Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri və Milli Məclisin deputatı tələbələrlə görüşü keçirilib
Mayın 26-da Azərbaycan Tibb Universitetində (ATU) Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev və Milli Məclisin deputatı Malahat Ibrahimgizinın tələbələrlə görüşü keçirilib.
Tədbirdə Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektor professor Sabir Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tələbələrin təhsil haqqının ödənilməsi üçün Fondun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.
Sonda Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticəsindən danışıb. O, qeyd edib ki, bu gün ölkədə gənclərə, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələrə xüsusi diqqət göstərilir. Hazırda tətbiq olunan yeni layihələr, proqramlar da tələbələrin təhsil zamanı daha uğurlu nəticə əldə etməsinə və təhsil prosesində onlara dəstək göstərilməsinə xidmət etdiyini bildirib.
Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib və müzakirələr aparılıb.
Tədbirin yüksək səviyyədə keçirilməsini təşkil etdiklərinə görə Azərbaycan Tibb Universitetinin kollektivinə təşəkkürümüzü bildiririk!