AzTehsil.com
RU


Xəbərlər / Ekspert
29 may 2019
2 481


Dünyada hər il müəllimə nə qədər təlabat var-?



Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

 

 
Dünyada müəllim peşəsinin xüsusiyyətləri-STATİSTİKA

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (Organisation for Economic Co-operation and Development, OECD) 2010-2013-cü illərdə bu təşkilata üzv olan müxtəlif ölkələrdə ( təqribən 30 ölkədə )" Təhsil sistemi və təlimin beynəlxalq araşdırılması (Teaching and Learning International Survey, TALIS) " adını almış müəllimlərin peşə fəaliyyətinin xüsusiyyətlərini öyrənən geniş araşdırma və təhlilər aparmışdır.
Aparılmış araşdırılmalar haqqında məruzədə Böyük Britaniya təhsili digər ölkələrin təhsil sistemləri ilə müqaisədə bir mənalı şəkildə ən aparıcı təhsil sistemi sayılmışdır.

Bununla yanaşı «Ofsted» təşkilatının (Office for Standards in Education, Children's Services and Skills –Böyük Britaniyada qeydiyytadan keçmiş bütün ümumtəhsil məktəblərini nəzarət edən və tənzimləyən ) rəhbəri Maykl Vilşoudan başlayaraq təhsil naziri Maukl Qouva ( hal-hazırda Ərzaq və Kənd təsərrüfatı naziridir) qədər Britaniya rəsmiləri öz növbələrində şagirdləri riyaziyyat fənni üzrə yüksək nəticə göstərən Sinqapurun təhsil sisteminə heyran olduqlarını gizlətmirdilər.

Eyni zamanda " Təhsilalanların təlim naliyyətlərinin Qiymətləndirilməsi " təşkilatının (Programme for International Student Assessment, PISA) manitorinqlərinin nəticələrinə əsasən məlum olmuşdur ki ,Finlandiyanın təhsil sistemində çalışan müəllimlərin uğurlu əməyi nəticəsində ,bu ölkədə təhsilalanlar əldə etdikləri bilikləri praktikaya səmərəli şəkildə tətbiq edə bilirlər.Finlandiya müəllimləri əldə etdikləri bu uğurun müqabilində heç də ən böyük əmək haqqı almırlar.Bu ölkədə cəmiyyət və ailənin təhsilə müsbət mənada yanaşması böyük önəm kəsb edir.

PİSA manitorinqlərinə görə effektivliyinə görə Finlandiyadan sonra Cənibi Koreya ,Çexiya və Macarıstan Respublikalarının təhsil sistemləri sırada yer alır.Araşdırmaların nəticələrinə görə Braziliya və İndaneziya təhsil sistemləri keyfiyyət və qiymətləndirməyə görə daha aşağı göstəricilərə malikdir.
Araşdırılma aparılmış 30-a qədər ölkədə müəllimlərin əmək haqqının miqdarına görə İsveçrə dünyada liderdir. Orta illik əmək haqqının 50 000 dollar təşkil etdiyi bu ölkədə ümumtəhsil məktəblərində işləyən müəllim orta hesabla illik 68 000 dollar əmək haqqı alır.

Ümumilikdə təhsil sisteminə görə dünyada lider sayılan Böyük Britaniyada müəllimin orta illik əmək haqqı 40 000 dollardan bir qədər artıqdır və dünyada müəllimlərə verilən əmək haqqına görə 13-cü yerdə durur. Buna baxmayaraq Avropada müəllimlərin illik əmək haqqına görə bir çox dövlətlərlə müqaisədə öndədir. Belə ki, Fransada bu rəqəm 33 000 , Yunanıstanda 25 000 dollar təşkil edir.

İnkişaf etmiş bir çox dövlətlərdə müəllimlərin orta illik əmək haqqı aşağıdakı kimidir:
(min dollarla)
İsveçrə - 68,82; Hollandiya-57,87; Almaniya - 53,73; Belçika – 51,47; Cənubi Koreya – 47,34; İrlandiya – 47,3; Yaponiya – 45,93;Avstraliya – 44; Finlandiya – 42,81; Danimarka – 41,71; İspaniya – 41,52;ABŞ – 41,46; Böyük Britaniya – 40,91; Avstriya – 37,41; Yeni Zellandiya – 34,76; Portuqaliya – 34,59; Fransa – 33,57; Norveç – 33,13; Sloveniya – 32,48; İsveç – 31,61; İtaliya – 31,46; İslandiya – 29,48; Yunanıstan – 25,75; İsrail – 19,55; Çexiya – 18,61; Türkiyə – 17,18; Çin – 16,41;Braziliya – 14,94; Macarıstan – 14,46 ; İndoneziya – 2,83.

