AzTehsil.com

Xəbərlər
30 oktyabr 2019
1 531

Akademiyanın pensiya yaşını çoxdan adlamış institut direktorları - Ən yaşlılar

Son günlər  dövlət başçısının Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq bir çox yüksək   vəzifəli şəxslər istefa ərizəsi ilə müraciət ediblər.

Onlara misal olaraq, akademik Akif Əlizadə, Hacıbala Abutalıbov, Əli Həsənov və Hafiz Paşayevi deyə bilərik.

Azərbaycan elminin mərkəzi sayılan Milli Elmlər Akademiyasında isə yaş senzini keçən bir çox şəxslər var.

AzEdu.az-ın Elmlər Akademiyasının institut direktorlarının yaşı barəsində apardığı kiçik araşdırma da bunu təsdiqləyir.

Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev elmimizin yaşlı nümayəndələrindəndir. Alimin hazırda 84 yaşı var.

Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun direktoru akademik Yaqub Mahmudov isə həmkarından bir neçə yaş kiçikdir. Həm də Milli Məclisin deputatı olan tarixçi alimin 81 yaşı var.

Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun 73 yaşı var.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin  gələn il 80 yaşı olacaq.

Kataliz və Qeyri-kimya İnstitutunun direktoru professor Dilqəm Tağıyev həmkarlarından nisbətən "gəncdir”. Professorun 71 yaşı var.

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru və akademiyanın vitse-prezidenti akademik  İsa Həbibbəylinin isə 70 yaşı var.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova gələn il 75 yaşını qeyd edəcək.

Ən yaşlı institut direktorları isə Mikrobiologiya İnstitunun direktoru professor Məmməd Salmanovdur. Onun 88 yaşı var.

Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə 85 yaşındadır.

Загрузка...
Həmçinin oxuyun:
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Ukraynanın institut direktoru Xankəndində mühazirə oxudu - RƏZALƏT...

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

Magistr, doktorant və dissertantlar üçün müsabiqə:  “Ana dilimiz – milli varlığımızdır”

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

AMEA-da struktur və kadr dəyişikliyi edilib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Azerbaycandili.az saytının təqdimatı keçirilib

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

Azərbaycan dilinin qrammatikası yenilənir - Ən az dəyişiklik Fonetikada olacaq

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

Professor Lütfi Ə.Zadənin 96 yaşı qeyd olunub – FOTO

“Səhhətim ilə əlaqədar istefa vermək qərarına gəldim” - Akif Əlizadə