AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
13 yanvar 2021
1 368


Nazir müavini: “Dərsliklərdə dəyişikliklərə başlanılıb”



Nazir müavini: “Dərsliklərdə dəyişikliklərə başlanılıb”

 

"Təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalı və icrasına başlanılmalı və vətənpərvərlik tərbiyəsi təhsildə əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir”.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir: "Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb”.

F.Qurbanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillər təhlil olunmalı, bütün təhsil müəssisələrində "Qarabağ dərsləri”, "Qarabağ şahinləri”, "Milli qəhrəmanlar”, "Qarabağ müharibəsi qəhrəmanları”, "Şuşa əməliyyatı” adlı ustad dərsləri təşkil olunmalı, müharibə şəhidləri və qaziləri təhsilalanlara dərindən tanıdılmalıdır.

"Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət – vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır. – Vətən müharibəsində qazanılan uğurlara dair elmi, elmi-kütləvi, bədii, publisistik əsərlər yaranacaqdır. Hesab edirik ki, "Qarabağ Azərbaycandır!” seriyasından bu tipli əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik soraq kitabları hazırlanmalı, sənədli filmlər çəkilməli, həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanıdılmalıdır”- nazir müavini əlavə edib.



Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Ailədə vətənpərvərlik tərbiyəsi...

Ailədə vətənpərvərlik tərbiyəsi...

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...

Məktəb direktorları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn görüş keçirilib

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa"

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

“Sənədli və xronikal filmlər qəhrəmanlarımızın təbliği baxımından önəmlidir”

“Sənədli və xronikal filmlər qəhrəmanlarımızın təbliği baxımından önəmlidir”

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını

BMU tələbələri Vətən müharibəsi qazisi Kənan Kərimli ilə görüşüb

BMU tələbələri Vətən müharibəsi qazisi Kənan Kərimli ilə görüşüb

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib