AzTehsil.com


Xəbərlər / Cəmiyyət
23 sentyabr 2017
3 357


Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI



 

Dövlət ali məktəblərində müxtəlif kateqoriyadan olan tələbələr arasında müəyyən güzəştlərə malik olan gənclər var. Məsələn, məcburi köçkün tələbələr dövlət ali məktəblərinin ödənişli ixtisaslarında təhsil aldıqları müddətdə ödənişdən azaddırlar.
Maraqlıdır,  hazırda ali məktəblərdə nə qədər məcburi köçkün gənc təhsil alır?

Bakı Dövlət Universitetinin mətbuat katibi  Pərvanə İbrahimova:

"Ümumiyyətlə, ali təhsil müəssisələrində 4 kateqoriya üzrə güzəşt mövcuddur. Bunlar qaçqın və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları və valideyn himayəsindən məhrum olanlardır. Bu kateqoriyadan olan tələbələr təhsil haqlarından azaddırlar.
Qeyd edilən kateqoriyadan olan tələbələrin universitetimiz üzrə ümumi sayı 1535 nəfərdir. Bu il qəbul olunanların sayı isə 515 nəfərdir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:

"Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat səviyyəsində II, III, IV kurslar üzrə  340 nəfər, magistr səviyyəsində 28 nəfər məcburi köçkün tələbə ali təhsil alır.
 2017-2018-ci tədris ilində isə ali təhsilin bakalavriat səviyyəsinə 155, magistr səviyyəsinə isə 19 nəfər məcburi köçkün tələbər qəbul olunub”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

"Hazırda Azərbaycan Texniki Universitetində 326 nəfər qaçqın və məcburi köçkün olan tələbə təhsil alır.  Əyani və qiyabi şöbələr üzrə Nəqliyyat fakültəsində 62, Elektrotexnika və energetikada 49, Radiotexnika və rabitədə 45, Maşınqayırmada 60, Metalurgiyada 37, Avtomatika və kompyuter texnikasında 140, Mühəndis biznesi və menecmentdə 14, Xüsusi texnika və texnologiya fakültəsində 3 məcburi köçkün tələbə var. Bu il AzTU-ya ümumilikdə 89 nəfər məcburi köçkün tələbə qəbul olunub”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:

"Bu il ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 2471 bakalavr qəbul olunub. Onlardan 885-i ödənişli əsaslarla, 1586-sı isə dövlət hesabına təhsil alır. Magistr səviyyəsinə isə 512 nəfər qəbul olunub. Onlardan 231-i dövlət hesabına, 281-i isə ödənişli əsaslarla təhsil alır.
Bu il qəbul olanlardan 124 bakalavr, 21 magistr məcburi köçkün tələbələrdir. 10 bakalavr, 2 magistr valideyn himayəsindən məhrum olanlardır. 16 bakalavr isə şəhid ailələrinin övladlarıdır. Bu tələbələr təhsil aldıqları müddətdə təhsil haqlarından tamamilə azaddırlar”.

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva:

"AzMİU-da ümumilikdə 789 nəfər məcburi köçkün təhsil alır. Onlardan 138 nəfəri bu il daxil olub. 24 nəfər abituriyent isə ali məktəbimizə qəbul olunub, amma qeydiyyatdan keçməyib. Onlar ödənişli əsaslarla daxil olan şəxslərdir ki, maddi imkansızlıq ucbatından, təhsil haqqını ödəyə bilmədikləri üçün oxuya bilmirlər”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

"ATU-da ümumilikdə 326 məcburi köçkün təhsil alır. Bu il isə  62 məcburi köçkün tələbə qəbul olunub. Qeyd edim ki, bu tələbələr  güzəştli kateqoriyaya daxildirlər və təhsil haqlarından tamamilə azaddırlar”.



Загрузка...
Həmçinin oxuyun:
Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Bu şəxslər təhsil haqqından azad edilir - SİYAHI

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?