SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”
Milli Məclisin bugünkü iclasında deputat Səməd Seyidov Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsinə qatılıb.
Aztəhsil.com shərg.az-a istinadən xəbər verir ki, o elmi dərəcələrlə bağlı fikirlərini bildirib.
S.Seyidov deyib ki, elmi dərəcə elmi qabiliyyətləri olan insanların potensiallarını göstərməkdir:
"Mən müşahidə etmişəm ki, bəzən ən yüksək səviyyəli, savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir. Professor sözü fransız dilində müəllim deməkdir. Elələri də var ki, elmlər doktoru olmağa layiqdir, amma elmlər namizədi olmaqla kifayətlənir. Bunlar reallıqdır. Düşünürəm ki bu məsələyə baxılmalıdır”.
Deputata cavab olaraq Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, bir zamanlar bəziləri sui-istifadəyə yol verərək professor adını, elmi dərəcələr alırdılar: "İndi bu halların qarşısı alınıb”.