AzTehsil.com


Xəbərlər
20 yanvar 2022
1 172


Tarix İnstitutunun baş direktoru Ramiz Mehdiyevə sərt sözlər deyib İSTEFA VERDİ




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.


K.Şükürovun “Report”a açıqlamasını təqdim edirik:


“20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim.


Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım koronavirusu ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.


Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib. Mənim rəhbərliyim dövründə institutda 3-cildlik Respublika tarixi, Vətən müharibəsinin tarixi yazılıb, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabı dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunub. 1993-cü ildən bəri ilk dəfə olaraq institutda Azərbaycan tarixinin yeni konseptual baxış əsasında akademik bircildliyi hazırlanıb, 15 cildlik Azərbaycan tarixi üzrə gərgin iş davam etdirilir. Azərbaycanın tarixi coğrafiyasına dair 1987-ci ildən bəri ilk dəfə fundamental kitab hazırlanır. Mən 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı yönəlmiş tarix siyasətinin tənqidinə dair müntəzəm olaraq cavabla çıxış etmişəm, bunlar respublika kütləvi informasiya vasitələrində əks olunub. İnstitutun da təşkilatçılığı ilə doqquz ölkənin alimlərinin iştirakı ilə Qafqaz Albaniyasına dair beynəlxalq konfrans keçirilib.


Azərbaycanın müstəqillik tarixinə dair Ağdamda otuzadək alimin iştirakı ilə daha bir beynəlxalq konfrans təşkil edilib. İştirakçıların Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfəri olub. Tarix institutunda yeddi ixtisas üzrə elmi dərəcə verən dissertasiya şurasının səmərəli fəaliyyəti təşkil olunub. Görülmüş işlərin az bir qismi belədir və lazım gəlsə, mən institutun qeyd etdiyim hesabatını çap etdirəcəyəm ki, geniş ictimaiyyət də həqiqi vəziyyətlə tanış ola bilsin. İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA-nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.


Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm”.




Загрузка...
Həmçinin oxuyun:
Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

“Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm...”- Ramiz Mehdiyev

“Maaş artımı ilə bağlı Prezidentə müraciət etmişəm...”- Ramiz Mehdiyev

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

Ramiz Mehdiyev AMEA-nın institutlarını YOXLATDIRMAĞA BAŞLADI

Ramiz Mehdiyev AMEA-nın institutlarını YOXLATDIRMAĞA BAŞLADI

AMEA prezidenti Ramiz Mehdiyevin səhhəti ilə bağlı AÇIQLAMA

AMEA prezidenti Ramiz Mehdiyevin səhhəti ilə bağlı AÇIQLAMA

AMEA -nın mətbuat və informasiya şöbəsi Ramiz Mehdiyevlə bağlı məlumat yaydı

AMEA -nın mətbuat və informasiya şöbəsi Ramiz Mehdiyevlə bağlı məlumat yaydı

Prezident Ramiz Mehdiyevin xanımını və qızını təltif etdi

Prezident Ramiz Mehdiyevin xanımını və qızını təltif etdi

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA -da onlayn tədris prosesinə 200-dən çox professor-müəllim cəlb olunub

AMEA -da onlayn tədris prosesinə 200-dən çox professor-müəllim cəlb olunub

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Sabiq nazirə AMEA -da yeni vəzifə verildi – Foto

Sabiq nazirə AMEA -da yeni vəzifə verildi – Foto

Möhsün Nağısoylu və daha iki institut direktoru vəzifələrindən azad olundu

Möhsün Nağısoylu və daha iki institut direktoru vəzifələrindən azad olundu

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

Akademiyanın pensiya yaşını çoxdan adlamış institut direktorları - Ən yaşlılar

Akademiyanın pensiya yaşını çoxdan adlamış institut direktorları - Ən yaşlılar

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Direktor jurnalistləri təhqir etdi: "Elə beləcə də yaz!"

Direktor jurnalistləri təhqir etdi: "Elə beləcə də yaz!"

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib