Xəbərlər, Qəhramanlarımız
26 dekabr 2020

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

 

İkinci Qarabağ Müharibəsində iştirak edən hərbçilər haqqında nə qədər danışılsa da, bu qəhrəmanlıq dastanı bitməz. Hər biri ayrı dastan, hər biri ayrı qəhrəmandır. Onların cəsarəti, şücaəti 10 milyonluq xalqın 30 ilə yaxın torpaq həsrətinə son verdi.

Bu dəfə sizə danışacağım igid isə məşhur "Canavar” postunu ələ keçirən qəhrəmanlardan biri, 18 erməni hərbçisini məhv edən qazi Nəbi Şükürovdur.

Vətən müharibəsində silahdaşlarının sıralarında ola bilmədiyi üçün təəssüflənən qazimiz əsgərləri 44 gün müddətində tək qoymamaq, onlara mənəvi dəstək olmaq üçün ön cəbhəyə yollanıb.
Oxu.Az-ın əməkdaşı Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qazisi, zabit Nəbi Şükürov ilə həmsöhbət olub.

N.Şükürov 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2006-cı ildə liseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra, 2010-2011-ci illər ərzində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində bir il ərzində ixtisasını təkmilləşdirib.

2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılıb və yüksək nailiyyətlərlə bitirib. Bir çox döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

-Müharibənin ilk günlərindən ön cəbhədəsiniz. Bizə oradakı vəziyyəti təsvir etməyinizi istərdim.
 

 

 - Müharibə başlayanda səhhətimlə əlaqədar problem olduğundan döyüşçü kimi müharibədə iştirak edə bilmədim. Amma iştirak edə bilməsəm də tez-tez döyüşçü yoldaşlarımızın yanına gedirdim, onlara dəstək olurdum, ön cəbhəyə təşkil edilən kampaniyalara qoşulurdum.


Azərbaycan ordusunda xidmət edən hərbçilərin hər biri yüksək döyüş ruhunda idilər. Təsəvvür edin müharibə hələ yeni başlamışdı, amma bizim ordumuz artıq kəndləri bir-bir azad edirdi. Hər kənd, rayon, qəsəbə, yüksəklik alındıqca, düşmənləri məhv edirdik. Torpaqlarımızın azad olunmasının sevinci bir tərəfdən, şəhidlərimizin qisasını alıb onları məhv etməyimiz də digər tərəfdən döyüş ruhumuzu daha da möhkəmləndirirdi.


- 44 gün ərzində alınan hər bir kənd və şəhər üçün sosial şəbəkələrdə əsgərlərə dəstək kampaniyaları aparılırdı. Xüsusi Təyinatlı Qüvvələrin qazisi kimi döyüşlərdə iştirak edə bilməsəniz də silahdaşlarınıza yaxın olmusuz.

 

 

- Bəli, xalqımız hər zaman olduğu kimi bu dəfə də birlik, bərabərlik nümayiş etdirdi. Onların bu dəstəyi ordumuz üçün çox önəmli idi. Azərbaycan ordusu lazim olan hər şey ilə təmin olunub. Lakin, vətəndaşlarımız yenə də əllərindən gələni əsirgəmir, əsgərlərimizə dəstək üçün müxtəlif kampaniyalar, əsgər sovqatı hazırlayırdılar. Bacardığım qədər onların yanında oldum, bu kampaniyalarda iştirak etdim. Onların yanında olub, mənəvi dəstək olmaq mənim üçün iştirak etdiyim döyüşlərdə verilən döyüş tapşırıqlarını yerinə yetirmək qədər önəmli idi.


- Döyüş tapşırıqlarını layiqincə yerinə yetirən zabit olmusuz. Son döyüşünüz "Murov” zirvəsi istiqamətində keçirilən əməliyyatlar olub, deyilmi?


- 2011-ci ildən 2015-ci ilə qədər hərbi xidmətimi davam etdirmişəm. Xidməti illərində mənə verilən bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişəm. Bizim komandanın döyüş texnikası güclü olub. İştirak etdiyim bütün döyüşlər də bizim qalibiyyətimizlə yekunlaşıb.


"Düşmənin yüksək rütbəli 18 hərbçisini elə məhv etdik ki, əsər-əlamət qalmadı”


-Məşhur "Canavar” postunu ələ keçirib 18 erməni hərbçisini məhv etmisiz. Düşmənlə əlbəyaxa mübarizə olmuşdumu?

 

 

-2015-ci ilin sentyabrında bizim qrupa döyüş tapşırığı verildi. İstiqamət Murovdağ zirvəsi təyin olundu. Həmin istiqamətdə "Canavar” adlandırlan postlar var idi. İki istiqamətdə sağ "canavar” və sol "canavar”. Bizə verilən döyüş tapşırıqlarına əsasən, qrupumuzla həmin "Canavar” postlarının arxa hissəsinə keçdik. Orada düşmənin hərbçiləri mövqe tutmuşdu.


"KamAz” markalı döyüş maşının içərisində 18 nəfər rütbəli hərbçilər də olmaqla əsgərlər vardı. Rütbəli 18 şəxsin olduğu həmin avtomobili partladaraq, düşməni məhv etdik. Maşından demək olar ki, əsər-əlamət qalmadı.


- Əməliyyatlar zamanı minalanmış əraziyə düşmüsünüzmü?


Bu tapşırığa gedən zaman qarşımıza bir cox təhlükəli minalanmış yollar çıxdı. Elə şəkildə qurulmuşdu ki, bunu hərbçilər daha yaxşı bilər. Qrup üzvlərimizdən birinin ani bir səhvi olsa, heç birimiz o ərazidən sağ çıxa bilməzdik.

 

 

Amma biz xüsusi təlimlər keçən zaman bu kimi vəziyyətlərdə düzgün və yerində görülməsi lazım olan tədbirləri yerinə yetirdik. Peşəkar istehkamçı yoldaşlarımız cəsarət göstərərək həmin minaları zərəsizləşdirdilər. Sağ-salamat həmin ərazidən çıxaraq verilən döyüş tapşırığını yerinə yetirdik.


- Üzərinizdə olan hərbi sursatların cəmi ağırlığı nə qədər olardı? Əlverişsiz hava şəraitində ağırlıqla hərəkət çətin olsa gərək...


- Döyüş tapşırıqlarına gedən zaman təbii ki, zəruri hərbi sursatlar mütləq götürülür. Üzərimizdə olan təchizatın ağırlığı isə döyüş tapşırığının növünə görə dəyişirdi. Təxmini desəm üzərimizdəki geyim, hərbi sursatların ümumi çəkisi ən azi 30 kq olurdu.


- Ermənilər tez-tez təxribat törədirdi, onların təxribatlarının qarşısını başqa hansı formada alırdınız?

 

 

- Ermənilərin təxribatlarının cavabını yalnız onların başa düşdüyü dildə verirdik. Yalnız bir formada – onlara maksimum itki yaşadaraq, öz yerlərinə geri otuzdurmaqla. Onlar Azərbaycan ordusundan hər təxribatda onları peşman edəcək cavab alırdılar və geri çəkilirdilər.


"Başımdan aldığım güllə yarası ilə bir həftə komada qaldım”


- Hansı istiqamətdə gedən döyüşlərdə yaralandınızmı? Hadisə necə baş verdi?


- 2015-ci il dekabrın 17-i döyüş tapşırığı aldım. Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində müvafiq tapşırıqların uğurla yerinə yetirilməsi mənə tapşırıldı. Sözügedən ərazidə döyüş tapşırığını yerinə yetirərək düşmənin 10-a yaxın hərbi qulluqçusunu məhv etdim.

 

 

Döyüş tapşırığını uğurla yerinə yetirib geriyə, öz bölmələrimizin yanına dönməli idim. Elə bu zaman düşmənin digər bölmələri ilə qarşılaşdıq. Yenidən döyüş başladı. Düşmənə layiqli cavab verildi. Bizim döyüşdə üç nəfər yaralımız oldu, onları döyüş meydanından çıxararaq təhlükəsiz əraziyə yerləşdirdik.


