AzTehsil.com


Xəbərlər / Ekspert
28 avqust 2022
956


Nadir İsrafilov -Ümumtəhsil məktəblərinin işi ali təhsil müəssisələrinə tələbə hazırlamaq deyil.




Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır. Qruplar üzrə gərgin mübarizə gedir. I ixtisas qrupu üzrə 16419 plan yeri uğrunda 19030, II ixtisas qrupu üzrə 12232 plan yeri uğrunda 9804, III ixtisas qrupu üzrə 15157 plan yeri uğrunda 16572, IV ixtisas qrupu üzrə 3980 plan yeri uğrunda 4130, V ixtisas qrupu üzrə 4093 plan yeri uğrunda 8000-dən çox abituriyent mübarizə aparır.


Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abituriyent 0-150 arası bal toplayıb. Bunu təhsil sisteminin səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər var.


Bəs görəsən, belə nəticə nəyin göstəricisidir? Burada kim günahkar hesab olunur?


Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, təhsilin keyfiyyəti abituriyentin az və ya çox bal toplaması ilə ölçülmür:


“Statistika, rəqəmlər insanlarda pessimist əhval-ruhiyyə yaradır. Məsələnin mahiyyəti kənarda qalır. Sovet dövründə hər sinifdə iki əlaçı, üç zərbəçi olurdu. Sinifdə saxlama var idi. İndi isə uşağı sinifdə saxlamaq yoxdur. Bu statistika sovet dönəmində qabardılmayıb. İndi qabardıldığı üçün təəccüb doğurur. Həmişə pis oxuyanlar yaxşılardan çox olublar. Təhsilin keyfiyyəti kimsənin 0 və ya 700 bal toplaması ilə ölçülmür. Test imtahanı tətbiq olunduqdan sonra 700 ballıq sistem dəbə mindi. İxtisas qrupları ilə test tətbiq olunandan sonra belə fərqlər əmələ gəldi”.


N.İsrafilov qeyd edib ki, “sıfır” və “iki”yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik:


“Univeristetlərin plan yerlərini doldurmaq üçün 100-150 balla ali məktəblərə abituriyentləri qəbul etdik. Biz həmişə yüksək göstəriciləri əsas götürmüşük.


Bu il 700 bal toplayan olmayan kimi haray salırıq. Bal nisbi bir anlayışdır. Bununla ölçülməməlidir. Statistika qabardıldı. 32 min nəfərə yaxın şəxsin 0-150 bal toplaması savadsızlıqla əlaqələndirilməməlidir. Təhsilin keyfiyyətini balla ölçmək yanlışdır”.


Ekspert əlavə edib ki, ümumtəhsil məktəblərinin işi ali təhsil müəssisələrinə tələbə hazırlamaq deyil:


“Kurikulum ünsiyyət yönümlüdür. Kurikulumun vəzifəsi şəristəyə əsaslanan şəxsiyyət yönümlüdür. Biz vətəndaş hazırlamalıyıq.


Bizim 44 günlük müharibəmizi 700 bal toplayanlar qazanmadılar. Xalqla bağlı olanlar oldu. Günahkar bizik. Bu məsələnin üzərinə yetərincə getməməliyik. Həmişə aşağı nəticələrə görə pislər unudulurlar. O balı toplayanların hamısı bizim övladlarımızdır. Vətənə xidmət edəcəklər. Məsələnin üstünə bu qədər getmək olmaz. Bu balla təhsil dağılmır, çökmür. Aşağıları yuxarıların səviyyəsinə çatdırmaq lazımdır. Bu, düşünmək üçün siqnal oldu”.




Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik.

Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)