Xəbərlər / Müəllim
20 may 2022
413

Eşqi Bağırov: Çərçivə sənədinə uyğun qiymətləndirmə aparılacaq


Təhsil Nazirliyi bu ildən etibarən müəllimlərin sertifikatlaşdırılmasına başlanacağını açıqlayıb. Bu il ilk olaraq 11 mindən çox ibtidai sinif müəllimi sertifikatlaşdırmaya cəlb olunacaq.

APA məsələ ilə bağlı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırovun müsahibəsini təqdim edir.

– Eşqi müəllim, müəllimin bilik və bacarığı zəifdirsə, bəlkə problemin kökünü elə onun təhsil aldığı ali məktəbdə axtarmaq lazımdır?

– Kifayət qədər keyfiyyətli, yaxşı müəllimlərimiz var. Vəziyyət o qədər də pis deyil. Sadəcə olaraq onların da vaxtaşırı qiymətləndirilməsinə ehtiyac var.

– Sertifikatlaşdırmada zəif nəticə göstərdiyi üçün müəllimin dərs yükü azaldıla bilər?

– Dərs bölgüsünün aparılması direktorun vəzifə səlahiyyətlərinə aiddir. Direktor da bu vəzifəni yerinə yetirmək üçün hansısa alətlərdən istifadə edir. O alətlərdən biri də müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsidir. Direktorlar bu qiymətləndirməyə müvafiq olaraq dərs bölgüsünü aparmalıdır. Bu qiymətləndirmə sertifikatlaşdırma, diaqnostik, eyni zamanda direktorun özünün dərs dinləmələri, müşahidələri ola bilər.

– Hər bir müəllimin spesifik dərs keçmə metodu ola bilər. Müsahibə zamanı bu, necə qiymətləndiriləcək?

– Müəllimin özünün öyrətmə metodu deyə bir anlayış yoxdur. Metodlar bəllidir. Təhsil standartlarında konkret olaraq qeyd olunub. Biz bunu elan etmişik. Çərçivə sənədində də yazılıb. Onlara uyğun da qiymətləndirmə aparılacaq.

– Çalışmanın son yaş həddində olan müəllim sertifikasiyadan kəsilsə belə bir il işləməyinə icazə var və daha sonra da pensiyaya çıxa bilər. Bu amil nəzərə alındıqda, həmin müəllimin sertifikasiyaya cəlb olunması nə dərəcədə önəmlidir?

– 65 yaşa qədər müəllimlər sertifikasiyaya cəlb olunacaq. Çalışmanın son yaş həddinə çatmış müəllim bir sıra amillər, o cümlədən sertifikasiya balı, dərs yükü, fəxri adı, təltifləri nəzərə alınmaqla fəaliyyətini davam etdirə bilər. Bəlkə həmin müəllim işləmək istəyəcək?! Ona görə sertifikasiyaya cəlb olunur.

– Bilik və bacarığına görə, fəxri ad almış müəllimlərimiz var. Lakin sertifikatlaşdırmadan azad olunan şəxslər sırasında həmin kateqoriyaya aid müəllimlər qeyd olunmayıb. Fəxri ad almış müəllimin sertifikasiyaya cəlb olunması nə dərəcədə doğrudur?

– Sertifikasiyadan azad olunan müəllimlərin dairəsi çox dəqiq müəyyən olunub. Başqa istisnalar nəzərdə tutulmayıb. Sertifikatlaşdırmada yüksək nəticə göstərmə gələcəkdə təltif olunma üçün də nəzərə alına biləcək meyarlardan biri olacaq. “Əməkdar müəllim” adını ona görə verirlər ki, müəllimin bütün göstəriciləri çox yüksəkdir. Digər həmkarlarından seçilməsini göstərən meyarlardan biri də sertifikatlaşdırma nəticəsidir. Buna görə də “Əməkdar müəllim” adını almış şəxslər də prosesdə iştirak edəcəklər.

– Müəllimlər arasında müsahibə mərhələsinin ədalətli keçəcəyinə dair inamsızlıq var. Bunu necə dəyərləndirərdiniz?


– Müsahibə mərhələsində müəllimi bir nəfər qiymətləndirməyəcək. 3 nəfər komissiya üzvünün olması nəzərdə tutulub. Bunlar arasında fənn müəllimi, müəssisə rəhbəri və psixoloq olmalıdır. Eyni zamanda istənilən müsabiqənin nəticəsindən apellyasiya şikayəti vermək hüququ var. Biz də bu hüququ təmin etmək məcburiyyətindəyik və edəcəyik də. Yəni, istənilən narazılığa Sertifikatlaşdırma Şurasında baxılacaq.

– Bəs komissiya üzvləri necə seçiləcək?

– Bunun üçün də meyarlar var. Lakin hələ həmin şəxslər seçilməyib.

– Bir müddət əvvəl də müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılmışdı. Sertifikatlaşdırma ilə paralel olaraq diaqnostik qitmətləndirmə də yenidən aparılacaq?

– Diaqnostik qiymətləndirmə 2018-ci ildə demək olar ki, dayanıb. Onun təkrar keçirilməsi nəzərdə tutulmur.

– Gələcəkdə orta ixtisas, peşə və ali təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikatlaşdırılması aparıla bilərmi?

– Biz bu gün ancaq ümumi təhsildən danışırıq. Ali, orta ixtisas, peşə təhsili istiqamətində bu məsələlərlə bağlı hələlik qərar qəbul edilməyib. Gələcəkdə olub-olmayacağını da deyə bilmərəm.



Загрузка...
loading...

Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Metodbirləşmələr

Metodbirləşmələr

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər