Xəbərlər / Direktor
26 noyabr 2020
1 340


Məktəb direktorları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn görüş keçirilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı tədris ocaqlarında həyata keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsinə dair onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

İştirakçıları salamlayan BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva ərazilərimizin işğaldan azad edilməsində xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə məlumat verib. İ.Abdullayeva Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji hazırlığı barədə fikirlərini bildirib.

Müdir müavini ümumi təhsil müəssisələrində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə apardığı daxili və xarici siyasəti, məktəblilərdə vətəndaşlıq mövqeyinin formalaşması barədə məktəb rəhbərlərinə müvafiq tövsiyə və təkliflər verib.

BŞTİ-nin sektor müdirləri Fuad Babayev və Bəşarət Məmmədov, ümumi təhsil sektorunun baş məsləhətçisi Afiq Əzizov müəyyən edilmiş tədbirlərin istiqamətləri barədə məlumat verib və bu məsələlərə yanaşmada təşəbbüskarlığın vacibliyini diqqətə çatdırıblar.

Görüşdə Ali Baş Komandanın Vətən müharibəsi dövründə kütləvi informasiya vasitələrinə müsahibələrinin və müsahibələrdən irəli gələn müvafiq məsələlərin şagirdlərlə müzakirəsinin təşkili və digər təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım keçiriləcək

I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım keçiriləcək

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavini təyin olundu

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsildə şəffaflığın artırılmasına dair növbəti seminar keçirildi

Təhsildə şəffaflığın artırılmasına dair növbəti seminar keçirildi

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Məktəb direktorları üçün seminarlara başlanıb

Məktəb direktorları üçün seminarlara başlanıb

Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçiləri ilə görüş

Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçiləri ilə görüş

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib