AzTehsil.com


Xəbərlər / Ekspert
09 iyul 2022
897


Ortadakı problemləri Dövlət İmtahan Mərkəzi öz mövqeyindən, valideynlər də öz mövqeyindən izah edir - ŞƏRHLƏR




Test sualları ilə bağlı qəliz suallar


Belə görünür, Azərbaycanda ali təhsil almaq ilbəil çətinləşdirilir. Builki buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlər qəbul imtahanlarında sualların həddən artıq çətin olduğunu bildiriblər.


Dövlət İmtahan Mərkəzi (DİM) bu iddialara reaksiya verib, bildirib ki, bu haqda yalnız nəticələr tam yekunlaşandan sonra araşdırma aparıb fikir bildirmək olar. Ancaq fakt odur ki, test sualları ilbəil qəlizləşdirilir. 2020-ci ilin martından 2021-ci ilin sonunadək pandemiya il əlaqədar uşaqların normal təhsil ala, hətta fərdi qrup hazırlıqlarına gedə bilməməsi bu il də nəzərə alınmayıb. Hətta bəzi sualların orta məktəb dərsliklərində olmayan materiallardan yazıldığı iddiaları var. Habelə 3-cü qrup üzrə 6 iyulda keçirilən imtahanda test tapşırıqlarından birinin səhv olduğu haqda məlumat yayılıb. Bu haqda təhsil eksperti Sabir Əsədov öz Facebook səhifəsində ilginc məlumat açıqlayıb.


“Dövlət İmtahan Mərkəzi 6 iyul tarixində keçirilmiş qəbul imtahanında ədəbiyyat fənni üzrə yenə bir şou göstərdi. Onsuz da müəyyən qədər psixoloji problemlərin çox olduğu bir dönəmdə ədəbiyyat kitablarını qarşısına qoyub cümlə-cümlə köçürməyə nə lüzum var ki? Üstəlik, əsərdəki bir faktı səhv köçürüb, sonra da onu düzgün cavab kimi göstərmək.


6 iyul 2022- ci il. 3-cü qrup üzrə sual kitabçası.


“A” variantında 86-cı test tapşırığı;


“B” variantında 86-cı test tapşırığı


“C” variantında 83-cü test tapşırığı


“D” variantında 85-ci test tapşırığı.


Açıq tipli test tapşırığıdır. C. Cabbarlı “Oqtay Eloğlu” faciəsi.


Əsərdə belədir: Xaspolat.( Oqtay Eloğlu haqqında): Türküstanda hökumət əleyhinə çalışdığı üçün Sibirə sürgün edilmişdir.


Sual kitabçasında: 2-ci bənddə: Türkmənistanda hökumət əleyhinə çalışdığı üçün Sibirə sürgün edilmişdir.


Və bu ikinci bənd, sırf 4 bəndlik cavab alınsın deyə, 1,2,4,5 kimi düzgün cavab götürülüb. Amma düzgün cavab 1,4,5-dir.


Mən həmişə bu cür yanaşmalardan və yazılardan kənar durmağa çalışmışam. Amma bu qədər də olmaz. Xahiş edirəm, dostlar da paylaşsın ki, bəlkə bu məsələyə rəsmi aydınlıq gətirilə və ədalət öz yerini tuta. “Oqtay Eloğlu” 1922-ci ildə yazılıb. O vaxt Türkmənistan adı keçərli idimi. Və ya əsərdəki bir faktı öz istədiyimiz kimi dəyişib doğru cavab kimi götürmək olarmı? Əgər bu, texniki səhvdirsə, o zaman yenə rəsmi açıqlaması olmalıdır", - deyə təhsil eksperti qeyd edib.


Bundan əlavə, açıq test tapşırıqlarının yoxlanılmasında tələbələrin iştirak etdiyi, yanlış nəticələr olduğu iddiaları da var. Yekun qənaət isə budur ki, Azərbaycanda hətta təhsil səviyyəsi orta olan şagirdlərin ali məktəbə daxil olması müşkülə çevrilib. Ən yaxşı halda onlar ödənişli fakültələrdə təhsil ala bilirlər. Belə bir iddia da var ki, test suallarının həddən artıq çətinləşdirilməsində məqsədlərdən biri də abituriyentlərin az bal toplayıb ödənişli əsaslarla oxumağa sövq etməkdir.


Avropa və Türkiyə təcrübəsində isə ali təhsil daha əlçatandır. Ali təhsil almaq istəyənlərə belə ağır şərtlər tətbiq olunmur. Ali təhsilə keçidi asanlaşdırmaq Azərbaycanın niyə marağında olmasın?



Ceyhun Məmmədov


Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. O, imtahanlara düşən sualların çox çətin olması ilə razılaşmadığını bildirdi: “Mən bu fikirlə razı deyiləm ki, imtahanlara düşən suallar çətindir. Doğrudur, müxtəlif yanaşmalar, fikirlər var. Lakin bir daha qeyd edirəm ki, düşən suallar heç də çox çətin deyil. Əslində qəbul balları xeyli aşağı salınıb. Yəni burada gənclərimizin üzərinə böyük vəzifələr düşür ki, onlar imtahanlara yaxşı çalışıb, hazırlaşsınlar və qəbul ola bilsinlər. Burada reallıq ondan ibarətdir ki, hazırkı dövr ali məktəblərə qəbul olunmaq üçün real dövrdür. Doğrudur, bəzi ölkələrdə attestatla və yaxud müxtəlif metodlarla universitetlərə qəbul var. Bizdə isə test üsulundan əvvəlki dövrü xatırlayırıq ki, hansı  problemlər mövcud idi. Sadəcə, indi bəzi məsələlər var ki, onları daha effektli şəkildə düşünmək lazımdır. Suallara gəldikdə, burada böyük işdən, gərgin əməkdən söhbət gedir.


Bir məsələ var ki, biz prosesi asanlaşdırdıqca insanlar istəyəcəklər ki, daha da asanlaşsın, rahatlaşsın. Ona görə də düşünürəm ki, bu prosesdə bitərəf olmalıyıq. Eyni zamanda şagirdləri, valideynləri narahat edən məsələləri də təhlil etmək lazımdır. Baxmaq lazımdır, əgər imtahanlara düşən suallar həqiqətən dərsliklərdə yoxdursa, həqiqətən də şagirdin bilmədiyi məsələlərdən olursa, növbəti illərdə bu məsələdə diqqətli olmaq lazımdır ki, narazılıq yaşanmasın".


Deputat qeyd etdi ki, bu məsələdə əsas məsuliyyət şagirdlərin və valideynlərin üzərinə düşür: “Onlar bu məsələdə daha diqqətli olmalıdırlar. Baxın, bu gün Azərbaycanda 200 balla universitetlərə qəbul olunmaq mümkündür. Hətta bəzilərində 150 bal da olur. Yəni niyə bunu daha da asanlaşdırmaq istəyirik? Bəs yaxşı, hansı formada olmalıdır? Bu bir faktdır ki, hazırda xaricdə təhsil almağa çox böyük meyl var. Bunu da fərdi qaydada düşünmək lazımdır ki, necə etməliyik. Əlbəttə ki, xaricdə təhsilə meylin qarşısını da almaq mümkün deyil. Lakin buna tam şərait yaratdıqda da başqa problemlər ortaya çıxa bilər. Sadəcə, ixtisas seçimini düzgün etmək lazımdır. Heç də hamının ali təhsil almasına ehtiyac yoxdur”.



Nadir İsrafilov


Təhsil eksperti Nadir İsrafilov isə qeyd etdi: “Əslində biz ali təhsilin hər kəs üçün əlçatan olması kursunu götürmüşük. Gündəmdə neft kapitalının insan kapitalına çevrilməsi məsələsi var. Digər bir məsələ, adam başına düşən ali təhsillilərin sayına görə dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparırıq. Ümumiyyətlə, qeyd olunan məsələ bu günə və yaxud dünənə aid deyil. Test məsələsi çıxandan Təhsil Nazirliyi ilə indiki İmtahan Mərkəzi arasında bir növ ”soyuq müharibə" gedib. Yəni 1991-ci ildən test imtahanları başlayandan qızıl medal alanlar 100-200 bal, “3", ”4" alanlar isə yüksək bal topladı. Ona görə də qeyd etdiyim iki qurum bir-birini ittiham etməyə başladı ki, imtahanlara dərsliyə düşməyən materiallar salınır və sairə. Dövlət İmtahan Mərkəzi də nazirliyi ittiham edirdi ki, orta məktəbdə tədrisin keyfiyyəti lazımi səviyyədə deyil.


Elə il olur ki, suallar nisbətən yüngülləşdirilir, bəzən isə nisbətən çətinləşdirilir. Bu da görünür ki, plan məsələsi ilə bağlıdır, məsələn, filan yerlərin sayı azaldılmalı və yaxud çoxaldılmalıdır deyə. Bunu da Dövlət İmtahan Mərkəzi öz mövqeyindən, valideynlər də öz mövqeyindən izah edir. Beləliklə, ortada problemlər var. Problem ondan ibarətdir ki, Rusiya, Polşa, Ukrayna və digər ölkələrdə attestatla qəbul məsələsi var. Həmçinin orada ödənişlər bizdən xeyli aşağıdır. Ona görə də əksər məzunlar təhsil almaq üçün xaricə üz tutur ki, bu da insan kapitalının ölkəmizdən getməsi deməkdir". musavat.com 




Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

İmtahan modeli niyə dəyişir və yenilik bizə nə verəcək?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər