AzTehsil.com


Xəbərlər / Müəllim
09 aprel 2021
1 400


Məktəb təhsilinin vəziyyəti



 

OECD dünyada təhsilin vəziyyətinə dair yeni hesabatını yayıb

Ötən bir il ərzində 188 ölkədən olan 1.5 milyard şagird məktəblərə gedə bilməyib. Şagirdlər hər yerdə bu gün açılan və ertəsi gün bağlanan məktəblərlə qarşılaşırlar ki, bu da onların təhsilinə ciddi mane olur. Koronavirus pandemiyası hələ də tüğyan etdiyindən bir çox təhsil sistemləri çətin vəziyyətdədir.   İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)  YUNESKO, UNICEF və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrdə vəziyyəti izləyir, məktəblərin bağlanmasından tutmuş məsafədən tədris və  müəllimlərin peyvənd olunması, şagirdlərin tədricən məktəbə qayıtmasına qədər bütün məlumatları toplayır. OECD-nin aprelin 2-də təqdim olunmuş "Məktəb təhsilinin vəziyyəti” (The State of School Education) adlı yeni hesabatında  böhrandan keçən  bir il ərzində dünyada təhsilin  vəziyyəti  barədə 30 ölkədə aparılmış tədqiqatın nəticələri öz əksini tapıb. OECD-nin Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şlyaxer ayrı-ayrı ölkələrdə təhsil strategiyalarının necə dəyişdiyinə, müəyyən strategiyaların təsdiqlənib- təsdiqlənmədiyinə və təsirlərinə dair ətraflı təqdimat edib.
 
Distant təlim

Məktəblərin bağlanması zamanı rəqəmsal resurslar təhsil üçün  həyati əhəmiyyət daşımağa başlayıb, pandemiya  müəllim və şagirdləri  dərslərə tez uyğunlaşmağa və internetdə oxumağa məcbur edib. Rəqəmsal texnologiyaların imkanları pandemiya zamanı həddən çoxdur.  Bu texnologiyalar insanların necə, harada və nə vaxt oxumaları, öyrənmələrinə tam yeni cavablar tapmağa imkan verir.  Biliklərin yayılmasında müəllimlərin rolu  yeni biliklərin yaradıcıları kimi artıb. Artıq rəqəmsal təhsil sistemləri təhsilalanları sadəcə öyrətməklə kifayətlənmir, eyni zamanda onların necə təhsil aldığını, onları maraqlandıran problemlərin həllini izləməyə imkan verir. Virtual laboratoriyalarda tələbələrə öz eksperimentlərini aparmağa, nəticələrin hazırlanması və öyrənilməsi üçün zəmin yaradır. Lakin böhran bir çox təhsil sistemini  qəfil yaxaladı.  "PISA-2018” qiymətləndirməsi həm ölkələr arasında, həm də onların daxilində müəllimlərin  İKT bacarıqlarında geniş fərqləri aşkar edib. Nəticədə çoxları distant  tədrisin davamlılığını təmin etməkdə çətinlik çəkib.

Pandemiya zamanı tədris

Məktəblərin bağlanmasının ilk dövründə  8 ölkədə bütün şagirdlər  ibtidai və orta məktəb səviyyəsində, həmçinin 12 ölkədə ümumtəhsil səviyyəsində distant təhsil alırdılar. Hələ də 15 ölkədə şagirdlərin 75%-dən çoxu  ibtidai,  14 ölkədə orta, 13 ölkədə yuxarı sinif  səviyyəsində distant təhsil alır.

Danimarka təhsil səviyyəsinə görə özünün fərdi yanaşması ilə fərqləndi: təhsilanların 25%-dən azı ilk təhsil ili ərzində distant təhsil alırdı. Məktəblərin bağlanmasının ikinci dövründə yalnız Latviya, Niderland və Sloveniyada bütün şagirdlər  ibtidai, orta və yuxarı təhsil səviyyələrində distant təhsil alıb. Avstriya, Danimarka və Estoniya  da tədrisin yuxarı səviyyədə təşkil olunduğunu bildiriblər. Ən azı 7 ölkədə təhsilanların 75%-dən çoxu  ibtidai və orta,  6 ölkədə isə yuxarı siniflər  səviyyəsində distant təhsil almaqda davam edirlər. Məktəblərin bağlanmasının üçüncü dövründə yalnız Latviya və Niderland bildirib ki, bütün şagirdlər təhsilin ibtidai, orta və yuxarı səviyyələrində distant təhsil alırlar. Müqayisəli məlumatlara malik ölkələrin bəzilərində bütün şagirdlər məktəblərin açıldığı ilk dövr ərzində məktəbə əyani gediblər.  Bu, ibtidai və orta məktəb səviyyələrində 11,  yuxarı  səviyyədə isə 12 ölkəyə aiddir. 7 ölkədə, demək olar ki, bütün şagirdlər ibtidai, orta və ya yuxarı siniflər səviyyələrində  təhsil müəssisələrinə qayıdıblar.

