AzTehsil.com


Xəbərlər / Valideyn
08 iyun 2020
1 585


Məktəbi uşağa bu cür sevdirin – PSİXOLOQUN TÖVSİYƏLƏRİ



Məktəbi uşağa bu cür sevdirin – PSİXOLOQUN TÖVSİYƏLƏRİ

 

Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün "təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni "dünyaya qapı açır”.

Ümumiyyətlə, məktəbə alışmaq 2-3 həftə çəkir. Bu müddətin sakit şəkildə irəliləməsi də uşağın məktəbə düzgün hazırlanması ilə əlaqəlidir.

Evdə 10:00-da, hətta daha gec oyanan uşaq indi isə 07:00-da durmalı, saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik, bu prosesdə valideynləri yanında olmayacaq, onu qapıda müəlliminə verib gedəcək. Müəllimi isə 20, hətta daha çox uşağa diqqət göstərdiyi üçün ona tam - valideynləri kimi (nazın çəkə bilmir) diqqət göstərə bilmir. Bu dəhşətli görünən sistemə tab gətirə bilməyib, mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır - qarnı ağrayır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun ya bəhanə olduğunu düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir, ya da həkimə göstərərək, mədə-bağırsağında problem olduğunu düşünür. Bu çətin dönəmdə balacanın psixoloji durumu heç yada da düşmür. Uşaq fikrini ancaq bir düşüncəyə cəmləyir - məktəb gəldi, anam-atam getdi. Məktəb olmasaydı, mən yenə evimdə "sultan” idim.

Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk olaraq pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqlarda yalnız pedaqoji hazırlıq (saymağı və şeiri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması) heç də məktəbə hazırlıq demək deyil. Məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped, həkim tərəfindən kompleks şəkildə aparılmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların ağız aparatınının dəyişilməsi, ələlxüsus dişlərin çıxması uşaqlarda müxtəlif səslərin tələffüzünə maneə törədir. Bu da ünsiyyət zamanı öz təsirini göstərir. Uşağın pedaqoji hazırlığı olsa da, psixoloji hazırlığının tam olmaması, məsələn, şeiri gözəl bilib, hətta evdə ailə üzvlərinə danışıb müəllimə söyləyə bilməməsi bu səbəbdən yaranmış problemdir. Həkimlə birlikdə öncədən tənzimlənən yuxu və qida rejimi də uşaqların məktəbə tez adaptasiya olmasına yardımçı olur. Valideyn uşağının gigiyenik sağlamlığına önəm verdiyi qədər psixoloji sağlamlığına da diqqət etməlidir. Müəssisənin yemək şəraitinə, yataq otağına, təmizliyə önəm verdiyi qədər mütəxəssislərin də peşəkarlığına önəm verməlidir.

Ümumiyyətlə, uşağınızı məktəbə müsbət motivlərlə həvəsləndirin:

1. Yüksək şəkildə onu inandırın ki, o, buna hazırdır, hər şey əla olacaq, oxumaq onun üçün də çox faydalı və gərəklidir.

2. Öz məktəb illərinizdən, o zamankı uğurlarınızdan, sevimli müəllim və sinif yoldaşlarınızdan danışa bilərsiniz.

3. Onunla birgə birinci sinifdə və növbəti siniflərdə çəkdirdiyiniz şəkillərə baxa bilərsiniz.

4. Uşağı əvvəlcədən sinif müəllimi ilə tanış edə bilərsiniz.

5. Uşağı dərsdən kənar tədris tapşırıqları ilə yükləməyin, onu yormayın.

6. Dərsini sərbəst yaza bilmədiyi üçün onu cəzalandırmayın, başa salmağa çalışın.

Ümumiyyətlə, məktəbə gec alışan uşaqların əksəriyyəti valideynlərin uşaqlara az məsuliyyət verməsi ilə əlaqədardır. Onun sizdən tez zamanda ayrıla bilməsi üçün kiçik yaşlardan məsuliyyət verməyiniz mütləqdir. Belə ki, onun öz-özünə yemək yeməsinə, əşyalarını qaydaya salmasına, paltarlarını özünün geyinməsinə və s. imkan, şərait yaradın.

Məktəbə yeni başlayan uşaqlar əvvəlki illərdə görmədikləri məsuliyyətlə yüklənirlər. Buna görə də kiçik yaşlardan onları məsuliyyətlə yükləməyiniz vacibdir. Çünki onlar məktəbə başladıqda müəyyən müddət sakit şəkildə bir yerdə oturmaq, çətin yeniliklərlə tanış olmaq və s. kimi vəzifələrə sahib olurlar.

Siz valideyn olaraq uşaqlarınızı anlamağa çalışın. Bağçanın və evin sərbəst mühitindən, oyunlardan, evdəki ana-uşaq münasibətinin istiliyindən uzaqlaşmaq, anadan ayrılmaq, birdən-birə ağır dərs proqramları və s. kimi qaydalar 6 yaşlı uşağın işini çətinləşdirir.

Valideynlər əsasən öz istəklərini və ehtiyaclarını uşaqlarının üzərinə köçürürlər. Yəni övladlarını olmaq istəyib də ola bilmədikləri səviyyədə  görmək istəyirlər. Beləliklə də, məktəbə başlayan uşağın çalışıb müvəffəqiyyətli olmaları üçün həmişə tələsirlər - uşaqlar tez oxumalı,  hər şeyi tez qavramalı və ən yaxşı şagird olmalıdırlar. Oyuna və əyləncəyə olan maraqlar mütləq şəkildə unudulmalıdır. Ancaq kitab-dəftərlə məşğul olmalıdırlar.

Valideynlər anlamırlar ki, bununla uşağa dərsi sevdirməkdən çox ondan iyrənmələrinə səbəb olurlar. Bunlarla onların şüuraltlarında dərsdən qorxmalı olduqlarını formalaşdırdıqlarının fərqinə varmırlar və sonra onlara dərsi necə sevdirim deyə axtarışa çıxırlar.

Əziz valideynlər, bu gün uşağınızın nə yeyəcəyini düşündüyünüz kimi, nə öyrənəcəyinə də xüsusi diqqət edin! Bu uzun və səbr tələb edən şərəfli vəzifədə sizə bolluca uğurlar arzulayıram. Məktəb uşaqlarımızın gələcək həyatında ən önəmli yer tutur.

Psixoloq Narınc Rüstəmova, "Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri



Загрузка...
Həmçinin oxuyun:
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

İlk dərs günlərinin psixoloji səhvi

İlk dərs günlərinin psixoloji səhvi

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Dərslər başlamadan bunları edin

Dərslər başlamadan bunları edin

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəblilərin psixoloji xüsusiyyətləri

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr

Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Məktəbə ilk qədəmini atan bunları mütləq bilməlidir

Uşaqların təhsilə münasibətində valideynin rolu

Uşaqların təhsilə münasibətində valideynin rolu

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Uşağınızın  gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz.

Uşağınızın gələcəkdə ugurlar qazanmasına yardımçı ola bilərsiniz.