AzTehsil.com


Xəbərlər
08 yanvar 2021
1 566


2020-ci il Zəfər ili kimi tarixdə qalacaq



2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

 

İllər öncə yaddaşıma oturuşan  müdrik bir deyimlə yazıma qanad verməyim heç də təsadüfi deyildir. Kimə məxsusluğunu dəqiq xatırlamasam da, mütləq bir həqiqəti özündə ehtiva etdiyinə zərrə qədər şübhə yeri saxlamır: "Müharibəni sülh, iradə və ruh yüksəkliyi hesabına udmaq olar”. O ruh, o iradə ki, sonunda sülh gətirərək  Zəfər sevincini, xoşbəxtliyini bizə yaşatdı. Müzəffər  Ali  Baş  Komandanın biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi mesajı tarixi ədalətin təntənəsinin dünyaya diqtəsi idi.

XXI əsr insanının dünyanın gözəgörünməz düşməni ilə qarşı-qarşıya dayandığı arzuolunmaz bir dönəmdə  COVID-19 mübarizəsindən bizlər də kənarda dayanmadıq.

Az qala üç on ili haqlayan yurd nisgilimiz, torpaq həsrətimiz daha təhlükəli düşmən - erməni işğalçıları ilə mübarizəmizi  daha önə çıxartdı.

Müqəddəs amal uğrunda  Azərbaycan xalqının səfərbər və həmrəyliyi qarşısında işğalçı  Ermənistanın ara verməyən təxribatları cavabsız qalmadı. Tarixi  ədalətin zəfər çalmasını  haqq  edərək Vətən müharibəsinə qalxan məğrur xalqımız  44 günlük  savaşın  sonunda  böyük  qələbənin  işığına yığışdı. Rəşadətli Ordumuzun  "dəmir  yumruq”  zərbəsi  ilə  diz çökən düşmən məğlubiyyət acısını dadaraq  tarixin qaranlıq  küncünə  sürükləndi. Ali  Baş  Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusunun əks-hücum  əməliyyatı  Zəfər  marşına  çevrilərək  tarixin qızıl səhifəsini  bəzədi. Əzəli torpaqlarımız yağılardan təmizlənərək ərazi bütövlüyümüz tam bərpa olundu. Əzmini, iradəsini döyüş meydanına daşıyan xalqın hər bir vətəndaşı müsəlləh Əsgər olaraq Vətənin qürur günündə pay sahibinə çevrildi.

Tarixi Zəfər çalmaqla Qalib xalq kimi dünya hərb tarixində parlaq səhifə açan Azərbaycan zəngin dövlətçilik və hərb tarixini özünün ilham mənbəyinə çevrilməklə qəhrəmanlıq dastanını yazdı.

Qürur və fəxarət hisslərini yaşadığımız qələbə müjdəsi Vətən müharibəsinin son akkordlarına çevrildi. Özünü  qalib kimi dünyaya təqdim  etməyi haqq edən Azərbaycan Zəfərini bayram paradı ilə qarşıladı.

Tarixin çətin və mürəkkəb dönəmlərində bir çox paradların keçirildiyi  məkan kimi yaddaşımıza şahidlik edən Azadlıq meydanı bu dəfə tam fərqli görkəm almışdı... Qalib dövlətin Ali Baş  Komandanı Zəfər paradının sevincini və qürurunu Müzəffər xalqı ilə bölüşürdü: "Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda  qaldırılan Azərbaycan  bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi  bizik, Azərbaycan xalqıdır. Biz bu gündən sonra ancaq  və ancaq irəli gedəcəyik”.

Şanlı qələbəmiz ili kimi tarixdə qalacaq 2020-ci ilə yekun vuran cənab Prezident İlham Əliyev yeni hədəflər müəyyənləşdirdi. Gələcəkdə bizi böyük işlərin gözlədiyini  vurğulamaqla ölkəmiz üçün yenı dövr-quruculuq, inkişaf dövrü başladığını bəyan etdi: "Bu dövr şərəfli dövr olacaqdır. Qarabağ bölgəsində cənnət yaradacağıq”.

Şanlı Zəfər! Şərəfli missiya...

Müzəffər xalq qalibiyyət tarixinin şərəfli dövrü astanasında...

Sinifi döyüş səngərinə dəyişən Vətənpərvər Azərbaycan müəllimi...

Rəşadətli Ordunun Qalib Əsgəri...

Qəhrəman, Şəhid müəllim!

Quruculuq dövrünün qürurlu insanı!

Qarabağ torpağında QARABAĞLI uşaqlara Şanlı Zəfər tarixini öyrədəcək MÜƏLLİM!

Vətən sevgisi ilə dil açan gələcəyin qurucuları Ali  Baş  Komandanın Qələbənin simvoluna çevrilən şüarını bir ağızdan deyəcəklər:

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Sarvan İBRAHİMOV



Загрузка...
Həmçinin oxuyun:
Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Zəfər paradına həsr olunmuş VİDEOÇARX

Zəfər paradına həsr olunmuş VİDEOÇARX

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Paradı canlı izləmək mümkün olacaq? - AÇIQLAMA

Paradı canlı izləmək mümkün olacaq? - AÇIQLAMA

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.

Qələbə qazanan Azərbaycanlıların həmrəyliyini və birliyini dünyaya nümayiş etdirmək məqsədi ilə beynəlxalq marafon-auksionu keçirilib.