AzTehsil.com


Xəbərlər / Müəllim
15 iyul 2021
1 684


Uşaqların məktəbə hazırlıq dövrü



Uşaqların məktəbə hazırlıq dövrü

 

Məktəbəqədər yaş dövründən məktəbə keçid dövrünə yenicə qədəmlərini qoyacaq olan uşaqlarda yaranacaq psixoloji problemlərin aradan qaldırılması üçün ilk addımlar, birinci  növbədə valideynlərin üzərinə düşür. Uşaqlarda məktəb, dərs kimi anlayışlara qarşı neqativ fikrin yaranmasının qarşısını almaq və onlarda həyatlarında yeni mərhələ olan məktəbə qarşı sevgi, dərsə həvəsin necə yaradılması mərhələsi çox önəmlidir.

Uşaqları məktəbə, yeni fəaliyyət növünə necə hazırlamaq lazımdır?

Uşaqların məktəbə qədəm qoyduqları dövrə qədər fəaliyyəti yalnız müxtəlif növ oyunlardan ibarət olur. Artıq məktəbə getməyə başladıqda uşaq oyundan dərsə keçid dövrünü yaşamalı olur. Valideynlərin borcu bu keçid dövrünü mümkün qədər uşaqlar üçün yumşaq etməkdir. Əgər uşaq məktəbdən gələn kimi ondan dərslərini hazırlamaq tələb edilərsə, onda məktəbə qarşı istəksizliyin yaranması təbii haldır. Uşaqdan birdən-birə oyunu buraxmasını tələb etmək doğru deyil. Dərs hazırlamaq və oyun oynamaq mütləq növbəli şəkildə olmalıdır. Bu həm də uşaqda nizam-intizam vərdişi yaradır. Belə ki, əgər uşaq yarım saat dərs edirsə, yarım saat da oynamalıdır. Belə olduğu halda uşaq anlayacaq ki, oyundan, gündəlik rejimindən uzaqlaşmayıb. Bu oyun bir qədər fərqli şəkildə olsa da davam edir. Bu oyunda yeni şeylər öyrəniləcək, yeni biliklər qazanılacaq.

Dərs ilinin başlanması ilə uşaqlar fərqli rejimə keçirlər. Onların normadan artıq yorulmamaqları üçün gün rejimini necə qurmalı? 

İlk növbədə qeyd etmək lazımdır ki, yuxu rejimini pozmaq olmaz. Əgər məktəbə gedənə qədər uşağınızın yuxu rejimi yox idisə, yəni istədiyi vaxt yatır, istədiyi vaxt oyanırdısa, məktəbə getməyə başladıqdan sonra bu vərdiş mütləq şəkildə yaradılmalıdır. Çünki uşaqlarda beyin artıq məntiqi  bacarıqlar əldə etmək üzrə yeni fəaliyyət rejiminə keçir. Körpələrə yuxudan oyanmaq bir qədər çətin olduğuna görə, onlarda erkən oyanmaq vərdişlərini aşılamaq üçün və dərsdə yarıyuxulu olmasınlar deyə uşaqları dərsə bir saat qalmış oyatmaq lazımdır. Bəzən olur ki, uşaqlar ümumiyyətlə niyə erkəndən oyanmaq məcburiyyətində olduqlarını anlamırlar. Psixoloqların araşdırmalarına görə, erkən yaşlı uşaqlarda beyin yarımkürələri məhz səhər saatlarında aktiv olur və eşitdiyi yeni məlumatları qəbul etmək asan olur. Bu prosesdə valideynlərin üzərinə düşən əsas vəzifə uşaqları düzgün təlimatlandırmaq və axşam erkən saatlarında yatmağın vacib olduğunu onlara başa salmaqdır.



Загрузка...
Həmçinin oxuyun:
Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Dərslər başlamadan bunları edin

Dərslər başlamadan bunları edin

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Əyani təhsilə keçidlə bağlı uşaqların məktəbə adaptasiyasına dair  TÖVSİYYƏLƏR

Əyani təhsilə keçidlə bağlı uşaqların məktəbə adaptasiyasına dair TÖVSİYYƏLƏR

Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? - VİDEO

Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? - VİDEO

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Uşaqlar yay tətilini necə keçirməlidirlər?

Uşaqlar yay tətilini necə keçirməlidirlər?

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? - QIZIL MƏSLƏHƏTLƏR

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? - QIZIL MƏSLƏHƏTLƏR

Məktəbi uşağa bu cür sevdirin – PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Məktəbi uşağa bu cür sevdirin – PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Valideynlərə məsləhət

Valideynlərə məsləhət

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Uşaqları dərs oxumağa həvəsləndirən qayda

Uşaqları dərs oxumağa həvəsləndirən qayda

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI