AzTehsil.com


Xəbərlər / Müəllim
01 fevral 2022
967


Tarix İnstitutunun baş direktorundan SƏRT AÇIQLAMA: “Ramiz Mehdiyev getməlidir”




“Azərbaycanın elm tarixi salnaməsində 1945-ci ildə yaradılmış Elmlər Akademiyası mühüm yer tutur. Elmlər Akademiyası həmin dövrdəki elmi elitanı birləşdirərək, Azərbaycan elminin mərkəzinə çevrildi. Akademiya tarixən formalaşmış elmi ənənələri davam etdirməklə bərabər, prioritet elmi istiqamətləri də inkişaf etdirdi”.


Bunu Lent.az-a açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib.


K.Şükürov deyib ki, Azərbaycan Elmlər Akademiyasının inkişafında, yeni elmi çağırışlara vaxtında cavab verməsində və elmi tədqiqatların yüksək səviyyədə təşkilində akademiya prezidentlərinin xüsusi rolu olub:


“Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983) və digərləri Azərbaycan elm tarixində özünəməxsus iz qoyub. Akademiyanın İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyəti yaxınlığında Yusif Məmmədəliyevə qoyulan heykəl elmə sədaqətlə xidmətin simvolu kimi hörmətlə yad edilir. Ramiz Mehdiyevin 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoydu. Ölkə rəhbərliyinin etimadı və dövlət idarə sistemində müəyyən təcrübəyə malik olan Ramiz Mehdiyev bu vəzifəyə gələndə belə təsəvvür var idi ki, o, bu təcrübədən istifadə edərək Azərbaycan elminin təşkili və yeni nailiyyətlər əldə edilməsinə mühüm töhfələr verəcək. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edildi. Akademiya elmin müasir inkişaf tendensiyalarına uyğun olaraq, yenidən təşkilatlanmadı, əksinə bürokratikləşdirilməyə başlandı.


Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi. Elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişaf etdirilməsində xüsusi rolu olan mövcud koordinasiya şuraları parçalandı, az sonra bu dəfə hədsiz dərəcədə mərkəzləşdirildi. Əsas elmi tədqiqat mərkəzləri olan elmi tədqiqat institutlarının strukturunun yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsi əvəzinə, burada da kosmetik dəyişikliklər həyata keçirildi. Baş direktor və icraçı direktor vəzifələri təsis edildi ki, bunlar da işin keyfiyyətinə ciddi təsir edə bilmədi. Bu cür mənasız eksperimentlər digər sahələrdə də davam etdirildi”.


K.Şükürov qeyd edib ki, Akademiya həyatının əsas sənədi olan Nizamnamə də dünya elminin inkişafının müasir tələblərindən geri qalır:


“Akademiya üçün xarakterik olan demokratik idarə üsulu yaradılmasının əksinə olaraq, onun prezidentinin səlahiyyətlərinin daha da artırılmasının təsdiqinə xidmət edir. Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı. AMEA sisteminə daxil olan institutların rolu demək olar ki, heçə endirildi. Azərbaycan elminin uzun müddət ərzində formalaşmış elmi potensialına da ciddi zərbə vuruldu. Perspektivli alimlərin bir hissəsi akademiyanı tərk etdi. İşini davam etdirən elm fədailəri isə normal elmi tədqiqat imkanlarından məhrum edildi. Beləliklə, akademiya dövlətin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə nail ola bilmir. Akademiyanın fəaliyyətinin əsas istiqaməti kimi elmi tədqiqatların prioritetləri bir tərəfə atıldı, nəticədə elə bir dözülməz vəziyyət formalaşdı ki, akademiya müasir elmi çağırışlardan kənarda qaldı. Pandemiya Azərbaycanın müvafiq elm sahəsini də sınağa çəkdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu sahədə akademiya ciddi bir addım ata bilmədi”.


Tarix İnstitutunun baş direktorunun sözlərinə görə, Ramiz Mehdiyev AMEA-nı elə bir ümidsiz vəziyyətə gətirib ki, gənclər arasında elmə maraq azalıb, doktorantura və dissertanturaya müəyyən edilmiş yerlərin əksəriyyəti boş qalır:


“AMEA rəhbərliyi tərəfindən əməkdaşların əməkhaqqının artırılması, sosial müdafiəsinin yüksəldilməsi istiqamətində də real bir iş görülmür. AMEA daha çox məhkəmə qalmaqalları ilə gündəmə gəlir. Bu da ictimaiyyət arasında akademiyanın işgüzar nüfuzuna ağır zərbə vurur. Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.




Загрузка...
Həmçinin oxuyun:
AMEA rəhbərliyi Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib

AMEA rəhbərliyi Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib

“Əlifba” dərsliyinin məşhur müəllifi vəfat etdi

“Əlifba” dərsliyinin məşhur müəllifi vəfat etdi

Tarix İnstitutunun baş direktoru Ramiz Mehdiyevə sərt sözlər deyib İSTEFA VERDİ

Tarix İnstitutunun baş direktoru Ramiz Mehdiyevə sərt sözlər deyib İSTEFA VERDİ

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

Professor Abuzər Xələfov vəfat edib

Professor Abuzər Xələfov vəfat edib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

Professor İdris Abbasov: “AMEA sanki əyləncə mərkəzidir” – VİDEO

Professor İdris Abbasov: “AMEA sanki əyləncə mərkəzidir” – VİDEO

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa

BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”