AzTehsil.com


Xəbərlər / Müəllim / Ziyalılar
26 may 2022
1 104


Sanksiyalar səbəbi ilə RF universitetləri Boloniya prosesindən imtina edirlər.




Dünyada gedən qloballaşma  prosesləri  və  Avropa İttifaqının  yaranması səbəbi ilə  əlaqədar Avropada vahid əmək bazarı və vahid ali təhsil sistemi  yaradılmasına ehtiyac yarandı. Bu müxtəlif ölkələrdə alınmış  ali təhsilin müqayisə edilə bilməsi, diplomların tanınması, əmək bazarında və təhsil sistemində  vahid standartların yaradılması və tətbiqini zəruri edirdi.  



Hazırda Boloniya prosesində  Amerika və Avropanın 49 ölkəsi  iştirak edir. Rusiya 2003-cü ildə bu prosesə  qoşulub.  Söhbət ilk növbədə təhsil proqramlarının müqayisəliliyindən gedir. Çox vaxtlar bu, iki səviyyəli təhsil sistemi deyilən - bakalavr (4 il) və magistr dərəcəsi (2 il) kimi başa düşülür.  Bununla belə, Rusiyada bir çox universitetlər hələ də 5-6 illik təhsili nəzərdə tutan mütəxəssis proqramları üzrə təlimlər keçirirlər.  Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov bildirib ki, Rusiya öz milli təhsil  ali  sistemini inkişaf etdirəcəkdir. Departament Boloniya sistemindən imtina etmək istəyir.  


Qeyd edək ki, son  bir ildə, xüsusən son aylar  Rusiyada Qərblə münaqişə fonunda Boloniya prosesində iştirakdan imtinanın tərəfdarlarının sayı artır. Xüsusilə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu ərəfədə verdiyi müsahibədə  bunu xüsusi qeyd edib.  Daha əvvəllər  belə bir təkliflə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Dövlət Duması Elm və Ali Təhsil Komitəsinin  sədrinin birinci müavini  prof. Oleq Smolin, keçmiş təhsil naziri, Rusiya Təhsil Akademiyasının  prezidenti Olqa Vasilyeva,  Moskva Dövlət Universitetinin rektoru, akademik  Viktor Sadovniçiy (əslində M.D.U., S.P.D.U heç əvvəldən bu prosesə qoşulmamışdılar, onlar  bu məqsədlə ölkə prezidentindən 15 il əvvəldən xüsusi icazə almışdılar), Rusiya Vəkillər Kollegiyasının sədri Sergey Stepaşin v.s. rəsmilər Boloniya prosesində iştirakdan imtina  etməyə  çağırıblar.   


“Boloniya sisteminə dinamik, canlı proses  kimi yanaşmaq lazımdır. Gələcək  ali təhsil sistemimiz  milli iqtisadiyyatın maraqlarına və hər bir tələbə üçün maksimum imkanlar  yaratmağa köklənməlidir. Bizim  öz unikal  ali təhsil sistemimiz  olmalıdır- "  deyə Rusiya Federasiyasının   Elm və ali təhsil naziri Valeri Falkov  bildirib.


Qeyd edək ki, Azərbaycan Respublikası 2005-ci ildən Boloniya Prosesinə qoşulma haqqında müqaviləyə imza atıb.  Bu 17 il ərzində universitetlərimizdə Boloniya prosesi tələblərinə uyğun müəyyən addımlar atılsa da, bu iş sistemli, komplek layihələr şəkilində  icra edilməmiş, elmi baxımdan  düşünülmüş layihələr dizayn edilməmiş, prosesin momitorinqi   bu  17 ildə heç vaxt edilməmişdir.  Bu səbəblərdən Boloniya prosesində   ciddi nailiyyətlərimiz yoxdur.  Bu günə qədər heç bir universitetimiz beynəlxalq akkreditasiyan keçə bilməmişdir, yəni, universitetlərimizin diplomları  Avropa təhsil məkanında hələ də tanınmır. Əsas problem nazirliyin bu işləri  17 il ərzində əsaslı şəkildə layihələndirə bilməməsi, ölkədə Boloniya  prosesi  fəlsəfəsini  və  onun  reallaşdırma mexanizmini bilən kadrların azlığı, bu islahatın    lazımı səviyyədə  maliyyələşdirilməməsidir.

Dos. İlham Əhmədov




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