Xəbərlər
21 avqust 2020
1 863


Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

 


"Azərbaycan sosial dövlətdir. Ökəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının daha da yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu mənada,  dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğısı xüsusilə qeyd olunmalıdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

Sevda Abdullayeva bildirib ki, bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bir daha sübut etdi ki, ölkə başçısın diqqət və qayğısı daha da geniş vüsət alır”.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri qeyd edib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək: "Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son bir ayda 250 mənzil təqdim edilib. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Eləcə də, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin davamı kimi, həmin vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verilib, 2020-ci ildə isə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si təqdim olunub. Ümumilikdə, 6900 avtomobil bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib”.

S.Abdullayeva diqqətə çatdırıb ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına hörmət və ehtiram bütün cəmiyyətimizə xarakterik haldır: "Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və hazırda bu mübarizənin iştirakçısı olan şəxslərə diqqət və ehtiramla yanaşmaq hər birimizin mənəvi vəzifəsidir”.

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Şəhid ailələri və müharibə iştirakçıları ziyarət edilib

Şəhid ailələri və müharibə iştirakçıları ziyarət edilib

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Yalnız bu tələbələr təhsil haqqından azad olunurlar – Yeni qəbul olunanların nəzərinə!

Yalnız bu tələbələr təhsil haqqından azad olunurlar – Yeni qəbul olunanların nəzərinə!

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Sosial evlər mənzili olmayan elmlər doktorlarına  təklif edilsin -Ekspertdən təklif

Sosial evlər mənzili olmayan elmlər doktorlarına təklif edilsin -Ekspertdən təklif

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Kənd müəllimindən nümunəvi addım—Şəhid şagirdinə barelyef hazırladı

Kənd müəllimindən nümunəvi addım—Şəhid şagirdinə barelyef hazırladı

Tələbə şəhid generalın büstünü HAZIRLADI - FOTO

Tələbə şəhid generalın büstünü HAZIRLADI - FOTO

Prezident və xanımı Bakıda orta məktəbin açılışını etdi

Prezident və xanımı Bakıda orta məktəbin açılışını etdi

Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Mübariz Mənsimov 150 azərbaycanlı tələbəyə təqaüd verəcək

Mübariz Mənsimov 150 azərbaycanlı tələbəyə təqaüd verəcək

Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!