Dünyada hər müəllim payına düşən uşaq sayına görə Braziliya ön sırada yer tutur. Bu ölkədə hər müəllimə 32 şagird düşdüyü halda ,Portuqaliya isə sranın sonunda yer alır . Portuqaliyada hər müəlimə 7 şagird düşür. Böyük Britaniya bu siyahıda 14-cü yerdədir. Hər müəllimə 13 şagird düşür.

Müəllim –şagird nisbəti bir çox ölkələrdə aşağıdakı kimidir :

Braziliya – 32,1; Çin – 27,6;Cənubi Koreya – 18,2; İndoneziya – 17,4; Finlandiya – 16,5; Türkiyə – 16,4; Hollandiya – 16,4; ABŞ – 15,3; İrlandiya – 14,8; İsveç – 14,4; Sloveniya – 14,1; Almaniya – 13,7; Yeni Zellandiya – 13,5; Böyük Britaniya– 13,4; Yaponiya – 13,1; Danimarka – 12,7; Avstraliya– 12,6; Çexiya – 12,4; Macarıstan– 12; İsrail – 11,7; İsveçrə – 11,6; İslandiya – 10,9; İtaliya – 10,8; Fransa – 10,4; Avstriya – 10,2; İspaniya – 10,1; Belçika – 9,9; Yunanıstan– 9,7; Norveç – 9,2; Portuqaliya – 7,6.

Ayrı-ayrı ölkələrdə müəllimlərin nüfuzunu araşdıran GTSİ təşkilatının ( «Global Teacher Status Index 2013») hesablamalarına görə Müəllimlərin ən çox hörmət və nüfuza malik olduğu ölkə Çin Xalq Respublikasıdır.ABŞ və Böyük Britaniya bu siyahıda orta mövqedə ,Cənubi Koreyadan da aşağı yerdə dururlar.Araşdırılma aparılmış 21 ölkə arasında ən aşağı yerdə İsrail yer alır.Bu nəticəyə gəlmək üçün təşkilatın üzvləri həmin ölkələrdə 1000 nəfər valideyinə "Övladınızın müəllim peşəsini seçməsini istərdinizmi ?” sualının cavablarının yekunu olaraq gəlinmişdir. Beləki sorğuda işdirak edən Çinli valideyinlərin 75% -i bəli cavabını vermişlər.

TALİS (Teaching and Learning International Survey) təşkilatının araşdırmalarına əsasən beynəlxaq təcrübədə müəllimlərin orda çalışma vaxtı həftədə 38 saat müəyyən edilmişdir. Böyük Britaniyada bu rəqəm 8 saat çox ,46 saat təşkil edir.Finlandiyada müəllimlər həftədə 32 saat , İtaliyada isə 29 saat işləyirlər.Dünyada ən çox işləyən Yaponiya müəllimləridir-həftədə 54 saat.

Dünya üzrə müəllimlərin 68%-ini qadınlar təşkil edir ki, onların da orta yaş həddi 48 yaşdır.

TALİS müəllimlərin cinsi statistikası ilə də maraqlı rəqəmlər açıqlamışdır.Belə ki ,araşdırma aparılmış ölkələrdə çalışan qadın müəllimlərin fais nisbəti ilə aşağıdakı kimi olmuşdur.

Qadın müəllimlərin sayına görə Latviya liderdir – 88,7 %, ondan sonra Estoniya – 84,5 %, daha sonra Sloveniya Respublikasıdır. – 81,8 %. Digər ölkələrdə isə müəllimlərin -Bolqarıstanda – 81,2 %, İtaliyada– 78,5 %, Çexiyada – 76,5 %, İsraildə – 76,3 %, Polşada – 74,9 % təşkil edir. Qadın müəllimlərin daha az çalışdığı ölkələr:Hollandiya – 54,6 %, Meksika – 53,8 % dövlətləridir.Bu nəticəyəyə görə Yaponiya qadın müəllimlərin ən az işlədiyi ölkədir. Burada qadın müəllimlər ,übütün müəllimlərin cəmi 39 %-ni təşkil edir.

Orta yaşa görə İtaliya ən yaşlı müəllimlərə malikdir. Bu ölkədə müəllmlərin orta yaş həddi 48,9 yaşdır, Estoniyada bu rəqəm 47,9 , Bolqarıstanda 47,4 yaş həddindədir.Malaziya 38,9 yaş, Əbu-Dabi ( BƏƏ) 38,7 yaş orta hesabla daha gənc müəllimlərə malikdir. Ümumilikdə isə bu siyahıya Sinqapur rəhbərlik edir. Bu ölkədə müəllimlərin orta yaş həddi 36 yaşdır.

Ali təhsil səviyyəsinə görə Abstraliya və Polşa dövlətləri liderdir. Bu ölkələrdə müəllimlərin 99,9%-i ali təhsillidir.Cənubi Kareyada müəllimlərin 99,8%-i,Xorvatiyada 82,3 %-i, Çilidə 81,6 % ,İtaliyada isə 80,5 %-i ali təhsillidir.

Müəllimlərin pedaqoji stajına görə Latviya ən çox stajlı müəllimlərə-22 il malikdir.Bu rəqəm Estoniyada-21,6 il, Bolqarıstanda-21,5 , İtaliyada-19,8 il,Portuqaliyada-19,4 il , İspaniyada-18,3 təşkil edir. Ən az stajı olan müəllimlərə , Əbu-Dabi ( BƏƏ)-12,8 il, İngiltərə-12,4 il, və Sinqapur -9,7 il malikdir.

TALİS-in araşdırmalarına görə iş saatlarında yalnız dərs saatlarının tədrisinə görə Çili öndədir-26,7 saat. Bu rəqəm göstərilən ölkələrdə müvafiq olaraq dəyişir.Braziliyada-25,4 saat,Meksikada-22,7 saat, Finlandiyada-20,6 saat, Böyük Britaniyada-19,6 saat, Fransada-18,6 saat təşkil edir. Bu sahədə daha az göstəricilərə Hollandiya-16,9 saat, Ruminiya-16,2 saat, Norveç-15 saat malikdir.

TALİS-in hesabatında həmin ölkələrin müəllimləri yerdə qalan digər iş saatlarını tədrislə bağlı planlaşdırmaya ( növbəti dərslərə hazırlaşmağa), məktəbin ümumi işlərində iştirak etməyə,şagirdlərlə əlavə məşgul olmağa ,onlara müxtəlif məsləhətlər verməyə,valideyinlərə, rəhbərliyə hesabatların hazırlanıb çatdırılmasına sərf edirlər.

Dünyada təhsil sisteminə ən çox pul ABŞ höküməti xərcləyir- illik 809 milyard dollar.Yaponiya 160 milyard dollar,Almaniya 154 milyard dollar,Braziliiya 146 milyard dollar,Fransa və Böyük Britaniya isə illik olaraq təhsilə 123 milyard dollar pul ayırırlar.

BMT-nin məlumatına( 2015-ci il ) əsasən hər il dünyada 8 milyon yeni müəllimə təlabat var.

Elşən Qafarov . Karyera Tədris və Araşdırmalar Mərkəzi



Загрузка...
Həmçinin oxuyun:
Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Dünyada “Facebook” və “Instagram” çökdü

Dünyada “Facebook” və “Instagram” çökdü

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Dünyanın ən güclü riyaziyyatçıları bu ölkələrdə yetişir- Azərbaycan neçənci sırada?

Dünyanın ən güclü riyaziyyatçıları bu ölkələrdə yetişir- Azərbaycan neçənci sırada?

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlərin illik maaşı açıqlandı

Müəllimlərin illik maaşı açıqlandı

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

ARAŞDIRMA !!! Azərbaycanda Müəllimlərin orta yaş həddi neçədir ?

ARAŞDIRMA !!! Azərbaycanda Müəllimlərin orta yaş həddi neçədir ?

Ən çox maaşı hansı peşənin sahibləri alır?  -SİYAHI

Ən çox maaşı hansı peşənin sahibləri alır? -SİYAHI

Daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.Bunun sirri nədir?

Daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.Bunun sirri nədir?

Dünyanın ən ağıllı insanları bu ölkələrdə yaşayır- SİYAHI

Dünyanın ən ağıllı insanları bu ölkələrdə yaşayır- SİYAHI

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI