Müəllimlərin işə qəbulu imtahanında 7 min 600 namizəd iştirak edib
İyulun 15-də 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti test imtahanı mərhələsi keçirilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, imtahanların ikinci günündə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və texnologiya fənləri üzrə 9 min 257 nəfər dəvət olunub. Onlardan 7 min 600 namizəd test imtahanı mərhələsində iştirak edib.