AzTehsil.com


Xəbərlər
28 aprel 2022
865


Məktəbdə pul məsələsinə EKSPERT şərhi: “Qanun bank hesabı tələb edir” - FOTO




Təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən məktəblərdə könüllü ianə modelinin tətbiq olunacağını bildirib.


Nazirin sözlərinə görə, bunun yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır:


“Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsələr, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.


Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanunaziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.


Mövzu ilə bağlı Bakupost.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, dünya praktikasında valideynlə məktəb arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sırf qanunvericilik əsasında tənzimlənir. Əsasən də məktəb şuralarının mövcud olduğu ölkələrdə bu əlaqələr daha məqsədəmüvafiq şəkildə qurulub. Məktəb şurası nədir? Məktəb şurası tərəfindən valideynlərin, müəllimlərin, yuxarı sinif şagirdlərinin, məktəbin işçilərinin, təhsil müəssisəsinin yerləşdiyi ərazinin icma nümayənd­ələrinin, bələdiyyənin, yerli icra haki­miyyəti orqanlarının, o cümlədən də təhsili idarəetmə orqanlarının iştirakı ilə hər iki-üç ildən bir məktəblərdə fəaliyyət göstərən İdarəetmə Şurası seçilir. Həmin şura ictimai əsaslarla iki istiqamət - məktəbin maliyyə-təsərrüfat işinin qurulması, idarə edilməsində məktəb rəhbərliyinə yardım edilməsi və dövlət ictimai idarəetmənin həyata keçirilməsi üzrə fəaliyyətini davam etdirir:

















“Dünyanın bütün aparıcı ölkələrində Təhsil Nazirliyi ölkə təhsilində yalnız metodik xidməti həyata keçirir. Kadr məsələlərinə nazirlik qarışmır. Müəllim və ya direktorların işə qəbulu imtahanından müvəffəqiyyətlə keçən şəxs öncə çalış­acağı məktəbin ərazisindəki yerli icra hakimiyyəti orqanları­nın təhsil departamentinə müraciət edir. Departament isə İdarəetmə Şurasına təqdimat yazır. Şura həmin şəxsin müvafiq məktəbdə çalışmasını uyğun bilirsə, razılığını verir. Bu, İdarəetmə Şurasının dövlət ictimai idarəetmə formasında iştirakıdır.


Maliyyə-təsərrüfat sahəsində köməyi isə aşağıdakılardan ibarətdir: Məktəbdə keçirilən müxtəlif səpkili tədbirlərə məktəbin yerləşdiyi ərazidə fəaliyyət göstərən iş adamları, valideynlərə biletlər satılır. Xeyriyyə tədbirləri təşkil olunur, ianələr köçürülür. Şura bu səpkili tədbirlərdən toplanan vəsaiti məktəb üçün lazım olan avadanlıq və s. alınmasına sərf edir”.


Ekspert deyir ki, Azərbaycanda valideynlərin hər-hansı bir halda məktəblərə könüllü şəkildə maddi kömək göstərməsi, ianə verməsi üçün ilk növbədə təhsil müəssisələrinin bank hesabı olmalıdır:


“Bilirsiniz ki, ölkədə nağdsız hesablaşmalar haqqında qanun mövcuddur. İstənilən ödəmələr, köçürmələr nağdsız şəkildə olmalıdır. “Təhsil haqqında” qanunun 14-cü maddəsində göstərilir ki, təhsil müəssisələri hüquqi şəxsdir, onların bank hesabları, rekvizitləri olmalıdır. Bizim ümumtəhsil məktəblərimizin heç birinin, internat tipli müəssisələri çıxmaq şərti ilə, bank hesabları yoxdur. Hal-hazırda regional Təhsil İdarələrinin yaradılması ilə başlayan təhsil islahatlarının növbəti mərhələsində təhsil müəssisələrinin publik hüquqi şəxs olması ilə bağlı fikirlər səsləndirilir. Yaxın illərdə bunun reallaşması mümkündür. Hal-hazırda valideynlərin məktəblərə könüllü ianələr verməsi üçün uyğun mexanizm yoxdur. Bunun üçün ilk növbədə məktəblərin publik hüquqi şəxs olması mütləqdir.


Məktəblərin bank hesabları yaradılmalıdır. Məktəblərə ianə və könüllü yardımlar nağdsız şəkildə həyata keçirilməlidir. Ən başlıcası isə mühit formalaşmalıdır. Bu gün valideynlərin çoxunun məktəbə inamı, etibarı yoxdur. Ölkənin təhsil büdcəsi üç milyard yarım təşkil edir. Təxminən ondan da artıq valideyn repetitora, kursa pul xərcləyir. Əgər dövlət standartlarına uyğun ümumtəhsil məktəblərində dərslər normal şəkildə keçirilsə, valideynlər hər ay öz büdcəsindən 150-250 manat repetitora pul xərcləməyə məcbur olmasalar, bu zaman, təbii ki, onlar məktəbə könüllü şəkildə ianələr edərlər”.






Загрузка...
Həmçinin oxuyun:
Elşən Qafarov :Təhsil naziri  insanları təşvişə salacaq elə bir söz deməyib.

Elşən Qafarov :Təhsil naziri insanları təşvişə salacaq elə bir söz deməyib.

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Orta məktəblər hansı yolla  alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

Orta məktəblər hansı yolla alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Nadir İsrafilov: Burada hər şey düzgün idarəçilikdən asılıdır.

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Təhsil naziri: Növbəti tədris ilindən tələbələr üçün yeni layihələrin icrası planlaşdırılır

Təhsil naziri: Növbəti tədris ilindən tələbələr üçün yeni layihələrin icrası planlaşdırılır

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

Mehriban Vəliyeva: Məktəb-valideyn tərəfdaşlığını qurmaq üçün məktəb ailə birliyi yaradılmalıdır

Mehriban Vəliyeva: Məktəb-valideyn tərəfdaşlığını qurmaq üçün məktəb ailə birliyi yaradılmalıdır

Təhsil naziri: “Rayon təhsil şöbələri ləğv edilməyib”

Təhsil naziri: “Rayon təhsil şöbələri ləğv edilməyib”

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Özəl məktəblərdə tədrisin başlaması qərarını kim verməlidir? – Şərhlər

Özəl məktəblərdə tədrisin başlaması qərarını kim verməlidir? – Şərhlər

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

"20 nömrəli məktəb fəaliyyətə başlayacaq" -AÇIQLAMA

Emin Əmrullayev: “Bəzi məktəblərdə Təbiət fənni tədris ediləcək” - FOTO

Emin Əmrullayev: “Bəzi məktəblərdə Təbiət fənni tədris ediləcək” - FOTO

Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI

Fevralın 1-dən valideyn övladını məktəbə göndərməyə bilər? - NAZİR AÇIQLADI

Müəllimlərdan pul yığmasını istəyən direktorla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Müəllimlərdan pul yığmasını istəyən direktorla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi