AzTehsil.com

Xəbərlər / Cəmiyyət
28 iyul 2017
5 309

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

İyulun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanmaq üçün imtahanları müvəffəqiyyətlə verib. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar.

UFAZ-a qəbul imtahanlarında iştirak etmiş, lakin müvəffəqiyyət qazanmamış abituriyentlər Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanlarında topladığı bala müvafiq olaraq respublikanın ali məktəblərinə qəbul olmaq üçün sənədlərini təqdim etmək hüququnu özlərində saxlayırlar.

Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər Fransa-Azərbaycan Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Fransa-Azərbaycan Universitetinə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.

Xatırladaq ki, UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-a qəbul imtahanlarının sualları Strasburq Universitetinin nümayəndələri tərəfindən hazırlanıb. Abituriyentlərin biliklərini də Fransalı alim və pedaqoqlar qiymətləndiriblər.

İyulun 27-də ADNSU-nun binasında keçirilmiş UFAZ-a qəbul imtahanlarının gedişatını Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Strasburq universitetinin prorektoru Filip Turek, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen və KİV nümayəndələri müşahidə ediblər.

UFAZ Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. UFAZ-da 4 ixtisas üzrə – geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Renn 1 Universiteti və ADNSU) alacaqlar.

UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda UFAZ-da 141 tələbə təhsil alır. Ötən illə müqayisədə bu il UFAZ-da qəbul olmaq üçün müraciət edən abituriyentlərin sayı təqribən 40%-dən artıq yüksəlib. Bundan əlavə, UFAZ-ın tələbəsi olmaq imkanı qazanmış gənclərin sayı da ötən ilki 141 nəfərlə müqayisədə artaraq 148 nəfər təşkil edib.

Загрузка...
Həmçinin oxuyun:
ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

DİM qəbul imtahanlarından nə qədər pul qazandı?

DİM qəbul imtahanlarından nə qədər pul qazandı?

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib