Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədən müəllim CƏZALANDIRILDI
Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirən müəllimə şiddətli töhmət verilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib:
“Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə, müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.