Xəbərlər / Müəllim
07 iyun 2021
1 014


“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

İyunun 7-də Hərbi Qənimətlər Parkında "Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, tanınmış mədəniyyət və incəsənət xadimləri, müsabiqənin qalibləri və digər rəsmilər iştirak edib.

Öncə qonaqlar Parkda yerləşdirilən rəsm sərgisi ilə tanış olublar. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, istedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan xalqının çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşadığını, bütün dünya azərbaycanlılarının təsvirəgəlməz qürur və sevinc hisləri keçirdiyini qeyd edərək Azərbaycan xalqının Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli cağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Firudin Qurbanov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Firudin Qurbanov əlavə edib ki, Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. 


Firudin Qurbanov qeyd edib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.

Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Səlhab Məmmədov 44 günlük Vətən Müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətdən bəhs edib, qalibləri təbrik ediblər. 

Sonda müsabiqə-sərgidə I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqə-sərgiyə ümumilikdə 1127 rəsm işi daxil olub. İşlər əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, əməkdar incəsənət xadimi Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Bəşirova İnna Viktorovna tərəfindən qiymətləndirilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Biləsuvarda gənc müəllimlərlə görüşüb

Nazir müavini Biləsuvarda gənc müəllimlərlə görüşüb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Məktəb öz məzun igidləri ilə qürur duyur

Məktəb öz məzun igidləri ilə qürur duyur

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Zərdabda vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Zərdabda vətəndaşları qəbul edib

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Ukraynada şəhid Xudayar Yusifzadənin abidəsi ucaldılacaq

Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini: “Dərsliklərdə dəyişikliklərə başlanılıb”

Nazir müavini: “Dərsliklərdə dəyişikliklərə başlanılıb”

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Gənc rəssamlar təltif edilib

Gənc rəssamlar təltif edilib

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb