AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
28 iyun 2021
2 202


Uşaqlar yay tətilini necə keçirməlidirlər?



 

Övladlarımızı qarşıda yay tətili gözləyir. Tətil uşaqlar üçün bitməyini istəmədikləri möcüzəli bayramdır. Valideynlər uşaqları üçün tətili düzgün təşkil etməyə çalışmalıdırlar. Ekspertlərin fikrincə, tətilin maraqlı və səmərəli təşkili uşaqların yeni dərs ilində daha enerjili olmasına kömək edir. Belə ki, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs ilinə həvəslə hazırlaşırlar.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, uşaq üçün yay tətili çox önəmli dönəmdir: "Valideynlər isə yay tətilini uşaq üçün boş keçən vaxt, bir "boşluq” kimi qəbul edirlər. Düşünürlər ki, uşaqlar tətildə tapşırıq etmirlərsə, kitab oxumurlarsa, növbəti dərs proqramına aid heç bir çalışma etmirlərsə, vaxtları boş, səmərəsiz keçir” deyən psixoloqa görə, əslində valideynlər uşaqlarla yay tətilini keçirmək üçün özlərini psixoloji hazırlaşdırmalıdırlar. Uşaqları da tətil üçün hazırlıqlı etməlidirlər. Uşaqlar üçün yay tətilinin düzgün təşkili önəmlidir. Valideynlər bu məsuliyyəti anlamalıdırlar.

"Bəzi insanlar elə başa düşürlər ki, uşaqlar mütləq tətildə dərs proqramları, müxtəlif çalışma və testlərlə yüklənməlidirlər. Əslində belə olmamalıdır. Uşaqlar tətil dönəmini mütləq şəkildə istirahət etməklə keçirməlidirlər. Düzdür, yay tətilində uşaqlar qiraət edə bilər. Lakin bu zaman valideynlər ya uşaqların xarakterinə uyğun kitabları seçməli, ya da seçimi onların özünə həvalə etməlidirlər. Amma bu, məcburi şəkildə yox, əyləncə kimi olmalıdır ki, uşaqlar bunu yorğunluq kimi qəbul etməsinlər”.

Müsahibimiz hesab edir ki, yay vaxtı uşaqları dərslə çox yüklədikdə onlarda valideynlərinə qarşı aqressiya yaranır: "Uşaq valideyndən küsür və düşünür ki, "anam məni tətildə belə oxumağa vadar edir”. Belə yanaşma düzgün deyil. Tətil boyu dərs hazırlayan uşaqlarda yeni dərs ilinə maraq olmur”.

Dediyinə görə, tətil başlamazdan əvvəl uşağı gözəl, maraqlı və əyləncəli tətil keçirəcəyi ilə həvəsləndirmək lazımdır: "Uşaqlarda müsbət əhval-ruhiyyə yaratmaq vacibdir. "Artıq tətil başlayır, birlikdə çox maraqlı vaxt keçirəcəyik, dincələcəksən, dərslərin də bitir” kimi mehriban tonda deyilmiş cümlələr uşaqlarda əsl tətil ab-havası yarada bilər. Valideynlər ümumilikdə, uşaqlarının tətili necə keçirəcəklərini proqramlaşdırmalıdırlar. Uşaqlar yay tətilində həvəsli olduqları üçün dərslərini də yaxşı oxuyacaqlar”.

V.Rəşidova bildirir ki, bəzən valideynlər tətillə bağlı uşaqlara müxtəlif vədlər verirlər: "Biz filan yerə gedəcəyik, bunu edəcəyik, onu edəcəyik və s. Amma vaxt gəlib çatdıqda dediklərinin üstündə durmur, verdikləri vədləri yerinə yetirmirlər. Bu da uşaqlara çox pis təsir edir. Bunu etmək lazım deyil.

Valideynlərin boş vədlərinə görə uşaqlar travma alırlar. Valideynlər çalışmalıdırlar ki, uşaqda sözünün üstündə durmayan valideyn obrazı yaranmasın”.

Psixoloqlar qeyd edirlər ki, yay tətili uşaqların istirahət etməsi və şən vaxt keçirməsi ilə yanaşı, həm də özünü inkişaf etdirməsi üçün də yaxşı fürsətdir. Uşağınıza təqdim edəcəyiniz yay tətili fəaliyyətləri planında getdiyiniz yerlərdəki tarixi və təbii zənginlikləri tanımasını təmin etmək, bunlarla əlaqədar söhbət etmək uşağınızın yaşayaraq bir çox şey öyrənməsini təmin edəcək.

Yay tətilində uşağınızdan kitab oxuma vərdişi inkişaf etdirmək üçün, birlikdə kitab oxuma saatları edə bilər, oxuduğu kitabı sizə izah etməsini istəyə bilərsiniz.

Məktəb vaxtında müəyyən təkrarlananlara (cəhd saatı, iş saatı və s.) alışmış uşaq üçün tətil zamanı necə keçirəcəyi ilə bağlı sıxıntı yarada bilər. Hobbilər uşağınızın boş zamanını qiymətləndirməsi üçün köməkçi olacaq əhəmiyyətli fəaliyyətlərdir. Tətil dövrlərində uşağınızın bir hobbi tapmasına, ya da var olan hobbisini dəstəkləyərək həm uşağınızın fərqli istiqamətlərini kəşf edər, həm də boş vaxtlarında nizamsız əylənməsini aradan qldırmaqla fəal olmasını təmin edə bilərsiniz. Uşağınızın maraq sahələrini bilmirsinizsə, müəllimləri ilə danışmaq və onlardan uşağınızla əlaqədar müəyyən bildiriş almaq, uşağınızla danışmaq, onu müşahidə sizə bu mövzuda köməkçi olacaq.



Загрузка...