Xəbərlər
15 noyabr 2020
2 525


“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

 

19 yaşlı Şəhid İlqar Vüqar oğlu Bürcəliyevin əziz xatirəsinə.      


İlqarı məktəb illərindən həmişə dəli-dolu biri kimi tanımışam. Bəlkə də onu bu zirvəyə çatdıran elə bu xüsusiyyəti idi. Dostları deyir ki, 2016-cı ildə oxuduğu məktəbin digər şəhidi Mahir Quliyevi son mənzilə yola salarkən belə bir ifadə işlətmişdi İlqar: "Əgər şəhid olsam, məni də belə yola salarsınız”. Sanki hiss edirdi…   

 

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

 

Döyüşə gedəndə də hamıyla halallaşıb, bəlkə də qayıtmayacam demişdi. Axı deyirlər onlar hiss edir… İlqarın anası Elnurə xala –Elnurə Bürcəliyeva də hiss edirmiş olacaqları…  İlqarın atası Vüqar Bürcəliyev xəbəri öyrəndikdən sonra Gəncəyə yola düşüblər. Xəbəri anadan gizləyiblər,  İlqarın yaralı olduğunu deyiblər. O, yalnız Gəncəyə çatandan sonra acı xəbəri bilib.

 

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

 

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

 

Əslən Gəncədən olan İlqar Bürcəliyev 2001- ci ildə Moskva şəhərində anadan olub. Orta məktəbi Bakıda oxuyub. İlqar həm də futbolçu idi, 13 yaşından Vətən Futbol Klubunda oynamağa başlayıb. 16 yaşında Kəpəz Futbol Klubunda  uğurlu nəticə göstərərək Zirə Futbol Klubuna transfer olunub. İlqar Milli komandaya da dəvət almışdı. Qardaşı Tamerlan Bürcəliyev də İlqar kimi futbolçudur,  Zirə Futbol klubunda oynayır. 

 

 

 



İlqar Bürcəliyev 22 iyun 2019-cu ildə hərbi xidmətə gedir, 27 sentyabr 2020-ci ildə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.  

Döyüş yoldaşlarının dediyinə görə, İlqar düşmən gülləsindən qorxmadan şəhid və yaralı əsgərləri döyüş meydanından çıxarıb, yaralı döyüş yoldaşlarını ölümdən qurtarıb.
 

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

 

İlqarın evlərində bir guşəsi var, hər şəhidin evində olduğu kimi. Orada bir gündəlik gözə dəyir. İlqar bu gündəliyi hərbi xidmətdə olarkən yazıb.  Gündəlikdə bir yazı diqqəti çəkir:  "İşdir, qalsam, təxris olunmasam və cəbhəyə düşsəm bir Mübariz də mən olacam, elə bir hiss var içimdə…”
 

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

 

Deyib-gülməyi, rəqs etməyi çox sevirdi, gözəl geyinməyi də sevirdi İlqar. Əsgər forması geyinəndə də sevinmişdi, gündəliyində "Pəncərələrə baxa-baxa keçirəm, forma çox yaraşıb mənə, "simpatiçni” oğlan olduğum üçün. Amma adam duyğusallaşır…evdəkiləri, məni gözləyənləri fikirləşirəm” yazmışdı.

O, hətta telefonunu əsgər yoldaşına verib ki, mən şəhid olsam bunu ailəmə ver. Anası Elnurə Bürcəliyeva danışır ki, bir gün İlqarın nömrəsindən mesaj alırlar. Ana ümidlənib, inanmaq istəməyib oğlunun şəhid olduğuna. "Mənim oğlum yaşayır, ondan mesaj gəlib” deyirmiş Elnurə ana.

Anası ilə söhbətimiz zamanı " Şəhidlik böyük zirvədir. Oğlum ona qovuşub. Bu məni az da olsa təsəlli edir, lakin İlqarla bağlı yarım qalan arzularım yadıma düşür. Torpaqlarımızın azad olunmasına həm də ona görə sevinirəm ki, bundan sonra anaların gözü yaşlı qalmayacaq və balalarımız şəhid olmayacaq.” deyir şəhid İlqarın anası.

Şəhid İlqarın anası dedim, amma şəhid anaları həm də bizim hər birimizin anasıdır. "Biz hamımız İlqarıq!”

Bu günkü qələbəni şəhidlərimizə, qazi və əsgərlərimizə borcluyuq. Əmanətiniz əmanətimiz, yatdığınız torpaq and yerimizdir, əziz ŞƏHİDLƏR! Haqqınızı halal edin…

Dostların səni unutmayacaq…

Nərmin Məmmədli
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Rəssamlıq Akademiyasının tələbəsi şəhid polkovnik İlqar Mirzəyevin büstünü hazırlayıb

Rəssamlıq Akademiyasının tələbəsi şəhid polkovnik İlqar Mirzəyevin büstünü hazırlayıb

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır?

Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır?

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Ana şəhid olan oğluna görə erməninin ürəyini çıxardıb - Bakıya oğlunun qəbrinin üstünə gətirdi - FOTOLAR

Ana şəhid olan oğluna görə erməninin ürəyini çıxardıb - Bakıya oğlunun qəbrinin üstünə gətirdi - FOTOLAR

Şəhidlər ölməz, Vətən bölünməz!

Şəhidlər ölməz, Vətən bölünməz!

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Kənd müəllimindən nümunəvi addım—Şəhid şagirdinə barelyef hazırladı

Kənd müəllimindən nümunəvi addım—Şəhid şagirdinə barelyef hazırladı

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO

Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO

Tələbə şəhid generalın büstünü HAZIRLADI - FOTO

Tələbə şəhid generalın büstünü HAZIRLADI - FOTO

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