Xəbərlər, Müəllim
22 sentyabr 2021

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

 

Sabah orta məktəblərədə ibtidai siniflər üçün əyani tədrisin ilk günüdür. Lakin bəzi məqamlar var ki, hələ də özlüyündə suallar doğurur.

Bunlardan biri də məktəblərdə şagirdlərin tibbi maskadan istifadəsinin məcburi və ya könüllü olmasıdır. Nazirlər Kabinetinin qərarına əsasən qapalı məkanda maskadan istifadə məcburidir.Təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə bildirmişdi ki, uşaqların məktəbdə maska taxması yaşından asılı olmayaraq onların valideynlərinə buraxılır. Yəni valideynlər istəsə, övladının maska taxmasını təmin edə bilərlər.

Bəs görəsən şagirdlərdən qoruyucu maskadan istifadəyə dair tələb varmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Təhsil eksperti Kamran Əsədov cavablayıb. O bildirib ki, şagirdlərin qapalı məkanda maskadan istifadəsi tövsiyə edilir: "Amma bu məcburi xarakter daşımır. Əvvəllər virusa azyaşlı uşaqların yoluxmaması bildirilirdisə, son günlərdə uşaqlar arasında da yoluxma hallarının artdığı aşkar olunub. Təəssüflər olsun ki, virusun yeni ştamları uşaqlara da yoluxa bilir. Yoluxanlardan əlavə uşaqlar potensial daşıyıcı ola bilir. Ona görə də bu məsələ diqqətdə saxlanılmalıdır. Hazırda şagirdlərdən maskadan məcburi istifadəyə dair tələb yoxdur. Amma şagirdlər özünün və yaxınlarının təhlükəsizliyi üçün  qoruyucu maskadan istifadə edərsə, daha məqsədəuyğun olar”.

Hüquqşünas Ruslan Vəliyev öz açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında qapalı məkanlarda maskadan istifadənin məcburi olmasına dair bənd var. Lakin bəzən bu qaydalardan kənara çıxılır: "Məktəblərdə bu məsələnin necə tənzimlənəcəyi hələlik bəlli deyil. Çünki bəzi şagirdlərin valideynlərinə zəng edərək vaksin pasportu olmayanların məktəbə buraxılmayacağı bildirilib. Halbuki qanunda belə bir şey yoxdur. Əslində məktəb qapalı məkandır. Qanunla qapalı məkanda maskadan istifadə məcburidir. Bununla bağlı yəqin ki, Təhsil Nazirliyi özü qərar verəcək. Ola bilsin ki, məktəbə daxil olan zaman maskadan istifadə məcburi olacaq. Lakin sinif daxilində buna ehtiyac olmayacaq. Hər halda bu elə məsələdir ki, dəqiq nə isə demək olmur”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Redaktor.az-ın suallarını cavablayıb. "Məktəblərdə maskadan istifadə məcburi deyil", - deyə nazirlik sözçüsü bildirib.


Загрузка...
loading...

Həmçinin oxuyun:
COVID-19-un spesifik müalicəsi yoxdur - Həkimdən AÇIQLAMA

COVID-19-un spesifik müalicəsi yoxdur - Həkimdən AÇIQLAMA

Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏKLƏR - VİDEO

Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏKLƏR - VİDEO

Bu yerlərdə maskadan mütləq istifadə olunmalıdır - SİYAHI

Bu yerlərdə maskadan mütləq istifadə olunmalıdır - SİYAHI

Açıq havada maska ilə bağlı RƏSMİ AÇIQLAMA - LƏĞV OLUNUR

Açıq havada maska ilə bağlı RƏSMİ AÇIQLAMA - LƏĞV OLUNUR

Həkim: Açıq havada maska taxılmasına qarşıyıq - VİDEO

Həkim: Açıq havada maska taxılmasına qarşıyıq - VİDEO

Xanımlara xəbərdarlıq: Maska taxanda bunu etməyin - AÇIQLAMA

Xanımlara xəbərdarlıq: Maska taxanda bunu etməyin - AÇIQLAMA

Maskadan belə istifadə virusdan qorumur, yeni xəstəliklər üçün şərait yaradır

Maskadan belə istifadə virusdan qorumur, yeni xəstəliklər üçün şərait yaradır

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Şagirdlər dərs zamanı maska taxmalıdır? — Nazirlikdən AÇIQLAMA

Şagirdlər dərs zamanı maska taxmalıdır? — Nazirlikdən AÇIQLAMA

Neçə yaşınadək uşaqlar maska taxmamalıdır? – AÇIQLAMA

Neçə yaşınadək uşaqlar maska taxmamalıdır? – AÇIQLAMA

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Şagirdlərin tibbi maskadan istifadəsi məcburi olmayacaq

Şagirdlərin tibbi maskadan istifadəsi məcburi olmayacaq

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində maskadan istifadə məcburidir

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində maskadan istifadə məcburidir

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Neçənci sinif şagirdlərinə maska taxmaq məcburi olacaq? - TƏBİB-dən AÇIQLAMA

Neçənci sinif şagirdlərinə maska taxmaq məcburi olacaq? - TƏBİB-dən AÇIQLAMA

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

İyunun 25-dən yeni QADAĞA qüvvəyə minir

İyunun 25-dən yeni QADAĞA qüvvəyə minir

İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb

İranda yeni tədris ilinin başlayacağı vaxt açıqlanıb

Maska taxmamağa görə tətbiq olunacaq CƏRİMƏ MƏBLƏĞLƏRİ açıqlandı

Maska taxmamağa görə tətbiq olunacaq CƏRİMƏ MƏBLƏĞLƏRİ açıqlandı

Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir

Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib

Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır