44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsini göstərdi. 27 sentyabr tarixindən başlayan Vətən müharibəsində Azərbaycan əsgəri işğal altında olan Azərbaycanın əzəli və əbədi torpaqlarının azad olunması istiqamətində fədakarlıq nümayiş etdirərək, canını və qanını Vətən uğrunda fəda etdilər.
Əlbəttə, Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməz mifini darmadağın etdi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerkəcləşdirdi. Danılmaz faktdır ki, qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına şəhidlərimizin qanı-canı bahasına bütün dünya azərbaycanlıları Şanlı qələbənin şahidi oldu. Düşmənin kapitulyasiyası Azərbaycan əsgərinin qəhrəmanlıqlığı hesabına reallaşdı. Azərbaycan xalqının birlik, həmrəylik nümayiş etdirməsi, dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq prezidentin ətrafında sıx birləşərək həmrəylik göstərməsi, Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. Hamını birləşdirən Vətən Müharibəsi dövlətin tükənməz gücünün mənbəyidir. Ordumuz əks həmlə əməliyyatı ilə düşmənin komanda idarəetmə məntəqələrini, silah sursat anbarını, texnika və canlı qüvvəsini məhv etdi. Azərbaycan ordusu döyüş meydanında qələbə əldə etdi. Azərbaycan əsgəri yüksək mənəvi psixoloji hazırlığı ilə dünyaya yeni modernləşmiş ordu olduğunu sübut etdi. Bütün düzgün aparılmış, zərgər dəqiqliyi hesablanmış, düzgün kombinasiya, kəşfiyyat, artilerriya, pilotsuz uçuş aparatları, xüsusi təyinatlar, ordu korpusları fəaliyyəti Azərbaycan ordusunun Ermənistan üzərində misilsiz qələbəsinə gətirib çıxartdı. Bugün bütün Azərbaycan xalqı Azərbaycan əsgərinin şücaəti ilə qürur duyur. Beləliklə,döyüşdə uduzan, məğlub olan Ermənistan öz müqamətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyri şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı.
Qələbənin əldə olunmasını təmin edən amillərdən biri də strateji planlaşma olduğunu vurğulayan Cənab prezident bildirirdi ki, planlaşma düzgün olmasaydı, qələbəni əldə etmək çətin olardı. Azərbayan əsgərlərinin qəhrəmanlığı həmdə onu təsdiq etdi ki, onun güclü silahı vətən sevgisidir.
Əsgərlərimizin göstərdiyi çoxsaylı qəhrəmanlıqların əsası məhz Şuşanın işğaldan azad olunması ilə yekunlaşdı. Qarabağımızın tam, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, digər ağır silahlarla girmək mümkün olmadı. Onun alınmağının iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanıq buna getmədi. Çünki şəhərin bombaduman edilməsi böyük dağıntılara, tarixi, mədəni abidələrimizin məhvinə səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş variantı seçildi. Qəhrəman əsgər və zabitlərin yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşanın azad edilməsi Ermənistanın hərbi, siyasi komandalığının kopultasiyaya məhkum etməklə bərabər, işğal altında olan Laçın, Ağdam və Kəlbəcər rayonlarından da öz işğalçı qoşunlarını döyüşsüz çıxarmağa məcbur oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi barədə verdiyi müjdə əslində Vətən müharibəsində qazanılmış böyük qələbənin təntənəsi idi. Böyük qələbəni dövlət başçısının dediyi kimi bizlərə Azərbaycan əsgəri bəxş etdi. Bugün əminliklə deyə bilərik ki, Şuşa zəfəri Azərbaycan əsgərlərinin ən böyük qəhrəmanlıq nümunəsidir. Bu zəfərə gedən yolda minlərlə Azərbaycan əsgərinin qəhrəmanlıq səlnaməsi dillərə dastan oldu. Qəlbində vətənpərvərlik ruhuna hakim olan əsgərin, döyüşçünün qarşısında öncə vətən gəldiyindən, vətənlə yaşadığını, vətənlə nəfəs aldığınının bir daha əyani təcəssümüdür. Qalib Azərbaycanın vətənpərvər övladlarının göstərdiyi qəhrəmanlıq nümunəsi ilə bütün dünyaya göstərdi ki ədalətin bərpa olunmasında hər cür fədakarlığa hazırdır.
Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Məmmədova Natəvan Arif qızı