AzTehsil.com


Xəbərlər
12 dekabr 2020
1 181


AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı



 

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi struktur islahatlarının aparılmasına ehtiyac var”- bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Rəyasət Heyətinin növbəti iclasında deyib. (Qafqazinfo.az)

O, akademiyanın elmi müəssisə və təşkilatlarının idarəçilik sistemində çatışmazlıqların olduğunu, bəzi hallarda subardinasiya qaydalarının gözlənilmədiyini bildirib.

R.Mehdiyev akademiyada yeni yaradılan yoxlama komissiyasının müəssisələrdəki mövcud çatışmazlıqları aşkarlamaq baxımından önəmli olduğunu deyib, akademiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilməsi haqqında da məlumat yayılıb.

Xəbərə görə, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.



Загрузка...
Həmçinin oxuyun:
AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

İnstitut direktoru işdən çıxarıldı

İnstitut direktoru işdən çıxarıldı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyada Yeni təyinatlar olub

Akademiyada Yeni təyinatlar olub

“Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm...”- Ramiz Mehdiyev

“Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm...”- Ramiz Mehdiyev

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”

AMEA -nın mətbuat və informasiya şöbəsi Ramiz Mehdiyevlə bağlı məlumat yaydı

AMEA -nın mətbuat və informasiya şöbəsi Ramiz Mehdiyevlə bağlı məlumat yaydı

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR