Xəbərlər
28 dekabr 2019
317

KANADADA KOLLEC VƏ UNİVERSİTET: FƏRQ NƏDƏDİR?

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

KANADADA KOLLEC VƏ UNİVERSİTET: FƏRQ NƏDƏDİR?

 

Bizim həmyerlilərimizdə "kollec” daha çox peşə məktəbi və ya ixtisaslaşdırılmış məktəblə assosiasiya edilir. Buna görə kollecdə təhsil orta təhsilin davamı kimi qəbul edilir və universitetə alternativ olaraq təsəvvür edilmir.
Lakin Kanada təhsil sistemində kollec barədə danışarkən bütün bu stereotipləri unudub bir faktı qəbul etmək lazımdır ki, Kanadada kollec ixtisaslaşdırılmış mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. Bundan əlavə, işəgötürənlər kollec bitirmiş mütəxəssisi universitet diplomu olan mütəxəssisdən daha üstün tuturlar. Həmçinin ali təhsil üzrə menecerlər çox vaxt abituriyentlərə universitetdənsə, kollec seçməyi məsləhət görürlər.
Bu niyə belədir? Bunu aydınlaşdırmağa cəhd edək.
 
 Nələrə diqqət etmək lazımdır.

Təhsil müəssisəsinin spesifikası

Kollecdə təhsil praktiki xarakter daşıyır. Əgər siz dizayner, turizm üzrə menecer və ya biznes inzibatçısı kimi tətbiqi ixtisaslara yiyələnməyi planlaşdırırsınızsa, onda yalnız nəzəri bilikləri deyil, həmçinin zəruri bacarıqlar əldə edəcəyiniz kolleci seçmək daha yaxşıdır, çünki, burada təhsil dövründə tələbələr mütləq ödənişli staj və ya təcrübə keçirlər.
 
Universitetdə təhsil akademik xarakter daşıyır. Vaxtın çox hissəsi bu və ya digər fənnin nəzəri mənimsənilməsinə gedir, təcrübə ya çox azdı, ya da ümumiyyətlə yoxdur. Buna görə, əgər siz özünüzü gələcəkdə alim görürsünüzsə və ya tədris etməyi planlaşdırırsınızsa, universitetə daxil olun!
Təhsil haqqı
 Kanadada kollecdə təhsil adətən daha ucuzdur. Bundan başqa, tələbə ödənişli təcrübə keçmək imkanına malikdir.
 
Universitet böyük müəllim ştatı və akademik tələbləri olan mürəkkəb maarifləndirici struktur olduğuna görə, təhsil haqqı dəfələrlə bahadır.

Proqramlar
Kanada kollecləri, tam bir ali təhsil müəssisəsi kimi, aşağıdakı proqramları təklif edir:
• ixtisaslaşdırılmış mütəxəssis (sertifikat, 1 il);
• ixtisaslaşdırılmış mütəxəssis (diplom, 2-3 il);
• bakalavr (3-4 il).
Təhsil ilə paralel olaraq ixtisas üzrə ödənişli iş nəzərdə tutan proqramlar mövcuddur (co-op). Həmçinin bir çox kollec universitetlərlə razılaşmalara malikdir və siz öz ixtisasınızı bitirib iki diplom: universitet və kollec diplomu ala bilərsiniz. Bundan əlavə, Siz Kanadada kolleci bitirib, istədiyiniz vaxt universitetdə öz təhsilinizi davam etdirə bilərsiniz!
 
Kanada universitetlər, klassik ali təhsil müəssisəsi kimi, aşağıdakı proqramları təklif edir:
• bakalavr (3-4 il)
• magistr (2 il)
• fəlsəfə doktoru (Phd, 3 il)
 
Təhsil müddəti 
Kollecdə ən qısa təhsil müddəti cəmi bir ildir və nəticədə siz ixtisaslaşdırılmış mütəxəssis sertifikatını ala bilərsiniz. Lakin 2 illik diplom proqramını seçmək daha yaxşıdır, ondan sonra zəmanətlə 2 illik iş vizasına müraciət edə bilərsiniz. Həmçinin belə diplomla siz əminliklə iş axtara bilərsiniz, çünki bu kvalifikasiya rəsmi tam iş günü işləmək üçün kifayətdir.

 Universitetdə təhsil klassik şəkildədir: 4 (bəzən 3) təhsil ili, bu dövrdə Siz yalnız tələbə kimi – həftədə 20 saat işləyə bilərsiniz, qalan vaxt ciddi oxumaq lazımdır.

Məzunların karyera perspektivləri
 
Kolleci bitirdikdən sonra Sizin qarşınızda çoxlu imkanlar açılır:
• sadələşdirilmiş immiqrasiya proseduru;
• 90% məzun yarım il ərzində öz ixtisası üzrə iş tapması zəmanətlidir;
• işəgötürənlər kollec məzununu işə götürməyə üstünlük verir, çünki o praktik bacarıqlara malikdir, dərhal işə başlamağa hazırdır və onu yenidən öyrətməyə ehtiyac yoxdur.
 
Universitetdə təhsil daha çox vaxt, səy və maliyyə xərci tələb edir, buna görə də tezliklə işləməyəcəksiniz. Həmçinin təcrübə göstərir ki, işəgötürənlər magistr diplomunun sahibinə deyil, kollec məzununa üstünlük verəcək, çünki Kanada qanunlarına görə, magistr dərəcəli işçi daha yüksək maaş almalıdır. Lakin Siz başqa ölkələrdə işləməyi planlaşdırırsınızsa, onda reytinqli universitetin Diplomuna sahib olmaq sizə həmişə yaxşı iş tapmağa kömək edəcək.
edustudio.az 







Загрузка...
loading...

Həmçinin oxuyun:
10 mindən çox kollec məzunu universitetlərə imtahansız qəbul olmaq üçün müraciət edib

10 mindən çox kollec məzunu universitetlərə imtahansız qəbul olmaq üçün müraciət edib

Ceyhun Bayramov: “Kollec məzunları bura qəbul ola bilməz”

Ceyhun Bayramov: “Kollec məzunları bura qəbul ola bilməz”

Universitetlərə imtahansız qəbul olmaq istəyən 7 mindən çox kollec məzunu ərizəsini təsdiqlədi

Universitetlərə imtahansız qəbul olmaq istəyən 7 mindən çox kollec məzunu ərizəsini təsdiqlədi

Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

“Qəbul göstəriciləri yaxşı deyil, keçid balları aşağı düşə bilər”

“Qəbul göstəriciləri yaxşı deyil, keçid balları aşağı düşə bilər”

Kollec tələbələri arasında dava ölümlə nəticələnib

Kollec tələbələri arasında dava ölümlə nəticələnib

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

“Kollecdə oxuyanlara hərbi xidmətdə möhlət hüququ verilsin” - Deputatdan təklif

“Kollecdə oxuyanlara hərbi xidmətdə möhlət hüququ verilsin” - Deputatdan təklif

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?!

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

İxtisas seçərkən nələrə diqqət yetirməli?

İxtisas seçərkən nələrə diqqət yetirməli?

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetinin Kolleci qəbul elan edir