AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
14 fevral 2021
1 344


Əyani təhsilə keçidlə bağlı uşaqların məktəbə adaptasiyasına dair TÖVSİYYƏLƏR



Əyani təhsilə keçidlə bağlı uşaqların məktəbə adaptasiyasına dair  TÖVSİYYƏLƏR

 

İlk öncə valideynlərin nəzərinə çatdırım ki, məktəbə gəlməklə uşaqlar yeni bir sosial mühitə girir və bir fərd olaraq cəmiyyətdə inkişaflarının növbəti mərhələsinə başlayırlar.
 
Odur ki, evə və valideynlərə hədsiz emosinal bağlılıq və bu doğma mühitdən ayrılaraq yeni sosial mühitə inteqrasiya onlar üçün heç də asan olmur. Bu proses 5 yaşlı uşaq üçün daha çətin keçdiyindən həm valideynlər, həm də pedoqoqlar mütləq onlara həssaslıqla yanaşmalı və daim dəstək olmalıdırlar ki, uşaqlarda məktəbə qarşı neqativ reaksiyalar; ağlama, qarın nahiyyəsində sancılar, qusma kimi hallarla müşayət olunan "məktəb fobiyası” deyilən problem yaranmasın.

Bu yaşda onların anatomik-fizioloji inkişafı da yeni mərhələyə qədəm qoyur, ürək-damar sistemi zəif inkişaf edir, hələ psixi və zehni yetkinliyə malik olmadıqları üçün isə onlara xüsusi yanaşma tələb olunur. Odur ki, bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil etdiyindən və nitq bacarıqları zəif olduğundan, onlarda öyrənmə və qavrama bacarıqlarını  formalaşdıran zaman xronoloji yaşın xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Bu uşaqlarda əyani-obrazlı təfəkkür üstünlük təşkil etdiyindən, əşyavi fəaliyyətdən sözlü-məntiqi fəaliyyətə keçidi oyun-təlim variantında qurmaqla məntiqi təfəkkürün də yaşa uyğun inkişafına nail olmaq, ətraf aləmin norma və tələblərinə uyğun sosiallaşması üçün onlarda mənlik şüurunu, özünüanlamanı, ətraf aləmə və insanlara empatik münasibəti formalaşdırmaq lazımdır.

Əgər dediklərimiz nəzərə alınsa, əlbəttə valideynlə pedoqoqun sıx əməkdaşlığı və birgə səyi nəticəsində normal psixikaya malik uşaqlarda həm sosial motivlər formalaşar, həm təlim motivləri yaranar, həm də təlim şəraitinə və birgəfəaliyyətə, ümumilikdə məktəbə adaptasiya daha uğurlu keçər.
 
Psixoloq FAMİL SƏFƏROV



Загрузка...
Həmçinin oxuyun:
Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri.

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Uşaqlarda məktəb fobiyası - Təhsil həyatının bitməsinə səbəb ola bilər

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Uşaq psixologiyası

Uşaq psixologiyası

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Övladınız məktəbə hazırdırmı?

Övladınız məktəbə hazırdırmı?

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...