Çili, Kolumbiya, Çexiya Respublikası, Danimarka, İngiltərə, Litva, Slovakiya Respublikası, Sloveniya və İspaniyada şagirdlərin yarıdan azı məktəbə qayıdıb. Yalnız iki ölkədə (Almaniya və Yaponiya)  məktəblərə qayıdışla bağlı qərar yerli idarəetmə səviyyəsində  məktəblərin öz istəyi ilə qəbul edilib.

Təhsilalanların dəstəklənməsi 

Məktəblərin açılmasının üstünlükləri sağlamlıq riskləri ilə müqayisə olunmalıdır. Əvvəlki epidemiyaların məlumatları göstərir ki, məktəblərin bağlanması infeksiyaların 15%-ə qədər qarşısını ala bilər. Bu təsir digər dövlət tədbirləri ilə müqayisədə  (məsələn, iş yerində sosial məsafə yoluxmanı  73% , xəstəlik hallarının təcrid edilməsini təxminən 45%-ə qədər azalda bilər) cüzidir.  Bəzi ölkələrdə kiçikyaşlı  uşaqlarla  virusun yoluxma riskinə ən çox məruz qalan yaşlı nəsillər arasında qarşılıqlı əlaqələr yüksək səviyyədə müşahidə olunur. Müxtəlif ölkələrdə infeksiya risklərinin azaldılması üzrə müvafiq tədbirlərin tətbiq edilməsi zamanı keyfiyyətli tədrisin təmin olunması ilə bağlı bir sıra addımlar atılıb. Təhsil və səhiyyə orqanları arasında davamlı və səmərəli əlaqələndirmə tədrisin davam etdirilməsini təmin etmək üçün zəruridir. 

Sağlamlıq risklərinin azaldılması

 Bir sıra ölkələr 2019/2020-ci tədris ili ərzində əyani təhsili təmin edərkən, digərləri daha yüksək təhsil səviyyələri üçün məktəblərin açılışını təxirə salıblar. Sosial məsafə koronavirusun yayılmasının qarşısını almaq üçün ən səmərəli tədbirlərdən biri oldu. Məktəb kontekstində bu, uşaqlar arasında ünsiyyətin azalması və onların arasında 1-2 metr təhlükəsiz məsafənin saxlanması deməkdir. Təhsilin bütün səviyyələrində məktəblərin korrektirovkası və fiziki hazırlıq 2020-ci ildə 10 ölkədən 8-də məktəblərin ilk qapanmasından sonrakı dövrdə ən geniş yayılmış strategiya idi. Ölkələrin yarısı həmçinin yaş qruplarından asılı olaraq, şagirdlərin tədricən siniflərə qayıtması üçün tədbirlər görüb, sinifdənkənar fəaliyyəti isə dayandırıb.  Əyani və distant təhsilin əlaqələndirilməsi  kimi strategiyalar ibtidai təhsil səviyyələrinə nisbətən orta təhsil səviyyəsində daha çox tətbiq olunub. 13 ölkə 2020-ci ildə məktəblərin bağlanmasının ilk dövründən sonra tədris cədvəlinə normal qayıtdıqlarını və ibtidai səviyyədə tədrisi bərpa etdiklərini bildirib. Onlardan 11 ölkədə may-iyun aylarında təhsil müəssisələri yenidən açılıb, digər iki ölkə - Kanada və Türkiyədə isə ölkə daxilində məktəblərin əksəriyyəti növbəti təhsil ilinə qədər qapalı qalıb. Yeni Zelandiya istisna olmaqla, bu ölkələrin hamısı Şimal yarımkürəsində yerləşir, burada yay tətilləri iyun ayının sonlarında başlayır. Yalnız iki ölkə - Braziliya və Portuqaliya  2020/2021-ci tədris ilini məktəblərin bağlanmasının ilk dövründən sonra ibtidai və ya orta səviyyədə, təhsildəki mümkün itkiləri kompensasiya etmək üçün uzadıblar. Digərləri təlim cədvəlinin yenidən təşkil olunmasını təklif ediblər.

