürəyinə dammışdı.. Sonuncu telefon danışığımız elə o zəng oldu. Ondan sonra nə qədər zəng etsəm də telefonuna zəng çatmadı. Sonra şəhid olmaq xəbərini aldıq. Buradan şəhid analarına və atalarına demək istəyirəm ki, başınızı dik tutun, çünki siz ən şərəfli yolda canını fəda edən qəhrəman övladların valideynlərisiz” deyə şəhidimizin atası bildirib.

Qeyd edək ki, hələ sağlığında bir çox medal və diplomlarla mükafatlandırılan Xaspolad Qasımov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.



Загрузка...
Həmçinin oxuyun:
Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO

“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhid bacısı: Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram... - VİDEOREPORTAJ

Şəhid bacısı: Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram... - VİDEOREPORTAJ

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOREPORTAJ

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” - VİDEO

18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da çatdı” - VİDEO