Digər döyüş yoldaşlarım, daha dəqiq desəm dörd nəfər düşmən tərəfində qalmışdı. Mən özümlə daha üç nəfər silah yoldaşımı götürərək mərmi yağışının içindən onlara dəstəyə getdim. Bizim qanımızda, canımızda heç kimi yarı yolda qoymaq yoxdur.


Şükürlər olsun ki, onları həmin ərazidən götürüb qayıtdıq. Hər biri sağ və salamatdır. Geri qayıdan zaman təəssüf ki, mən baş nahiyyəmdən yaralandım. Bir onu xatırlayıram ki, huşumu itirib yerə yıxıldım. Bu dəfə isə onlar məni tək qoymadı, döyüş yoldaşılarım məni öz səngərimizə qədər gətirdilər. Sonra isə hərbi hospitala göndərildim. Bir həftə komada qalmışam. Həkimlərimizin sayəsində vəziyyətim yaxşılaşdı.


- 44 günlük Vətən müharibəsi qələbə ilə bitdi. Şəhidlərimiz, qazilərimizin, sizin kimi vətənpərvər oğulların sayəsində. Təşəkkür edirik!


- Mən bütün xalqımızı təbrik edirəm. Bəzən müharibə vaxtı deyirdilər ki, kiçik bir kənddi, kiçik ərazidir azad olundu. Amma hər kəs bilməlidir ki, o kiçik adlandırdıqları vətən torpağının hər qarışı üçün əsgərlərimizin qanı axıdılıb, canı gedib. O torpaqlar qiymətsizdir.

 

 

Həmin yerinə yetirdiyimiz döyüş əməliyyatlarının ardını uğurlu, qalibiyyətə aparan döyüş tapşırıqlarını yerinə yetirən döyüşçü yoldaşlarımız gətirdi. Qarabağın azadlığı uğrunda aparılan bütün mübarizələr öz nəticəsini verdi. Güclü ordumuz xalqımıza qələbə sevincinin dadını yaşatdı.


- Heç son sözünü, vəsiyyətini sizə deyən hərbçi yoldaşınız oldumu?


- Döyüş tapşırıqlarını yerinə yetirən zaman biz hər şeyə hazır idik. Bilirdik ki bu yolda geri dönməməliyik, amma şəhidlik kimi uca zirvədə var. Odur ki, sözün düzünü deyim. Mənə vəsiyətini deyən olmamışdı, amma mən vəsiyyət etmişdim (gülür).


Son yaralandığım tapşırığı yerinə yetirmək üçün hazırlaşırdıq. Əməliyyata başlamazdan öncə öz silah yoldaşlarımı başıma topladım. Sual verdim: 


"Aramızda şəhid olarsa, bir yox bir neçə nəfəri çıxarmağa hazırsızmı?”


Onlar da cavab verdilər ki, komandir biz heçvaxt şəhidimizi, yaralımızı düşmən arxasında qoymarıq. Heç qoymadıq da. Azərbaycan ordusunun, Azərbaycan əsgərinin gücü budur. Xüsusi Təyinatı Qüvvələrdə xidmət etmək budur.


Xatırladaq ki, 31 yaşlı qazimiz Nəbi Şükürov Azərbaycan ordusunun 90 illik yubileyi, Azərbaycan ordusunun 95 illik yubileyi medalı ilə, eləcə də "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.






Загрузка...
loading...

Həmçinin oxuyun:
Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Prezidentdən hərbi qulluqçuların “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi barədə SƏRƏNCAM

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

Şəhid anası: “Azad olunmuş torpaqlarda gəzənlər bilsinlər ki, Rüfətimin qanı oradadır” - VİDEOREPORTAJ

Şəhid anası: “Azad olunmuş torpaqlarda gəzənlər bilsinlər ki, Rüfətimin qanı oradadır” - VİDEOREPORTAJ

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

İgid qazimiz keçdiyi döyüş yolundan danışdı - VİDEO

İgid qazimiz keçdiyi döyüş yolundan danışdı - VİDEO

Üç illik sevgisi yarıda qalan şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ - VİDEOREPORTAJ

Üç illik sevgisi yarıda qalan şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ - VİDEOREPORTAJ

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"