Müəllimlərin dəstəklənməsi

Məktəblərin yenidən açılması  və distant tədrisə keçid müəllimlərin fəaliyyətinə hədsiz təsir göstərib. Böhran  onların bir çoxundan virtual təlim mühitinə uyğun yeni bacarıq və təlim materiallarının əldə edilməsini tələb edib. Bəzi hallarda, bu, onların işinə yeni vəzifələr əlavə edib: şagirdlərə dəstək və resursların əlaqələndirilməsi, valideynlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi və ya məktəblərdə yeni inzibati, tibbi və təhlükəsizlik prosedurlarının tətbiqi. Bəzi kontekstlərdə müəllimlərin çatışmaması imkanları daha da məhdudlaşdırıb  və məktəblərin sinif ölçülərini azaltmaq və ya müxtəlif hibrid tədris modellərini tətbiq etmək qabiliyyətinə məhdudiyyətlər yaranıb. Yeni tələblər bəzi ölkələri öz kadr və rekrutinq praktikasını dəyişməyə vadar edib. Məsələn, Yaponiya 2020-ci ilin ortalarında məktəblərdə heyətin tərkibini tənzimləmək və müəllimlərin dərs yükünü yüngülləşdirmək üçün əlavə pedaqoji heyəti işə götürmək məqsədilə əlavə büdcəni 2021-ci ilin  mart  ayına qədər təmin edib. Bu çərçivədə ibtidai və orta məktəblərdə 84900-ə qədər əlavə müəllimin işə götürülməsi nəzərdə tutulur.

Müəllimlərin vaksinasiyası

Müəllimlərin peyvəndlənməsi sosial məsafə və ciddi gigiyena tədbirləri ilə yanaşı, məktəblərin yenidən açılmasından sonra əyani  təhsilin təhlükəsizliyini artırmağa kömək edə bilər.  2021-ci ilin mart ayına olan məlumata əsasən xüsusi tədqiqat göstərdi ki, 30 ölkədən 19-u prioritet istiqamət kimi məktəbəqədər və orta təhsil səviyyəsində müəllimlərin peyvəndlənməsi  üzrə milli tədbirlər həyata keçirmişdir.  Bu ölkələr Avstriya, Macarıstan, Almaniya, İsrail, İrlandiya, İspaniya, İtaliya, Kolumbiya, Latviya, Litva, Polşa, Portuqaliya, Rusiya Federasiyası, Slovakiya Respublikası, Sloveniya, Türkiyə, Çili, Çexiya Respublikası və Estoniyanı əhatə edir. Almaniyada  2021-ci ilin fevral ayının sonunda ibtidai məktəb müəllimləri və xüsusi təhsil müəssisələri üçün peyvənd kampaniyası başlanıb. Belçika, Kosta- Rika, Danimarka, İngiltərə, Finlandiya, Fransa, Yaponiya, Hollandiya, Norveç, İsveç və İsveçrə kimi ölkələrdə müəllimlər, ümumiyyətlə, əhali ilə eyni peyvənd cədvəlinə tabedir və ya müəllimlərin peyvənd cədvəli hələ müəyyənləşdirilməyib. Fransada, məsələn, 29 mart 2021-ci il tarixinə bu sahədə  heç bir qərar qəbul edilməyib, hökumət həssas  peşələr üçün məqsədli peyvənd kampaniyası çərçivəsində 2021-ci ilin aprel ayının ortalarında və ya sonunda müəllimlərin peyvənd edilməsinin mümkünlüyünü öyrənir. Müəllimlərin peyvənd olunmasına üstünlük verən ölkələrin əksəriyyətində müəllimlər arasında prioritetləşdirmə meyarlarını qəbul ediblər. Yaşlı insanlarda xəstəliyin ağır formalarının inkişaf riski  nəzərə alınaraq, bir neçə ölkə (Avstriya, Çili, Kolumbiya, Çex Respublikası, Almaniya, Macarıstan, Latviya və Sloveniya) müəllimlərin peyvəndlənməsini prioritet hesab edib. Digər bir meyar isə Almaniya,  Latviya, Polşa, Portuqaliya, Sloveniya və İspaniyada vaksinasiya qaydasını müəyyən etmək üçün istifadə olunan təhsil səviyyəsi ilə bağlıdır. Latviyada isə, məsələn, uşaqlarla üz-üzə işləyən müəllimlərə (məktəbəqədər və xüsusi təhsil müəllimlərinə) üstünlük verilib. 
Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Məktəblərin yenidən açılması

Məktəblərin yenidən açılması

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Alimlərdən müəllimlərin COVID-19-a yoluxması riski ilə bağlı xəbərdarlıq

Alimlərdən müəllimlərin COVID-19-a yoluxması riski ilə bağlı xəbərdarlıq

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Finlandiya məktəbləri karantindən sonra

Finlandiya məktəbləri karantindən sonra

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Böyük Britaniyada distant təhsil sistemi daha iki həftə uzadılıb

Böyük Britaniyada distant təhsil sistemi daha iki həftə uzadılıb

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

İlqar Orucov: Məktəblərin yenidən qapadılmaması üçün vəziyyəti nəzarətdə saxlamalıyıq

İlqar Orucov: Məktəblərin yenidən qapadılmaması üçün vəziyyəti nəzarətdə saxlamalıyıq

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür

Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir