Xəbərlər / Direktor
17 mart 2021
1 131


Heç vaxt cavabını tapa bilmədiyim suallar var.

Heç vaxt cavabını tapa bilmədiyim suallar var.

 

"Mən ümumiləşmiş bir obrazam. Adım Azərbaycan əsgəri. Ölkəmizdə nə qədər təhlükəli bölgə, səngər, hərbi hissə varsa mən də varam. Suda, quruda, havada-bir sözlə, hər yerdəyəm. Gecə, gündüz, qar, yağış demədən bizə xas olan hər qum dənəsini belə qorumağa hazıram. Deyirlər, heybəsində general paqonu gəzdirməyən əsgər əsgər deyil.
 
Mənim heybəmdə general paqonu yoxdur. Ancaq qəlbimdən silinməyən ağrım, gözlərimin önündən getməyən səhnələr, beynimdə təkrar-təkrar canlanan kadrlar və heç vaxt cavabını tapa bilmədiyim suallar var. Illərdir şüurumu didik-didik edən bu cavabsız suallar qar topu kimi boğazımda düyünlənib məni sanki boğur, nəfəs almaqda çətinlik çəkirəm...Mən günahsız qanların intiqamını almaq istəyirəm !”

Bu bir əsgərin monoloqudur. Yumruqları qəzəblə düyünlənən, gözlərindən düşmənə sonsuz nifrət püskürən mübariz bir əsgərin...Nəhayət, onun dəmir yumruğu rəzil düşmənin şər yuvasını darmadağın, özünü isə parça-parça edi. Bugün bu əsgər düşməndən intiqamını laqiyincə alan, onu məhv edən müzəffər bir ordunun qalib qəhrəmanıdır. Bizim qürur və iftixar mənbəyimizdir !

 Bugün ordumuz haqqında danışacağıq. Ağızdolusu, qürurla, başımızı dik tutaraq silahlı qüvvələrimizdən bəhs edəcəyik. Bizə qələbəni yaşadan, üzünə həsrət qaldığımız torpaqlarımıza qovuşduran, bayrağımızı göylərdə dalğalandıran, "qanınız yerdəmi qaldı?!” deyə inləyən şəhid ruhlarını sevindirən müzəffər ordumuzu gücümüz çatdığı, sözümüz yetdiyi qədər tərif edəcəyik. Dilimizdə olan ən təmtəraqlı ifadələrdən, ən munis kəlmələrdən bəhrələnməklə heyranlığımızı, fəxarətimizi ifadə edəcəyik. Vətənə, torpağa sevgisi hər şeydən üstün olan qəhrəmanlarımıza ölçüyə gəlməz məhəbbətimizi izhar  edəcəyik. 
Bugün vətənimiz, torpağımız, azadlığımız bu oğullara əmanətdir. Onlar isə haqq, ədalət uğrunda mübarizə aparan bütün insanları pənahında saxlayan uca yaradana və bir birinə əmanət edirlər.

Bugün Azərbaycan ordusu ən müasir silahar və texnika ilə təchiz edilmiş, Vətənini tanrısı qədər sevən qəhrəmanların sarsılmaz birliyidir. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin sözləri ilə ifadə etsək, bizim gücümüz və qürurumuzdur. Hər bir əsgərimiz sanki unudulmayaca qəhrəmanlıq dastanından gələn bir cəngavərdir. Tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsinin iştirakçıları əfsanələşib elə bil...İstər fiziki, istərsə də mənəvi gücü həsəd doğuran bu igid oğullarımız düşmən erməni mətbuatında belə təsvir edilirdi: "Onlar sanki başqa dünyadan gəliblər, insan deyillər. Qolunu, qıçını itirirlər, alqana boyanırlar, ancaq silahını yerə qoymayıb üstümüzə gəlirlər. Silahları olmadıqda yalın əlləri ilə bizi məhv edirlər. Bu nədir belə, heyrətlər içindəyik?!”

Qorxunun gözləri böyük olarmış, həqiqətən. İllər ərzində yorulmaq, usanmaq bilmədən hazırlıq keçən, qəlbinin kinini, nifrətini biləklərinə, yumruqlarına ötürən əsgərimizin getdikcə cılızlaşan, mənəvi heçliyə çevrilən ermənilərin gözündə dağ qədər heybətli görünəcəyi gözlənilən idi. Ali Baş Komandan İlham Əliyevin çıxışlarında dönə-dönə vurğuladığı sözlərə diqqət yetirək: "Mən illərdir ki, dönə-dönə bütün dünyaya, təcavüzkar Ermənistan rəhbərliyinə bəyan edirəm. Azərbaycan xalqının gücünü siz hələ bilmirsiniz. Biz sülhsevər xalqıq, ancaq Vətənimiz uğrunda mübarizədə heç nədən qorxmaz, çəkinmərik. Biz gücsüz olduğumuz üçün deyil, müharibə tərəfdarı olmadığımız üçün dözür və gözləyirik. Bir gün səbrimiz tükənsə, qarşımızda heç kəs dayana bilməz!”

