AzTehsil.com


Xəbərlər / Müəllim
08 sentyabr 2021
1 537


Ədalətli Zəfər



Ədalətli Zəfər

 

    Bəzən zaman hər yaranı sağaldır deyirlər. Bizdə isə tam əksi idi, zaman keçdikcə torpaq həsrətimiz daha da dərinləşir, vətən yaramız bir az daha göynəyirdi. Bizlər üçün 30 il öncə Qarabağı itirmək necə ağrılı idisə, bu 30 ildə də ən az o qədər dərin və ağrılı idi yaramız. Buna görə də Azərbaycan dəfələrlə heç vaxt bu haqsızlıqla barışmayacağını, lazım gəlsə, hərb yolu ilə torpaqlarını düşməndən geri alacağını bəyan etmişdi. Nəhayət ki, Azərbaycan öz müqəddəs Qurtuluş savaşına başladı və işğal edilməsi illər çəkən torpaqları düşməndən cəmi  44 günə geri aldı. Azərbaycan Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini  illərlə gözləyərək bütün dünyaya sübut etdi ki , o nə qədər sülhsevər, nə qədər humanistdir. 

  Bu möhtəşəm savaşda Azərbaycan manevr məqsədi ilə olsa da,  bircə addım belə geri atmadı. Azərbaycan əsgəri öz komandirindən yalnız "irəli!” əmrini eşitdi. Azərbaycan bu müharibədə öz humanistliyini, öz ləyaqətini göstərərək mülki əhaliyə heç bir ziyan vurmadı,  günahsız insanlarımıza atılan raketlər, yetim qalan uşaqlarımız, evsiz qalan insanlarımız belə bizi yolumuzdan döndərmədi, biz savaşımızı döyüş meydanında apardıq. Azərbaycan bütün savaş qanunlarına əməl etdi, buna görə də , bütün insanlıq qarşısında ordumuzun üzü ağ, başı dikdir! 

   Hətta illər əvvəl ana qucağında çıxan körpələr, bu gün bir əsgər olaraq mübarizə aparırdılar. Onların qəlbini vətən eşqi, vətən həsrəti o qədər bürümüşdü ki, ermənilərin qurduğu, "keçilməz” sandıqları istehkamlardan  qəhrəmancasına keçib ölümün gözlərinə gülərək irəliləyirdilər. Baxmayaraq  ki, ərazinin relyefi də düşmən üçün daha əlverişli idi, düşmən dağlarda, Azərbaycan əsgəri isə düzəndə idi, qəhrəman əsgərlərimiz bütün gücü ilə mübarizə apararaq öz möhtəşəm savaşlarında son damla qanlarına qədər vuruşdular. Azərbaycan ordusu Qarabağı öz namusu bildi, onlar illərdir bükülmüş boynumuzu dikəltdi, onlar ürəyində vətən həsrəti ilə bu dünyadan köçənlərin ruhunu şad etdi, onlar məzarları erməni tapdağı altında qalan babalarımızın, nənələrimizin inildəyən sümüklərini rahatlatdı.

 Düşmən elə bilirdi ki, onun qarşısında köhnə Azərbaycan var. Güclü iqtisadiyyata malik olan, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi "Dünyaya günəş kimi saçan” Azərbaycan, öz güclü ordusu, zəngin texnikası, müasir silah-sursatı ilə düşməni qorxuya saldı. Düşmənin bütün texnikası darmadağın edildi. Azərbaycan əsgəri düşməni arxasına baxmadan geri çəkilməyə məcbur etdi. Qüdrətimizi, ləyaqətimizi , şərəfimizi düşmənə döyüş meydanında göstərən Azərbaycan ordusu, bizə Qarabağ adlı vüqarımızı qaytardı. Müharibə bizdən 2900 igidimizi aldı, 2900 evə od saldı, amma buna baxmayaraq, vüqarlı övlad yetişdirən şəhid anaları, şəhid ataları qəhrəman oğullarının tabutunu qapıda qarşılayaraq, "Vətən sağ olsun”-dedi. Çünki bizlər vətənə boş yerə  "Ana Vətən” demirik. 

Belə bir deyim var " İnanmaq, zəfərin yarısıdır”! Biz haqlı savaşımıza başladığımız gündən qalib gələcəyimizə bir an belə şübhə etmədik. Kiçikdən böyüyə hər bir azərbaycanlı ölkə başçısının dəmir yumruğunda birləşdi. Alınan bircə kənd belə, bizə ruh yüksəkliyi, böyük motivasiya verdi. Cəbhədən gələn şəhid xəbərlərinə görə bir gözümüz ağladı, zəfər xəbərlərinə görə digər gözümüz güldü. Oğullarının nəşini "Vətən sağ olsun!” cümləsi ilə qarşılayan analar, atalar bizə daha böyük inam bəxş etdilər. Xalq olaraq yalnız və yalnız qələbə ruhunda kökləndik və ən nəhayət, haqq savaşımızda 30 ilin ədalətsizliyinə 44 gündə son qoymağı bacardıq. Birlik olaraq inanaraq  kiçikdən böyüyə "Ya Qarabağ, ya ölüm” söyləyərək qazandıq. 

Bu qələbənin əldə edilməsində  bir çox amillər rol oynadı. Ən əsası isə, dövlətimizin illər ərzində formalaşdırdığı güclü xarici siyasət, müsbət imic, ölkə başçımızın qətiyyəti və illər ərzində istər təhsil müəssisələrində, istərsə də ailələrdə aşılanan vətənpərvərlik hissi  faktorları oldu. Bunun nəticəsi idi ki, Qarabağı görən də, görməyən də, qarabağlı olan da, olmayan da Qarabağ üçün son damla qanına qədər vuruşmağa, Qarabağ uğrunda canından keçməyə bütün qəlbi ilə hazır idi. 
Bu gün məğrur Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Bu gün Azərbaycan xalqı öz əzəli torpaqlarını düşməndən azad edib! Bu gün Koroğlu Üvertürası, Vaqifin poeziyası Şuşada səslənir, bu gün məskəni Qarabağ olan muğamın da sədası dağlarda əks-səda edir, bu gün qartallar da səmada bir başqa qanad çalır, Qarabağ səmasında bu gün sülh göyərçinləri pərvaz edir! Xalqımıza bu xoşbəxtliyi bəxş edən şəhidlərimizin də ruhu şaddır. Yurdumuzda yenidənqurma işləri aparılır, 30 ildə xarabaya döndürülən diyarlar, bir neçə ayın içində cənnətə çevrilir. Tanrı ölkəmizə yar olsun,  Ali Baş Komandanımızı, Qarabağın Fatehi İlham Əliyevi daima bu xalqın başında eləsin ! Qarabağ Azərbaycandır!

Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru, qabaqcıl təhsil işçisi Şəbnəm Uğurlu.



Загрузка...
Həmçinin oxuyun:
2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.

Bu gün Azərbaycan ordusu regionun ən güclüsü,dünyanın ən müasir ordularından biridir.

Bu gün Azərbaycan ordusu regionun ən güclüsü,dünyanın ən müasir ordularından biridir.

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Vətən müharibəsi hər bir Azərbaycanlıya həyəcan dolu,qürurverici təəssüratlar,xoşbəxt anlar bəxş etdi.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Heç vaxt cavabını tapa bilmədiyim suallar var.

Heç vaxt cavabını tapa bilmədiyim suallar var.

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"