AzTehsil.com


Xəbərlər
21 may 2022
1 573


Elmlər doktoru: Meymun çiçəyi virusunun epidemiya olma ehtimalı yüksəkdir




“Bu gün üçün “Meymun çiçəyi” virusuna yoluxma statistikasına baxdıqda, həmin virusun coğrafi baxımdan daha da geniş yayıla biləcəyi, epidemiya olacağı ehtimalı artır. Lakin bu, hələlik elmi ehtimaldır”.


Bu fikirləri “Report”a açıqlamasında Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.


Azərbaycanlı alim bildirib ki, “Meymun çiçəyi” (monkeypox) virusu ilə bağlı media vasitəsilə sırf elmi əsaslı fikirləri və statistikaları səsləndirmək mütləqdir:


“Bu günə qədər olan statistikanı nəzərinizə çatdırım ki, virusa yoluxma Afrikanı çıxmaq şərtilə 37 nəfərdə təsdiqlənib və 71 nəfər hələ şübhəlidir. Bu günə olan yayılma coğrafiyasına nəzər saldıqda İngiltərə, Portuqaliya, İspaniya, Amerika, Kanada, İsveç, İtaliya, Belçika və Avstraliyanı əhatə etdiyi görünür. Qeyd olunan yoluxmalar hələ ki, Avropada daha çox 20-40 yaşlılar arasında, Kanadada isə 30-55 yaşlılar arasında çoxluq təşkil edir”.


“Ümumiyyətlə, COVID-19 pandemiyası zamanı buraxılan səhvlərə gələcəkdə yol verilməməli, səhiyyə sektorunda inkişaf etmiş ölkələr kimi müvafiq elmi əsaslı planlar hazırlanmalıdır. Bunu da təşkil etmək üçün vacib məqamlardan birincisi növbəti pandemiya zamanı hansı ssenari üzrə adekvat tədbirlər görülməlidir məsələsidir ki, bu istiqamətdə istər səhiyyəsi yüksək, istərsə də zəif inkişaf edən bütün ölkələrin tədbirlər planı işlənilən ssenariyə əsasən hazır olmalıdır. İctimai səhiyyə qanunlarını əsas tutaraq şəxsən mənim də COVID-19 pandemiyası dönəmində toxunduğum bu məsələ səhiyyəsi inkişaf etmiş bir çox ölkələrdə artıq yerinə yetirilib və növbəti pandemiya baş verərsə ssenarilər tam hazırdır. Buna baxmayaraq, hər kəs, ən çox da birbaşa xəstələrlə işləyən həkimlər COVID-19 pandemiyasından fərqli olaraq daha da ayıq olmalı və qeyri-adi dəri dəyişiklikləri olan xəstələrə xüsusi tibbi diqqət və xidmət göstərməlidirlər. Onlar bilməlidirlər ki, "Meymun çiçəyi" ilə yoluxma hallarının rast gəlinmə ehtimalı sıfır deyil və bu səbəbdən də xəstəlikdən xəbərdar olmalıdırlar” - o əlavə edib.


Qeyd edək ki, “Meymun çiçəyi” nadir, lakin potensial təhlükəli infeksiyadır. Adətən qripə bənzər xəstəlik və limfa düyünlərinin şişməsi ilə başlayır və sonra üzdə və bədəndə geniş yayılmış səpkilərə çevrilir.


Eyni zamanda hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqlar müşahidə edilir. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı virusdan qaynaqlanır.


Bununla birlikdə, elm adamları virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.


“Meymun çiçəyi” 2017-ci ildə Nigeriyada 40 illik fasilədən sonra yenidən ortaya çıxıb. O vaxtdan bu günə kimi Afrika ölkəsində 218, Nigeriyadan gələn beynəlxalq səyahətçilərdə isə 8, o cümlədən 2021-ci ilin iyulunda ABŞ-ın Texas ştatında bir yoluxma hadisəsi təsdiqlənib. Eyni zamanda Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar. Bu xəstəlik ölümə də səbəb ola bilər.




Загрузка...
Həmçinin oxuyun:
Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Ölkədə “Meymun çiçəyi”nə suçiçəyi deyirik, ya “meymun” hələ gəlib bizə çatmayıb?

Ölkədə “Meymun çiçəyi”nə suçiçəyi deyirik, ya “meymun” hələ gəlib bizə çatmayıb?

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İndi də Meymun çiçəyi virusu yayılır - Ancaq kişilər yoluxur

İndi də Meymun çiçəyi virusu yayılır - Ancaq kişilər yoluxur

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Bəşəriyyətin Koronavirus (COVİD-19) düşməni

Bəşəriyyətin Koronavirus (COVİD-19) düşməni

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

KANADADA KOLLEC VƏ UNİVERSİTET: FƏRQ NƏDƏDİR?

KANADADA KOLLEC VƏ UNİVERSİTET: FƏRQ NƏDƏDİR?

Azərbaycanın pandemiya sınağı: Yoluxmalar, sərt karantin, virtual təhsil…

Azərbaycanın pandemiya sınağı: Yoluxmalar, sərt karantin, virtual təhsil…

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Məktəb təhsilinin vəziyyəti

Məktəb təhsilinin vəziyyəti