Cənab Ali Baş Komandan müharibənin getdiyi, parlaq qələbələrin qazanıldığı günlərdə illərdir ki, bu gün üçün çox ciddi, ardıcıl tədbirlərin vurğulayır, mənfur düşmən üzərində birmənalı zəfərə əminliyini ifadə edərək şəhidlərimiz üçün yasa boğulan xalqımıza mənəvi güc verirdi. Elə bu güc də xalqımızı, ordumuzu XXI əsrin ən unudulmaz qəhrəmanlıq salnaməsinin müəllifi etdi.

Bəli, cənab prezidentin vurğuladığı kimi, bugüb bütün dünyanın heyranlıqla süzdüyü xüsusi təyinatlarımızın, "yarasa”larımızın, tankçılarımızın, topçularımızın, pilotlarımızın sistemli təlimlərin yetirmələridir. İllərdir ki, məhz hərbi sahədə dünyanın ən güclü ölkələrindən birincisi olan Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə keçirilən bu təlimlər qəhrəmanlarımıza yenilməzlik qazandırıb.
Cənab Ali Baş Komandanın xüsusi önəm verdiyi, 2014-cü ildən başlayaraq müntəzəm keçirilən hərbi təlimlər iki ordunun qarşılıqlı əməkdaşlığı və uyumu baxımından çox yüksək qiymətləndirilir.

Təlimlər bir il Türkiyədə, bir il isə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir, Yevlax kimi bölgələrimizdə aparılır. Hərbi sahədəki əməkdaşlıq dili bir, dini bir, kökü bir iki xalqı bir amal uğrunda mübarizəyə yönəltdi: şəhidlərimizin qanını yerdə qoymamaq, düşmən tapdağı altında inləyən torpaqlarımızı mənfur işğalçılardan azad etmək.

Türkiyə rəsmiləri öz çıxışlarında hərbi sahədəki dəstəkləri ilə Azərbaycanın yanında olduqlarını, Qafqazda sülh və sabitliyin, əladətin bərpa olunmasında bizə dəstək olacaqlarını bir daha bəyan edirdilər. Azərbaycanın bütün dünyanı heyrətə gətirən, bir ordu ilə təkbaşına girərək əfsanələşən Milli Qəhrəmanlarımızı-Mübarizi vəsf etməkdən, tərif etməkdən yorulmayan, çəkinməyən, tərif etməkdən yorulmayan, çəkinməyən türk hərbiçiləri bayrağımızı canından əziz bilən cəsur Ramil Səfərov, Böyük Vətən müharibəsi qəhrəmanı Valeh Bədəlov, Şixamir Qaflanov kimi yüzlərlə qəhrəmanımızın yetişməsinə vəsilə oldu. Cənab Ali Baş Komandan çıxışlarında bu əməkdaşlıq və birliyin dahada güclənəcəyini israrla vurğulayır.

Qafqazda güclərin dəyişdiyinin bariz sübutu olan 44 günlük müharibə və onun nəticəsi olan parlaq zəfərimizin keşiyində bütün gücü ilə duracağını bəyan edir cənab Prezidentimiz. "Ordumuz, xalqımız və iqtisadiyyatımız ildən ilə güclənəcək. Buna əmin ola bilərsiniz”,-deyir liderimiz...

        XXI əsrin 2 onilliyi geridə qaldı. Soyuq mühakimə və texnologiyalar əsri kimi səciyyələndiririk bu dövrü. Hər kəs mənfəətinin, çıxarışının, gələcəyinin hayındadır. Sanki insanlar bir-birindən getdikcə uzaqlaşırmış kimi görünür. Doğmalar belə yadlaşır elə bil. Belə bir dövrdə Azərbaycan bütün dünyaya "xalq, vətən,torpaq” deyə hayqıran, canını milləti üçün fəda edən gözünü qırpmadan ölümə gedən igidlərdən ibarət bir oru nümayiş etdirdi. Cəngavərlərin, sərkərdələrin,  səngər generallarının yenə var olduğunu uca səsləbəyan etdi. Bəli, belə qəhrəmanları olan xalq heç vaxt yenilməz!

Zaqatala rayon Aşağı Tala kənd 1 nomrəli tam orta məktəbin direktoru İsmayılova Mehnurə Əjdər qızı






Загрузка...
Həmçinin oxuyun:
Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Polad kimi Mübariz qəhrəmanlarımız.

Polad kimi Mübariz qəhrəmanlarımız.

Məktəbdə direktoru: “Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum”

Məktəbdə direktoru: “Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum”

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Haqq nazilər, amma üzülməz.

Haqq nazilər, amma üzülməz.

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ

Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar